29 Aprel 2024 21:51
1511
PARLAMENT
A- A+

Qətərin ombudsmanı: Azərbaycanda müşahidə olunan tərəqqi və inkişaf məmnunluq doğurur

 

Aprelin 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri (ombudsman) Məryəm bint Abdullah Əl-Attiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Hicran Hüseynova Azərbaycan-Qətər əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, iki ölkənin münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Qətərlə bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Qarşılıqlı səfərlər və keçirilən görüşlər iki ölkə arasında əlaqələrin güclənməsinə təkan verir.

Komitə sədri ölkəmizdə insan haqlarının təmin edilməsinə, o cümlədən qadın və uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm verildiyini bildirib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfəri, işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması barədə söhbət açılıb.

Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin sədri (ombudsman) Məryəm bint Abdullah Əl-Attiya, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, sosial, mədəni və humanitar əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib. Qonaq ölkəmizdə müşahidə olunan tərəqqi və inkişafdan məmnunluğunu ifadə edib.

O, ölkəsində qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən proqramlar, qadınların müxtəlif yüksək vəzifələrdə təmsilçiliyi, təhsil, səhiyyə sahələrində, habelə dövlət qurumlarında fəal iştirakı barədə məlumat verib.

Qətərin Milli İnsan Hüquqları Komitəsinin Baş Katibi Sultan bin Həsən Əl-Camali ölkəsində qadın hüquqlarının təmin olunması ilə bağlı həyata keçirilən layihələr, qanunvericilikdə olan yeniliklərdən bəhs edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair də fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video