17 Oktyabr 2026 12:27
197
CƏMİYYƏT
A- A+
Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  


Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının qərargahında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 23-cü ildönümü və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılmasının 3-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Qərbi Azərbaycan İcmasının Qaradağ rayon nümayəndəliyi sədrinin müavini Həmin Mehdiyev, QMƏVŞA İB Qaradağ rayon təşkilatının sədri Məqsud Heydərov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialı sədrinin müavini Qafqaz Əhmədov, YAP rayon təşkilatına daxil olan ərazi partiya təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və partiya fəalları iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov qədim və zəngin tarixə malik Azərbaycan xalqının müstəqillik uğrunda uzun illər davam edən mübarizəsi haqqında ətraflı məlumat verib. O bildirib ki, tarix boyu öz ərazilərində bir çox dövlətlər quran Azərbaycan xalqı bir sıra imperiyaların yaradılmasında da mühüm rol oynayıb. Həmin imperiyalar böyük əraziləri əhatə etsələr də, XVIII əsrin ortalarından etibarən parçalanmaya məruz qalıb və bu ərazilərdə xanlıqlar yaranıb. Sonradan Azərbaycan torpaqlarının bir hissəsi Çar Rusiyasının, digər hissəsi isə İranın tərkibinə daxil edilib.

1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini yaradıb. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət 1920-ci ilin aprelində bolşeviklər tərəfindən işğal edilib. Azərbaycan Sovet Sosialist Respublikası elan olunub və 1922-ci ilin dekabrında SSRİ-nin tərkibinə daxil edilib. XX əsrin 80-ci illərinin sonlarında yaranmış tarixi şərait nəticəsində xalqımız dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı qazanıb və 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

İlqar İlyasov müstəqilliyimizin bərpasının ilk illərində xalqımızın və dövlətimizin üzləşdiyi faciələrdən də söhbət açıb. O qeyd edib ki, orta və yaşlı nəsil həmin dövrdə ölkədə hökm sürən xaosu, özbaşınalığı, torpaqlarımızın işğalını və iqtisadi tənəzzülü yaxşı xatırlayır. Bildirilib ki, xalqımızı bu fəlakət və bəlalardan Ulu öndər Heydər Əliyev xilas edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 23 il ərzində isə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib.

İlqar İlyasov xüsusi vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərin, torpaqlarımızın işğaldan azad olunmasının və suverenliyimizin tam bərpasının təməlində Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və bu xəttin Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Tədbir iştirakçılarını bayram münasibətilə səmimi-qəlbdən təbrik edən YAP rayon təşkilatının sədri Azərbaycanın qarşısında daha böyük uğurların və parlaq gələcəyin dayandığını bildirib.

Tədbirdə çıxış edən digər natiqlər – YAP veteranı, Qərbi Azərbaycan İcmasının Qaradağ rayon nümayəndəliyinin üzvü Əhliyat Adıgözəlov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialı sədrinin müavini Qafqaz Əhmədov, YAP veteranı Elxan Lətifov, şəhid atası Novruz Əliyev, şəhid anası Gülnarə Eyvazova və başqaları ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində xalqımızın qarşılaşdığı xaos, vətəndaş müharibəsi təhlükəsi və iqtisadi tənəzzül barədə ətraflı danışıblar.

1993–2003-cü illəri Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirən natiqlər həmin dövrdə atəşkəsə nail olunmasının, “Əsrin müqaviləsi”nin imzalanmasının və həyata keçirilən islahatların bugünkü uğurların əsasını qoyduğunu bildiriblər. Xalqımızın 2003-cü ildə Prezident seçilən İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdiyini vurğulayan çıxışçılar məhz bu həmrəylik və birlik sayəsində Azərbaycanın böyük uğurlara imza atdığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini xüsusi qeyd ediblər.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul edilən gənclərə partiya vəsiqələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!