17 Oktyabr 2026 10:10
449
İQTİSADİYYAT
A- A+
Nə əkərsən...

Nə əkərsən...


Payızlıq taxıl əkinində keyfiyyətli toxum mühüm şərtdir


Payızdır, havalar soyumağa başlayıb. Bir neçə gün öncə yağan aramsız yağış da payızın gəlişindən soraq verir. Çöllərdə, düzlərdə, yolların, cığırların kənarında baş qaldıran körpə otlar ətrafı yaşıllığa bürüyüb. Hər tərəfdə sarı fəslin hüsnü, gözəlliyi duyulur. Bu isə əli heç vaxt işdən soyumayan kəndli fermer üçün yeni qayğılar gətirir. Deməli, payızlıq taxıl, ilk növbədə arpa əkininin vaxtıdır. 

Məlumdur ki, əkin üçün ən mühüm şərtlərdən biri keyfiyyətli toxumdur. Atalar nahaq yerə deməyib ki, "nə əkərsən, onu da biçərsən". Toxum keyfiyyətli olanda verdiyi məhsul da bol olur. Burada Əməkdar aqronom mərhum Mikayıl Xubalıyevin sözləri yada düşür. Təxminən 15 il əvvəl onunla toxum haqqında söhbət edərkən toxumun əkinçilik üçün birinci dərəcəli iş olduğunu söyləmişdi. Onu da demişdi ki, qədim zamanlarda bu işdən başı çıxanlar harada olublarsa, yaxşı toxum, ağac, gül tingi görəndə ondan əldə etməyə çalışırlarmış. Elə olub ki, adamlar bunun üçün gizli yollara əl atıblar. Mikayıl kişi onu da demişdi ki, Əfqanıstanda ən yaxşı yemiş sortunun əldən-ələ düşməməsi üçün onu kəsib toxumunu götürdükdən sonra bazara çıxarırlar. Rəhmətlik bunu o vaxtlar demişdi, indi vəziyyət necədir, bunu demək çətindir. Bunları yada salmaqda məqsədimiz isə yenə də toxumun gələcək məhsul üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini vurğulamaqdır. 

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatının inkişafı ilə əlaqədar son dövrlər qəbul edilmiş dövlət sənədlərində toxumçuluq işinin yaxşılaşdırılması da öz əksini tapmışdır. Cari ildə də toxumçuluğun inkişafı diqqət mərkəzinə gətirilmişdir. Avqustun 14-də Prezident İlham Əliyev "Toxumçuluq haqqında Azərbaycan Respublikasının Qanunu"nu təsdiq etmişdir. Bu sənəd sahə üzrə normativ-hüquqi bazanı müasir beynəlxalq standartlara (FAO təcrübəsinə) uyğunlaşdırıb. Qanun rəqəmsal idarəetməni (Vahid İnformasiya Sistemi/Dövlət Reyestri) tətbiq edir, toxum zəncirinin bütün mərhələlərində keyfiyyətə nəzarəti gücləndirir, özəl seleksiyanı dəstəkləyir və fermer üçün "Məhsul şəhadətnaməsi" kimi mexanizm yaradır. 

Yenə bu il sentyabrın 21-də Prezident "Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalamış, sentyabrın 24-də isə "Toxumçuluq haqqında Qanun" qüvvəyə minmişdir. Bu sənədlərin qəbulunda məqsəd həm ölkənin kənd təsərrüfatında məhsuldarlığı yüksəltmək, ərzaq təhlükəsizliyini təmin etmək, həm də idxal olunan toxumlara sərf edilən maliyyə vəsaitinə qənaət etmək, ölkədən valyuta axınının qarşısını almaqdır. Bütün bu kimi yeniliklər toxumçuluqla məşğul olan fermerlərə stimul verir. Toxum istehsalçılarının sayı getdikcə artır, toxumların keyfiyyəti yüksəlir. 

