22 Oktyabr 2026 10:25
452
Mədəniyyət
A- A+
Ölüm hökmündən xilas olsa da, ölümün pəncəsindən qurtula bilmədi

Ölüm hökmündən xilas olsa da, ölümün pəncəsindən qurtula bilmədi


1930-cu illərin repressiyası Azərbaycanda olduğu kimi, Orta Asiyadakı türk xalqlarının da taleyindən qara yel kimi keçib. Neçə-neçə vətənsevər ziyalı, yazıçı, şair, mütəfəkkir bu qorxunc dalğada qərq olub. Tanınmış qazax şair-dramaturqu, tərcüməçi və ictimai xadim Miryaqub Dulatov da bu acı taleyi yaşayanlardandır.

1885-ci ildə Kustanay vilayətinin Sarıkopo kəndində anadan olan Miryaqub Dulatov iki yaşında anasını itirib. Atası onu 1893-cü ildə kənddəki molla məktəbinə qoyub. 12 yaşında atasını da itirən Miryaqub ibtidai təhsilini başa vurduqdan sonra Torqaydakı ikisinifli məktəbdə oxuyub. 1906-cı ildə Ufa şəhərindəki Qaliya mədrəsəsinə qəbul olunub. Burada Qalimcan İbrahimov, Şeyxzadə Babiç, Məcid Qafuri və digər ziyalılarla tanış olub.

Həmin dövrdə başlayan inqilab dalğası gənc Miryaqubu da özünə çəkir. O, Karqaralıdakı demokratlara qoşulur. Qazaxların Uralsk şəhərində təsis etdikləri Konstitusiyaçı Demokrat Partiyasının təsis qurultayının təşkilatçılarından biri olur. Qurultayın nümayəndə heyətinin tərkibində Sankt-Peterburqa gedir. Bu ərəfədə hökumətin Rusiyanın mərkəzi quberniyasının rus əhalisinin Qazaxıstana köçürülməsinə qarşı ilk etiraz edənlərdən biri olaraq qazax xalqını bu etiraza qoşulmağa çağırır. Onun "Gənclərə" adlı ilk şeiri 1907-ci ildə Sankt-Peterburqda qazax dilində nəşr edilən "Serke" qəzetində dərc olunur. Siyasi fəaliyyəti ilə qısa müddətdə qazaxıstanlı gənclər arasında tanınır. Qəzetin növbəti nömrəsində onun qazaxların hüquq və haqlarından, məmurların özbaşınalığından bəhs edən "Bizim vəzifələrimiz" adlı məqaləsi də dərc edilir. Bu məqaləyə görə qəzet bağlanır və M.Dulatov həbs olunur. Həbsdən azad olunduqdan sonra siyasi fəaliyyətinin məhdudlaşdırıldığını görən şair yaradıcılığa üstünlük verir.

Qazax xalqını mübarizəyə səsləyən şairin 1909-cu ildə "Oyan, qazax" adlı şeirlər kitabı işıq üzü görür və geniş əks-səda doğurur. Bu uğurdan ruhlanan müəllif 1910-cu ildə "Bəxtsiz Camal" romanını yazır. Kitab varlı bir kişiyə verilən gənc Camalın acı taleyindən bəhs edir. Əsər oxucular tərəfindən maraqla qarşılanır. 1911-ci ildə isə Miryaqub Dulatov "Oyan, qazax" kitabını təkrar nəşr etdirir. Ancaq kitabdakı şeirlər hökumət dairələrini narahat edir və kitab müsadirə olunur.

1913-cü ildə Əlixan Baytursunovun təsisçiliyi ilə Orenburqda "Kazax" adlı qəzet nəşr edilir. M.Dulatov qəzetdə işə dəvət alır. Bir müddət sonra o, qəzetin redaktoru olur. İbrahim Kunanbayovun başladığı maarifçilik hərəkatının ən fəallarından olan A.Baytursunov, M.Æumabayev və M.Dulatov böyük səylə müstəmləkəçiliyə qarşı mübarizəyə qalxırlar. Həmin il M.Dulatovun "Azamat" adlı şeir kitabı işıq üzü görür. Kitabda müəllifin şeirləri ilə yanaşı, F.Şiller, A.Puşkin, A.Tukay, M.Lermontovdan etdiyi tərcümələri də yer alır. 1915-ci ildə isə ədəbi-bədii, publisistik məqalələr toplusu olan "Terme" kitabı çapdan çıxır.

1917-ci ildə Rusiyada inqilabi çevriliş baş verdikdən sonra millətini azad və firavan görmək istəyən vətənpərvər şair çıxılmaz vəziyyətə düşür. Bu zaman qazax ziyalıları iki qrupa bölünmüşlər. Bir qrup xalqın öz dövlətini qurmaq tələbini irəli sürür, başqa bir qrup isə Rusiyanın tərkibində muxtariyyətə nail olmağa üstünlük verirdi. M.Dulatov sovet rəhbərlərinin verdiyi vədlərə aldanır. Bolşeviklərlə bir sırada olan şair 1920-1930-cu illərdə "Ak jol", "Yenbekap kazax" qəzetlərində, "Qızıl Kazaxıstan" jurnalında işləyir. Bütün bunlara rəğmən sovet rəhbərliyi ona inanmırdı. Bunu yaxşı bilən şair Alaş Partiyası ilə əlaqəsini kəsmir. Partiyanın gizli təşkilatlarının işində fəal iştirak edir.

Tədqiqatçı Əli Şamil şairlə bağlı araşdırmasında yazır ki, M.Dulatov ölkədə ərəb əlifbasından latın qrafikasına keçilməsinə etiraz edib. Bunu xalqın keçmişi və tarixi ilə əlaqəsinin kəsilməsi kimi qiymətləndirib. Onun fikirləri dövlət siyasətinə qarşı çıxmaq kimi dəyərləndirilir. M.Dulatov 1928-ci ildə yenidən həbs olunur. Lakin milli qüvvələrin dəstəyi ilə qısa müddətdə azadlığa buraxılır.

Ciddi nəzarətdə olan şair 1930-cu ilin aprelində yenidən həbs edildikdə onu heç kim müdafiə edə bilmir. Uzun və işgəncəli istintaq zamanı şairin gizli antisovet fəaliyyəti aşkarlanır. Məhkəmənin qərarı ilə M.Dulatova ölüm hökmü verilir. Lakin bir neçə ay həbsxanada saxlanıldıqdan sonra bu hökm dəyişdirilir və o, 10 il müddətinə Şimal Buzlu Okeanı sahillərindəki Ağ dənizdə yerləşən Solovki xüsusi təyinatlı əsir düşərgəsinə göndərilir. Vətənpərvər şair 5 oktyabr 1935-ci ildə həbsxanada dünyasını dəyişir.

Lakin Qazax xalqının vətənsevər oğulları, habelə dünyanın demokratik fikirli insanları Miryaqub Dulatovu unutmur, gec də olsa 1988-ci ildə ona bəraət verilir. İstiqlal şairinin əsərləri yenidən nəşr olunur və adının əbədiləşdirilməsi üçün xeyli iş görülür. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!