14 İyun 2026 12:59
326
SİYASƏT
A- A+
Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur  

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur  


Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə qayıtdığı zaman ölkə ciddi siyasi böhran və dövlətçilik problemi ilə üz-üzə idi. Həmin dövrdə Azərbaycanın dövlət kimi mövcudluğu təhlükə altına düşmüşdü.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri, professor Akkan Suver 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı deyib.

Onun sözlərinə görə, Heydər Əliyev ilk növbədə Azərbaycan dövlətini qurdu, daha sonra milli ordunun formalaşdırılmasını təmin etdi və ölkədə sabitliyin bərqərar olmasına nail oldu.

“Ümummilli Lider qısa müddət ərzində Azərbaycanın gələcək inkişafını müəyyən edən mühüm addımlar atdı, dövlət quruculuğu prosesinə rəhbərlik etdi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etdi. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə toplantısında Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınması istiqamətində əldə olunan nəticələr Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm göstəricilərindən biri idi”, – deyə professor vurğulayıb.

Akkan Suver bildirib ki, Ümummilli Liderin vəfatından sonra Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı inkişaf mərhələsinə yüksəldib: "Prezident İlham Əliyev uzun illər ərzində Qarabağ probleminin sülh yolu ilə həllinə çalışıb, məsələni danışıqlar masasında həll etmək üçün ardıcıl səylər göstərib. Lakin bu mümkün olmadıqda Azərbaycan Ordusu məsələni hərbi yolla həll etdi və ölkə tarixi Zəfər qazandı. Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan Ordusu şanlı Qarabağ Zəfəri ilə doğma torpaqları öz sahiblərinə qaytardı”.

Professor vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas təminatçılarından biri olmaqla yanaşı, dünya ölkələri ilə fəal siyasi dialoq aparan nüfuzlu dövlət kimi tanınır: “Enerji sahəsində də Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan aparıcı ölkələrdən birinə çevrilib. Bu gün Avropa İttifaqına üzv olan 10 dövlət də daxil olmaqla, ümumilikdə 16 ölkə təbii qazını Azərbaycandan alır. Bu, Azərbaycanın beynəlxalq enerji bazarındakı strateji mövqeyini aydın şəkildə göstərir”.

Akkan Suver əlavə edib ki, Ermənistanla sülh prosesi çərçivəsində əldə olunan irəliləyişlər regionda yeni iqtisadi və nəqliyyat imkanlarının yaranmasına şərait yaradıb.

"Orta Dəhlizin genişlənməsi Asiya ilə Avropa arasında alternativ marşrutun formalaşmasına imkan verib və Azərbaycanı əsas tranzit ölkələrdən birinə çevirib. Bu proses Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırıb və ölkəyə yeni strateji üstünlüklər qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən və dünyanın etibar etdiyi sabit Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur", - deyə o vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 

00:09
15 İyun

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb  

23:58
14 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

23:16
14 İyun

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

23:06
14 İyun

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

23:03
14 İyun

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

22:28
14 İyun

Putin və Tramp arasında telefon danışığı olub

22:05
14 İyun

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

21:53
14 İyun

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

20:57
14 İyun

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

20:48
14 İyun

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

20:37
14 İyun

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

20:19
14 İyun

Zelenski ilə Tramp arasında telefon danışığı olub

19:13
14 İyun

Şuşa Bəyannaməsi: Zəfərdən irəli gələn yeni geosiyasi güc

19:12
14 İyun

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

18:42
14 İyun

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

17:38
14 İyun

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib  

17:23
14 İyun

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

16:47
14 İyun

Ebola virusu Konqoda sürətlə yayılır

16:04
14 İyun

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

15:57
14 İyun

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə strateji tərəfdaşlığını müttəfiqlik səviyyəsinə yüksəltdi

15:49
14 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!