29 Sentyabr 2023 14:07
511
SİYASƏT
A- A+
Qənirə Ələsgər qızı Paşayeva

Qənirə Ələsgər qızı Paşayeva


Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat etmişdir.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. O, orta məktəbi bitirərək 1991–1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində oxumuş, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil almış, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmış, 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olmuşdur.

Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Qənirə Paşayeva, həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.

Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri vardır. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak etmişdir.

Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.

Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanmışdır. Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir.

Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Ədalət Vəliyev

Fərəh Əliyeva

Adil Kərimli

Eldar Quliyev

Hicran Hüseynova

Əhliman Əmiraslanov

Eldar İbrahimov

Səməd Seyidov

Rafael Hüseynov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bərpa edilib

19:10
09 Mart

ABŞ “Müsəlman qardaşları”nın Sudan qolunu terror təşkilatı elan edib

19:08
09 Mart

Zelenski: Ukrayna İranla qonşu olan, həmçinin ABŞ və Avropa ölkələrindən köməklə bağlı 11 sorğu alıb  

18:57
09 Mart

Rubio: ABŞ İranın qonşularını raketlərlə təhdid etmək qabiliyyətini məhv etmək yolunda qətiyyətlə irəliləyir  

18:47
09 Mart

Daha 7 Meksika diplomatı və onların ailə üzvləri Azərbaycan ərazisinə keçib - İrandan təxliyə  

18:33
09 Mart

Qazaxıstanda kafedə baş verən partlayışda ölənlərin sayı 11-ə çatıb

18:17
09 Mart

Portuqaliyanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

17:01
09 Mart

Prezident İlham Əliyev Ayətullah Seyid Müctəba Hüseyni Xameneini İranın Ali Rəhbəri seçilməsi münasibətilə təbrik edib  

16:57
09 Mart

Rumıniyanın xarici işlər naziri Naxçıvana edilən dron hücumunu pisləyib  

16:53
09 Mart

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei həzrətlərinə  

16:52
09 Mart

Vladimir Putin İranın yeni ali rəhbərini təbrik edib

16:46
09 Mart

Müdafiə Nazirliyi: Türkiyəyə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 

16:38
09 Mart

Polşalı diplomatlar İran ərazisindən Azərbaycana təxliyə olunublar 

16:29
09 Mart

Somali İran tərəfindən Azərbaycana qarşı dron hücumlarını qətiyyətlə pisləyib

16:21
09 Mart

Xankəndidə xanım sahibkarlar üçün yeni biznes imkanları və dövlət güzəştləri təqdim olunub  

16:09
09 Mart

Ceyhun Bayramovun Birləşmiş Krallığın dövlət naziri ilə telefon danışığı olub

15:29
09 Mart

Yohan David Vadeful Almaniya vətəndaşlarının İrandan təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib  

15:07
09 Mart

Gürcüstanın valyuta ehtiyatları 6,65 milyard dollara çatıb  

14:51
09 Mart

Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

14:41
09 Mart

Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

14:01
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!