Toxumçuluqla məşğul olan fermerlərdən biri də Salyanın Sarvan kəndində fəaliyyət göstərən Mərdan Cəlilovdur. O, bu işə sıfırdan başlayıb. Pay torpağından əldə etdiyi qazancla icazə alıb yaşadığı evin 5 metrliyində anbar tikib, digər lazımi işləri görüb. Kənd Təsərrüfatı Nazirliyinin və yerli icra orqanlarının mütəxəssisləri onun təsərrüfatına baş çəkərək toxum yetişdirmək imkanlarının olduğunu görüblər, müsbət rəy veriblər. Beləliklə, 10 ilə yaxındır ki, M.Cəlilov pambıq, yonca, taxıl əkib-becərməklə yanaşı, toxumçuluqla da məşğul olur. Salyanın fermerləri və təsərrüfatları indi arpa, buğda, yonca toxumu üçün əlimyandıda qalıb nə oldu əkmir, M.Cəlilovun yetişdirdiyi məhsuldar toxumlardan alıb əkirlər. Peşman da olmurlar. Biçin zamanı hər hektardan ən azı 35-40 sentner arpa və buğda götürürlər. 

Fermerlə söhbət zamanı məlum oldu ki, keçən ilin payızında 188 hektarda taxıl əkini aparıb. Bunun 136 hektarı buğda, 52 hektarı arpa olub. Əkin zamanı toxumla birlikdə hər hektara 150 kiloqram ammofos gübrəsi verib. 2 dəfə yemləmə aparıb. Sahələrə birinci dəfə 150, ikinci dəfə 120 kiloqram karbamid gübrəsi səpib. Suvarma vaxtı selləmə, gölləmə hallarına yol verməyib. Kökdənkənar yemləməni də yaddan çıxarmayıb. Pas və digər xəstəliklərə, eləcə də ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtında və aqrotexnili tələblər səviyyəsində həyata keçirib. Biçini keyfiyyətlə aparıb, heç bir itkiyə yol verməyib. Əkdiyi "Əsgəran", "Qobustan" buğda, "Cəlilabad-19", "Qarabağ-22" arpa sortlarından 45-50 sentner məhsul əldə edib. Elit sortlarından "R-1" toxumları alıb. Avqust ayından başlayaraq anbara yığılan həmin toxumlar qardaş Türkiyədən alınan toxumtəmizləyən aqreqatdan keçirilərək təmizlənir. Bu prosesdə toxumlar pas və sürmə xəstəliklərinə qarşı "Rubin-2 DS" ilə dərmanlanır, sonra kisələrə doldurularaq etiketlənir. 

Mərdan Cəlilov bütün bu işləri qohum-qonşuları ilə görür, onları işlə təmin edir. Fəhlə Cavid Səfərov, Namiq Məmmədov fermerdən razılıq edirlər: "Sağ olsun, ilboyu bizi işlə təmin edir. Əkirik, biçirik, yığdığımız məhsulu indi də toxum üçün təmizləyirik. Bir azdan yenə əkinə çıxacağıq. İş varsa, zəhməthaqqı da var. Aybaay maaşımızı alır, ailəmizi dolandırırıq, xeyir-şərimizi yola veririk. Bayramlarda, əlamətdar günlərdə mükafat da alırıq. Bunların əvəzində biz də çalışırıq keyfiyyətli iş görək ki, aldıqlarımız halal olsun". 

Fermerin təsərrüfatında 10 nəfərdən çox işçi çalışır. Məhz onların əməyi sayəsində yetişdirilən, istehsal olunann yüksək reproduksiyalı toxumlar təkcə Salyanda deyil, Neftçala, Sabirabad, Biləsuvar, Lerik, Xaçmaz, Kürdəmir, Hacıqabul, Cəlilabad və digər rayonların fermerləri tərəfindən də məmnunluqla alınır. Qiymət də baha deyil - 70-80 qəpikdir. Dövlət də öz növbəsində toxumçu fermerə hər ton üçün 80 manat həcmində subsidiya ödəyir. 


Seyran CAVADOV, 

"Azərbaycan"   

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

Böyük Zəfər tarixinin qəhrəmanlıq səhifəsi

08:40
17 Oktyabr

Siyasi müstəqillik iqtisadi inkişafın təməlidir

08:30
17 Oktyabr

Əbədi müstəqillik, güclü dövlətçilik, sarsılmaz birlik 

08:20
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!