23 Oktyabr 2026 11:12
231
Mədəniyyət
A- A+
Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  


Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirilib


XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 23-də Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının ispan dilində nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir İspaniyanın Azərbaycandakı səfirliyi və ADU-nun birgə təşkilatçılığı ilə baş tutub.

İspaniyanın Azərbaycandakı səfiri Kristina Latore Sanço çıxışında Azərbaycan və İspaniya arasında mədəni əlaqələrin inkişafında ədəbiyyatın və tərcümə layihələrinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan ədəbiyyatının ispan dilində nəşrinin ölkənin zəngin ədəbi irsinin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yarımçıq əlyazma” romanının Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, əsərin ideya-məzmun xüsusiyyətlərindən və onun müxtəlif dillərə tərcüməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bədii əsərlərin xarici dillərdə nəşri milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun gücləndirilməsi baxımından mühüm rol oynayır.

Təqdimat zamanı romanın ispan dilində nəşrinin Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılmasına, eləcə də Azərbaycan və İspaniya arasında ədəbi-mədəni əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi vurğulanıb.

Əsərin ispan dilinə tərcüməsində ADU-nun müəllimləri Jalə Qənbərli, Aynur Quliyeva, Rəhimə Məmmədova, Gülnar Mustafayeva, Aytən Əliyeva, Dürnisə Ağayeva və Günel Qəmbərova iştirak ediblər. Tərcümə prosesində AZƏRTAC-ın ispan dilində xəbər buraxılışının redaktoru Nuridə Aslanova da yaxından iştirak edib.

Müasir Azərbaycan ədəbiyyatının diqqətəlayiq nümunələrindən olan “Yarımçıq əlyazma” romanında mif, tarix və fəlsəfi düşüncə özünəməxsus bədii üslubda bir araya gəlir. “Kitabi-Dədə Qorqud” motivlərinə yeni baxış təqdim edən əsər tarixi yaddaş, kimlik və həqiqət axtarışı kimi mövzularla oxucunu düşünməyə sövq edir.

Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək Bakı Ekspo Mərkəzində davam edəcək. Sərgi yerli və xarici nəşriyyatları, yazıçıları, tərcüməçiləri və kitabsevərləri bir araya gətirərək ədəbi əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamda bütün imkanlar yeni vəzifələrə hədəflənib

12:04
23 Oktyabr

Ordubadın Dırnıs və Kələki kəndlərinə gələn sel ciddi fəsadlar törədib

11:57
23 Oktyabr

KTMT-nin baş katibi Ermənistanın təşkilatdan de-fakto çıxdığını bildirib

11:50
23 Oktyabr

İşğaldan azad olunmuş ərazilərə növbəti köç yola salınıb

11:43
23 Oktyabr

Şahdağda qar, Gədəbəydə dolu yağıb 

11:35
23 Oktyabr

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial paket çərçivəsində 132 min şəxsə 443 min xidmət göstərilib  

11:26
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

11:23
23 Oktyabr

Milli Məclisdə daha 12 məsələnin müzakirəsinə başlanılıb

11:17
23 Oktyabr

Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü silsilə tədbirlərlə davam edir  

11:12
23 Oktyabr

Azərbaycan nefti 121 dollardan baha satılır

11:03
23 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:48
23 Oktyabr

Metoronun “Həzi Aslanov” stansiyasında yenidənqurma işləri başa çatıb

10:42
23 Oktyabr

Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində mümkün səyləri həyata keçirir

10:35
23 Oktyabr

Antonio Quterreş: Dünyada ərzaq, yanacaq və digər zəruri məhsulların qiymətləri ilə bağlı gərginlik artır

10:30
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

10:23
23 Oktyabr

Neft sızması nəticəsində BƏƏ-nin bəzi çimərlikləri bağlanıb

10:18
23 Oktyabr

Saxarov mükafatı Beynəlxalq Cinayət Məhkəməsinə verilib

10:14
23 Oktyabr

Birjalarda neft bahalaşıb 

10:10
23 Oktyabr

Yasamal və Abşeron rayonlarının bəzi ərazilərində işıq olmayacaq

10:07
23 Oktyabr

Bu gün Beynəlxalq Qar Bəbiri Günüdür

10:00
23 Oktyabr

Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub

09:40
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!