16 Aprel 2024 15:16
155
DÜNYA
A- A+

“Redmi” yeni cihazını təqdim edib

 

“Redmi” “Redmi Turbo 3” smartfonu ilə yanaşı, “Redmi Pad Pro” planşetini də təqdim edib. O, böyük ölçülü ekranı, böyük həcmli batareyası və Qualcomm prosessoru ilə seçilir. Planşet 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 12.1 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, Gorilla Glass 3 qoruyucu şüşəsi ilə əhatə olunub.
“Redmi Pad Pro” özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini və stilus dəstəyini birləşdirir. Planşet Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. O, 8 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir.
Batareyaya gəldikdə isə planşet 33 vatt gücündə sürətli şarj texnologiyalı 10 min mAh enerji tutumlu batareya ilə təchiz olunub. “Redmi Pad Pro” qutudan Android 14 vasitəsilə çalışır. 

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video