11 Dekabr 2025 09:35
1171
Mədəniyyət
A- A+
Qazaxda Yusif Səmədoğlunun ədəbi irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

Qazaxda Yusif Səmədoğlunun ədəbi irsinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyi ölkənin hər yerində olduğu kimi, ata yurdu Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Bu günlər rayon icra hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin və Bakı Dövlət Universiteti Qazax filialının birgə təşkilatçılığı ilə Xalq yazıçısının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Yusif Səmədoğlunun ədəbi irsi: ənənə və müasirlik kontekstində" mövzusunda növbəti tədbir - elmi-praktik konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən "Fəxri qazaxlılar" parkında Xalq yazıçısının büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla  yad etmiş, sonra Ədəbiyyat Muzeyində şairin həyat və yaradıcılığını əks etdirən kitab və fotosərgi ilə tanış olmuşlar. Muzeyin böyük zalında davam edən tədbirdə yazıçının həyat və yaradıcılığına həsr edilmiş video-çarxın nümayişindən sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov  çıxış edərək bildirmişdir ki, Yusif Səmədoğlu XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olmuşdur: "O, həyatı boyu həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində durmuş, azadlıq, demokratiya, müstəqillik duyğusu ilə yaşamışdır. Millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından onun əsərləri dəyərli və güclüdür. Yazıçı azad, müstəqil və mədəni həyat yolu keçmişdir. Y.Səmədoğlunda Vətən sevgisi güclü idi. O, əsərlərində zamanın nəbzini tutaraq günün mühüm məsələlərinə toxunmuş, mənəvi-ictimai problemləri ön plana çəkmiş, dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirmişdir".

Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Yusif Səmədoğlu ilə bağlı xatirələrini bölüşmüş, onun yaradıcılığının bugünkü gənc yazarlara örnək olduğunu qeyd etmişdir.

Sonra BDU-nun Qazax filialının kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, Gəncə Dövlət Universitetinin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova məruzələrlə çıxış etmişlər.

Konfransın sonunda Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar tələbələr arasında keçirilən esse müsabiqəsinin qaliblərinə  təşəkkürnamələr təqdim olunmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!