17 Aprel 2024 09:20
163
İQTİSADİYYAT
A- A+

Siyəzən badamı

 

Yaxın gələcəkdə rayonda badam bağlarının sayı artacaq, sahələri genişlənəcək

 

Ölkəmizin hər yerində olduğu kimi, Siyəzən rayonunda da yaz-tarla işlərinin qızğın vaxtıdır. Artıq 8 fermer təsərrüfatında əkinə başlanıb. 6 təsərrüfatda yazlıq arpa əkilir və bu əkinlər 38 hektar sahəni  əhatə edir. 2 fermer isə 3,65 hektar sahədə tərəvəz əkini ilə məşğuldur.  
Bu il Siyəzəndə bağçılıq təsərrüfatına üstünlük verildiyi müşahidə edilir. Xüsusən badam bağlarının salınmasına meyil artır. Məlum olduğu kimi, son illər ölkədə, o cümlədən şimal bölgəsində badam bağlarının sahəsi genişlənir. Bu da təsadüfi deyil. Çünki badam olduqca faydalı, həm də ixracyönümlü məhsuldur. Dünya bazarında badama böyük tələbat var və o, bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır. Regional inkişaf dövlət proqramlarında da aqrar sahə qarşısında qoyulan vəzifələrdən biri badam bağlarının artırılması olmuşdur. Prezident İlham Əliyev bu məsələyə önəm verərək demişdir: "Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabriki tikilməlidir, paketləmə olmalıdır. Qısa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik".
Mütəxəssislərin fikrincə,  badam gec çiçəklədiyi, həm şaxtaya, həm də  quraqlığa davamlı olduğu üçün ölkəmizin müxtəlif regionlarının iqlim şəraitinə uyğundur. Siyəzəndə də badamçılıq səmərəli sahə hesab olunur. Məsələn, hələ bir neçə il əvvəl "Siyəzən Broyler" MMC 120 hektar sahədə ispan badamı ağacları əkmişdi. Alınan nəticə MMC-ni qane edir.
Bu il isə rayon üzrə 4 fermer 3 hektar sahədə badam ağacları əkib. Deyirlər ki, badam ağacları 3 ilə bara düşür. Bir hektar sahədə 650-dən çox ağac əkmək mümkündür. Məhsulun  saxlama texnologiyasına gəldikdə isə qeyd edirlər ki, bu, sadədir. Damcı üsulu ilə suvarılan fidanlar quru, yağışlı və küləkli  havada təzə açılan çiçəyini belə tökmür. Öz inkişaf dövrünü bütün hallara alışdırır.           
Siyəzənli bağbanlar yeni salınan bağların suvarılmasında  damcı üsulundan istifadə edirlər. Onlar gələcəkdə bağçılığın bu sahəsini inkişaf  etdirmək fikrindədirlər. Məqsəd həm yerli bazarı badamla təmin etmək, həm də onu xarici bazarlara çıxarmaqdır. 

Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video