15 Aprel 2024 23:23
294
DÜNYA
A- A+

“Xiaomi” ilk açıq qulaqcıqlarını təqdim edib

 

“Xiaomi” qulaqcıqlarının çeşidini yeni açıq tipli modellə genişləndirib. “Xiaomi Open  Earphones” adlı qulaqcıq “Redmi Turbo 3” telefonu və “Redmi Pad Pro” planşeti ilə birlikdə təqdim edilib.

Yeni cihaz nikel-titan ərintisi və 10 mm sürücülərlə açıq arxa dizayna malik olan brendin ilk belə məhsuludur. Qulaqcıqlar 96 kHz-ə qədər yüksək dəqiqlikli audio ötürülməsini təmin edən yüksək keyfiyyətli LHDC kodekini dəstəkləyir. Onlar, həmçinin Hi-Res Gold Label və QQ Music Premium audio keyfiyyət sertifikatları alıblar. Zənglər üçün ikili mikrofonlar və PHI səs-küyün azaldılması da var.

“Xiaomi Open  Earphones” “HyperOS” əməliyyat sistemi ilə işləyən smartfonlar, planşetlər və digər cihazlarla sürətli əlaqəni dəstəkləyir. O, 7,5 saata qədər enerji doldurmadan işləyəcək. Qulaqcıqlar artıq Çində 164 manata satışa çıxarılıb.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video