24 Oktyabr 2026 08:50
250
İQTİSADİYYAT
A- A+
Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb


2026-cı il oktyabrın 21-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Qaşqadərya vilayətinə işgüzar səfəri çərçivəsində xarici investorlarla görüş keçirilib. Görüşdə regionun sənaye və kənd təsərrüfatı potensialının genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunub. 

Özbəkistan Prezidenti Qaşqadərya vilayətinin sənaye üzrə inkişaf perspektivlərinə toxunaraq bildirib ki, son beş ildə regiona 20 trilyon sum həcmində daxili investisiya yönəldilib. Ümumi dəyəri 6 milyard ABŞ dollarından çox olan 161 investisiya layihəsi hazırlanıb. Onlardan 69-u artıq istifadəyə verilib, digər 92 layihə üzrə isə tikinti işlərinə başlanılıb.

Şavkat Mirziyoyev xammalın daha dərindən emal edilməsinin, müasir texnologiyaların tətbiqinin və əlavə dəyər yaradan istehsal sahələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, 2027-ci ilin müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadərya vilayətinin inkişaf ili olacağını bildirib.

Görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığının inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Çıxış edən "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov şirkətin Özbəkistanda təsis edilmiş ilk xarici törəmə müəssisəsi - "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti və Qaşqadərya vilayətində yerləşən "Akba" qızıl yatağının işlənməsi layihəsinin perspektivləri barədə məlumat verib.

Bildirilib ki, layihənin ilkin mərhələsində hazırlıq və əlavə geoloji kəşfiyyat işlərinin aparılması üçün 7,8 milyon ABŞ dolları məbləğində investisiyanın yatırılması nəzərdə tutulur. Yatağın istismara hazırlanmasının növbəti mərhələləri üzrə investisiya həcminin minimum 100 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

İlkin hesablamalara əsasən, layihə çərçivəsində 200-dək yeni iş yerinin açılması potensialı mövcuddur. Layihə üzrə yekun investisiya qərarının qəbul edilməsi 2028-ci ilə planlaşdırılır. Qeyd olunub ki, investisiya həcmi, hasilat göstəriciləri və məşğulluq imkanlarına dair ilkin qiymətləndirmələr əlavə geoloji kəşfiyyat işlərinin, mineral resursların qiymətləndirilməsinin, texniki-iqtisadi təhlilin və layihələndirmə prosesinin nəticələrinə uyğun olaraq dəqiqləşdiriləcək.

"Akba" layihəsi Azərbaycan və Özbəkistan arasında mədənçıxarma sahəsində əməkdaşlığın genişləndirilməsi, mineral xammal ehtiyatlarının səmərəli istifadəsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi eyni zamanda "AzerGold" QSC-nin beynəlxalq fəaliyyətinin genişləndirilməsinə və şirkətin peşəkar təcrübəsinin xarici bazarlarda tətbiqinə imkan yaradacaq.

Xatırladaq ki, bununla yanaşı, "AzerGold" QSC, "Uzbekgeologorazvedka" SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında 17 iyul 2026-cı il tarixində Özbəkistanın perspektivli mineral sahələrində birgə geoloji kəşfiyyat işlərinin aparılmasına dair əməkdaşlıq sənədi imzalanıb. Hazırda Nəvai və Nurata şəhərləri arasındakı sahələrdə tədqiqatların aparılması üçün birgə müəssisənin yaradılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda tərəflər Azərbaycan və Özbəkistanda yerləşən digər perspektivli mineral yataqlarının birgə kəşfiyyatı və işlənməsi imkanlarını da müzakirə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!