17 Aprel 2024 09:45
897
Təhsil
A- A+

"Qonağınız müəllimlərinizdir" layihəsi davam edir

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) "Qonağınız müəllimlərinizdir" layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarət davam edir.
Layihə çərçivəsində Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri Faiq Əhmədzadə, Rəşad Mustafa Sabunçu, Nizami və Xətai rayonlarında yaşayan I tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər. 
Valideynlərə Aİİ-də tələbələr üçün yaradılmış elm və təhsil mühiti, tələbələrin bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif kurslar və həyata keçirilən inkişafetdirici layihələr haqqında məlumat verilib. Tələbələrin I tədris ilində əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların gələcək perspektivləri barədə valideynlərlə fikir mübadiləsi aparılıb.  
Aİİ rektoru Aqil Şirinov başda olmaqla institutun rəhbər və müəllim kollektivinin tələbələrə qayğısını yüksək qiymətləndirən valideynlər övladlarının gələcəkdə cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadrlar kimi hazırlanmaları prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər. 
Qeyd edək ki, "Qonağınız müəllimlərinizdir" layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video