24 Oktyabr 2026 08:00
176
CƏMİYYƏT
A- A+
Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür


Qarabağ Milli Parkı və "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması bölgənin təbii və tarixi irsinin qorunmasında yeni mərhələdir


Qarabağ Azərbaycanın zəngin tarixi, füsunkar təbiəti və əsrarəngiz gözəllikləri ilə seçilən diyarıdır. Bu torpağın hər guşəsi özünəməxsus təbiət mənzərələri, yaşıl meşələri və canlı aləmi ilə insanı valeh edir. Təbiətin bu gözəlliklərini qorumaq, gələcək nəsillərə çatdırmaq və onun zənginliyini tanıtmaq hər birimizin borcudur. 

Qarabağın təbii sərvətlərinin dövlət səviyyəsində mühafizəsi, bölgənin ekoloji potensialının qorunması və ətraf mühitlə insan arasında harmoniyanın möhkəmləndirilməsi yolunda yeni bir səhifə açan Qarabağ Milli Parkının yaradılması çox böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 20 oktyabr 2026-cı il tarixli "Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında" sərəncamı bölgənin təbii zənginliklərinin mühafizəsi, ekoloji tarazlığın bərpası və dayanıqlı turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Sərəncama əsasən, Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaqlarından ümumilikdə 88418 hektar ərazi Qarabağ Milli Parkına ayrılıb. Bu ərazi xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına daxildir.  

Sərəncamda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, təbii sərvətlərdən dayanıqlı istifadə, sosial-iqtisadi imkanların artırılması və ekoturizmin inkişafı əsas məqsədlər sırasında yer alır. Bu hədəflər regionun  təbii potensialının qorunması və mövcud imkanlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində böyük rol oynayır.  İşğaldan azad edilmiş ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpasından sonra  daha bir təbiət guşəsinin  yaradılması burada ətraf mühitin  mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərin əhatə dairəsini bir qədər də  genişləndirir. Milli Parkın geniş ərazisi müxtəlif landşaftları, zəngin bitki örtüyünü və canlı aləmi əhatə edir. Bu, təbii ekosistemlər arasındakı əlaqələrin qorunmasına kömək edir.  

Qarabağ Milli Parkı ekoturizmin inkişafı, ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi və elmi araşdırmaların aparılması üçün də geniş imkanlar yaradır. Həmin imkanlardan düzgün istifadə yerli əhali üçün yeni iş yerlərinin açılmasına, xidmət sahələrinin inkişafına və bölgəyə turist marağının artmasına kömək edə bilər. Düzgün idarə olunması, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə Qarabağın təbiətinin gələcək nəsillərə çatdırılmasına və regionun inkişafına xidmət edəcək.

Qarabağın yeni yaşıl sərvətinin yaradılması "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan hədəflərlə də uzlaşır. Regionlarda turizm fəaliyyətinin təşviqi, rəqabətqabiliyyətli turizm məhsullarının yaradılması və bu sahəyə investisiyaların cəlb edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Milli Park zəngin təbiəti, rəngarəng landşaftları və özünəməxsus ekosistemləri ilə ekoturizmin inkişafı üçün yeni imkanlar yarada, Azərbaycanın turizm xəritəsində bölgənin mövqeyini daha da gücləndirə bilər.

Qarabağın təbii sərvətlərinin qorunması ilə yanaşı, bölgənin qədim tarixinin və zəngin mədəni irsinin mühafizəsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması tarixi-mədəni dəyərlərin qorunması istiqamətində mühüm addımdır. Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin dövlət qoruğu elan edilməsi bu qədim insan məskənlərinin mühafizəsinə, elmi əsaslarla tədqiqinə və beynəlxalq səviyyədə tanıdılmasına geniş imkanlar yaradır. Bu arxeoloji abidələr qədim insanların həyat tərzinin öyrənilməsi və Azərbaycanın bəşər tarixindəki yerinin daha dərindən araşdırılması baxımından qiymətli mənbələrdir. Qoruğun yaradılması Qarabağda mədəni turizmin və ekoloji-maarifləndirici fəaliyyətlərin inkişafı üçün yeni imkanlar aça bilər. 

Milli Parkın və "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun əhəmiyyəti təbiətin və tarixi abidələrin mühafizəsi ilə yanaşı, digər sahələri də əhatə edir. Bu ərazilərin mühafizəsi və səmərəli idarə olunması turizmin inkişafı, yeni iş imkanlarının yaradılması və yerli sahibkarlığın genişlənməsi üçün də əlverişli şərait yarada bilər. Ekoturizm və mədəni turizm, bələdçilik xidmətləri, yerli məhsulların istehsalı və satışı, eləcə də maarifləndirici ekskursiyalar bölgənin iqtisadi potensialının reallaşdırılmasına xidmət edə bilər.

Hər iki ərazinin qorunması və düzgün idarə olunması Qarabağın təbii və tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına şərait yaradacaq. Milli Parkın zəngin biomüxtəlifliyi və füsunkar landşaftları, Azıx və Tağlar mağaralarının qədim tarixi və elmi əhəmiyyəti bölgənin turizm potensialını daha da rəngarəng olmasına imkan verəcək.  Bu imkanlardan davamlı və məsuliyyətli şəkildə istifadə Qarabağın həm təbii, həm də mədəni sərvətlərinin gələcək nəsillərə çatdırılmasına, regionun sosial-iqtisadi inkişafına və Azərbaycanın beynəlxalq turizm məkanında tanıdılmasına xidmət edəcək.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib  

19:23
23 Oktyabr

Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib 

19:18
23 Oktyabr

Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Laçın və Kəlbəcərdə vətəndaşların müraciətlərini dinləyib  

18:53
23 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

18:28
23 Oktyabr

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!