15 Oktyabr 2026 08:45
473
Təhsil
A- A+
Təhsildə bərabərlik və dünyəvilik məktəb mühitinin əsas sütunlarıdır

Təhsildə bərabərlik və dünyəvilik məktəb mühitinin əsas sütunlarıdır


Təhsil müəssisələri gələcəyimizi formalaşdıran, uşaqlara elmin, etik davranışların və mənəvi dəyərlərin aşılandığı müqəddəs ocaqlardır. Azərbaycan Konstitusiyaya əsasən, dünyəvi dövlətdir və bu fundamental prinsip ölkənin təlim-tərbiyə sisteminin də ana xəttini təşkil edir. Amma dünyəvi təhsil anlayışı dinə qarşı olmaq deyil, təhsil mühitini hər cür ideoloji və dini təsir vasitələrindən uzaq tutaraq tam tərəfsiz, obyektiv və elm yönümlü saxlamaq deməkdir. Məktəblərdə hər hansı dini təbliğatın aparılmasına yol verilməməsi təhsilin hamı üçün bərabər, ədalətli və sağlam şəraitdə həyata keçirilməsinin əsas zəmanətidir.

Danılmaz reallıqdır ki, multikulturallığı və tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycanda müxtəlif dini inanc sahiblərinin sərbəst ibadət etməsi, öz dini dəyərlərini yaşatması üçün hər cür şərait yaradılıb və vicdan azadlığı tam təmin olunub. Lakin bu da reallıqdır ki, orta məktəblər müxtəlif dünyagörüşünə və inanca mənsub olan bütün uşaqların eyni mühitdə toplaşdığı tərəfsiz bir elm məkanıdır. Həm də bu səbəbdən  sağlam təhsil mühitinin yaradılmasında və nizam-intizamın gücləndirilməsində vahid məktəbli geyiminin tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Çünki vahid geyim forması təkcə xarici görünüşü tənzimləyən qayda deyil, həmçinin şagirdlər arasında sosial bərabərliyi qoruyan vacib şərtdir. Odur ki, Azərbaycanın ümumi təhsil müəssisələrində geyim qaydalarının hüquqi əsasları müəyyənləşdirilib. Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələri təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib. Eləcə də müəllimlərin artıq müəyyən edilmiş geyim standartlarına uyğun olaraq tədris prosesində iştirakı, eləcə də şagirdlərin vahid geyim formasında dərslərdə iştirakı qərarı verilib. Buna görə də məktəblərdə müəllimlərlə şagirdlərin hər birinin ayrı-seçkilik edilmədən tələb olunan geyim forması ilə təhsil ocağına gəlməsi qanunun tələbidir. O qanunun ki, onun qarşısında hər kəs bərabər hüquqa malikdir. 

Məktəbli formasının qanunla tənzimlənməsi təmin edir ki, heç bir şagird geyiminə, ailəsinin maddi imkanlarına və ya sosial statusuna görə digərlərindən seçilməsin. Bu, uşaqlar arasında yarana biləcək psixoloji təzyiqin və psixoloji narahatlığın qarşısını alır. Qanunla təsdiqlənmiş vahid geyim forması məktəbi müxtəlif siyasi, dini və ya digər simvolların nümayiş olunduğu yerdən uzaq tutaraq, diqqətin yalnız təhsilə və mənəvi inkişafa yönəlməsini təmin edir. Başqa cür ola da bilməz. Çünki məktəb elmin, biliyin və etik davranışların öyrədildiyi dünyəvi məkandır. Dünyəvilik isə əsla dinə qarşı olmaq və ya dini inancı inkar etmək demək deyil. Əksinə, dünyəvilik elə bir mühit yaradır ki, orada müxtəlif dini inanclara, dünyagörüşünə və sosial mənşəyə mənsub uşaqlar eyni çətir altında  birgə rahat təhsil ala bilsinlər. 

Məktəb illəri şagirdlərin hələ dünyagörüşünün tam formalaşmadığı, həssas dövrdür. Əgər məktəblərdə dini və ya ideoloji təbliğata, fərqli görünüş nümayişlərinə icazə verilsə, bu, uşaqlar arasında qütbləşməyə və ayrı-seçkiliyə səbəb olar. Eyni zamanda dini və sosial baxımdan bir-birinə qarşı yadlaşmağa, nəticədə təhsildən diqqətin yayınmasına gətirib çıxara bilər. Dünyəvilik prinsipi isə bu təbliğatın qarşısını alaraq məktəbi sırf təlim-tərbiyə ocağı kimi saxlayır.

Dünyəvi təhsil yanaşması həm də uşağın psixoloji müstəqilliyini qoruyur. Uşaq yetkinlik yaşına çatanadək dünyəvi məktəbdə təhsil alır, fərdi keyfiyyətlərini inkişaf etdirir. Yetkinlik yaşına çatdıqdan sonra isə öz dini etiqadını və dünyagörüşünü tam şəkildə azad və şüurlu olaraq seçmək imkanına sahib olur.

O da gerçəklikdir ki, yalnız geyim qaydalarını tətbiq etməklə məktəblərdə tam mühit formalaşdırmaq mümkün deyil. Burada əsas məqsəd həmin qaydaların mahiyyətini şagirdlərə düzgün anlatmaq, məktəb və valideynlər arasında sıx əməkdaşlığı və qarşılıqlı anlaşmanı təmin etməkdir. Məktəbin əsl uğuru şagirdlərin həm də necə düşündüyündə, mənəvi dəyərlərində və dürüst davranışlarındadır. Bu baxımdan vahid geyim şagirdlərin hər birinin eyni hüquqlara malik olduğunu xatırladır. 

Təhsildə dünyəviliyin qorunması və sosial bərabərliyin təmin olunması həm müəllimlərin, həm məktəb rəhbərliyinin, həm də valideynlərin birgə məsuliyyətidir. Yalnız bu prinsiplərə əməl edildikdə məktəblərimizdə bilikli və yüksək insani keyfiyyətlərə malik gənclər yetişə bilər.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!