05 Dekabr 2025 08:10
155
SİYASƏT
A- A+
Türk coğrafiyasından türk siyasi birliyinə

Türk coğrafiyasından türk siyasi birliyinə


Minilliklər boyu geniş coğrafiyada yaşamış türk xalqları zəngin tarixi və mədəni irsə malikdirlər. Ortaq tarixi dəyərlər, dil və mədəniyyət bağları onların birliyinin əsasını təşkil edir. Əsrlər boyu müxtəlif dövlətlər, imperiyalar qurmuş türklər geniş coğrafiyada yayılmalarına baxmayaraq, öz aralarında mədəni və mənəvi bağlarını heç vaxt tam itirməyiblər. Bu gün isə həmin bağlar yenidən bağlanır. Dünyanın dəyişən geosiyasi mənzərəsi fonunda türk ölkələrinin yaxınlaşması həm zəruri, həm də tarixi bir prosesə çevrilib.

Ötən əsrin sonlarında - sovet hökumətinin dağılmasından sonra ittifaqa daxil olan türk respublikalarının müstəqillik qazanması təkcə coğrafi sərhədlərin dəyişməsi deyil, eyni zamanda yeni bir tarixi imkanın yaranmasına şərait yaratdı. Həmin respublikaların hər biri öz inkişaf yolunu müəyyənləşdirsə də, ortaq dil, mədəniyyət və tarix onları sıx əməkdaşlıq qurmağa sövq etdi. Beləliklə, türk dünyasının yeni mərhələsi başlandı. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın beynəlxalq arenaya müstəqil çıxışı türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişlənməsinə yol açdı. 

Bu gün türk siyasi birliyinin ən mühüm platforması Türk Dövlətləri Təşkilatıdır. 2009-cu ildə Naxçıvan müqaviləsi əsasında yaradılan Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə fəaliyyətə başlayıb.

TDT-nin fəaliyyəti müxtəlif sahələri əhatə edir. Dövlətimizin başçısı İlham Əliyevin ötən il iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən bildirdiyi kimi, türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir: "Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması - bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük".

Bu gün türk dövlətləri enerji resursları, nəqliyyat yolları, geostrateji mövqeləri ilə dünyanın diqqətini cəlb edən böyük bir güc mərkəzi kimi formalaşır. Türk dünyası həm də qlobal çağırışlar qarşısında birgə hərəkət etməyin vacibliyini daha dərindən anlayır. Enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, regional münaqişələr, iqtisadi əməkdaşlıq və mədəni diplomatiya bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir.

TDT ortaq iqtisadi məkanın formalaşdırılması, nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, həmçinin mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində real nəticələr əldə edir. Yeri gəlmişkən qeyd  edək ki, Zəngəzur dəhlizinin (TRIPP) açılması TDT-yə üzv ölkələr arasında ticarət və nəqliyyat əlaqələrini sürətləndirərək münasibətləri daha da möhkəmləndirəcək.

Təşkilat bu il də müxtəlif sahələri əhatə edən türk dövlətləri arasında əməkdaşlığın möhkəmlənməsinə və inkişafa xidmət edən tədbirlərini davam etdirib. Aprelin 7-8-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin Səhiyyə əməkdaşlığı işçi qrupunun ekspertlərinin 3-cü görüşü və TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin V iclası keçirilmişdir. Mayın 21-də isə Macarıstanın paytaxtı Budapeştdə təşkilatın dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkil olunmuşdur. Zirvə görüşündə prezidentlər tərəfindən  Bəyannamə imzalanmışdır.

Oktyabrın 7-də Azərbaycanın qədim şəhəri Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin iştirak etdikləri tədbirdə əhəmiyytli qərarlar qəbul olundu. 

TDT-yə üzv dövlətlərin Dəmiryolu İdarələrinin Rəhbərlərinin 3-cü iclası oktyabrın 31-də Bişkekdə baş tutub. İclasda qeyd olunub ki, Orta dəhliz strateji əhəmiyyətini artırmaqda davam edir. Toplantıda TDT-yə üzv dövlətlərin dəmir yolu idarələri və turizm strukturlarının nümayəndələrindən ibarət müvəqqəti işçi qrupunun yaradılması barədə qərar qəbul edilib.

Azərbaycanın təşəbbüsü ilə bu il noyabrın 24-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ilk dəfə bir platformada toplaşdılar. Prezident İlham Əliyev forumun iştirakçılarına müraciət ünvanladı. Müraciətdə deyilirdi ki, türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir. Prezident İlham Əliyev ilk dəfə keçirilən həmrəylik forumunu bu istiqamətdə atılmış mühüm addım kimi dəyərləndirdi: "2026-cı ildə 100 illiyi keçiriləcək I Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir. Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər".

Noyabrın 27-də isə Bakıda Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirildi. Türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə düzənlənən forum çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunmuş panel sessiya təşkil olundu.

Noyabrın 28-də ölkəmizin paytaxtı bu təşkilatın daha bir əhəmiyyətli tədbirinə evsahibliyi etdi. Bakıda Türk Dövlətləri Təşkilatının  media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısı keçirildi.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin "Xəritəçilik İşçi Qrupu"nun ikinci iclası da dekabrın 2-3-də Bakının evsahibliyi ilə keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, həmçinin müşahidəçi qismində Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya və kartoqrafiya sahəsinə cavabdeh qurumlarının nümayəndələrinın qatıldığı iclasda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tarixi Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu - WUF13 üzrə hazırlıq prosesi, gündəlik istiqamətlər və regional əməkdaşlıq imkanları barədə qonaqlar məlumatlandırılıb. Sonda Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısının Bəyannaməsi imzalanıb.

Türk dünyası bu gün təkcə tarixi keçmişi ilə deyil, həm də gələcəyə istiqamətlənmiş, məqsədyönlü siyasi, iqtisadi və mədəni potensialı ilə diqqət mərkəzindədir. Bu gün baş verən hadisələr, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, türk coğrafiyasından türk siyasi birliyinə gedən yol strateji yanaşmanın nəticəsidir. Tarixi bağlar, mədəni yaxınlıq, ortaq dövlətçilik ənənələri və yeni geosiyasi reallıq türk xalqlarını birliyə doğru aparan əsas amillərdir. Bu yolun daha da möhkəmlənməsi türk dünyasının gələcək inkişafının və qlobal güc kimi formalaşmasının açarıdır.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!