04 Dekabr 2025 08:50
244
CƏMİYYƏT
A- A+
Qalib Azərbaycanın vətənpərvər gəncliyi

Qalib Azərbaycanın vətənpərvər gəncliyi


Ölkəmizin sürətli inkişafında vətənpərvər, fəal və məqsədyönlü gənclərimizin rolu danılmazdır. Müstəqillik dövrünün imkanlarından bəhrələnən Azərbaycan gənci yalnız texnologiya və təhsil sahəsində deyil, həm də milli-mənəvi dəyərlərə sədaqət və dövlətçilik ənənələrinə bağlılığı ilə seçilir. Doğma Vətənin tarixi yaddaşına sahib çıxmaq, milli kimliyi qorumaq və onu gələcək nəsillərə ötürmək bu gün gəncliyin üzərinə düşən ən vacib vəzifələrdəndir.


Tarixi yaddaşa sədaqət, bu günə ehtiram


Bir xalqın ən böyük səadəti dövlətinin müstəqil olmasıdır. Bu mənada Azərbaycan gəncləri çox xoşbəxtdirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan gəncləri müstəqillik dövrünün vətəndaşıdırlar: "Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər".

Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan olunub. Bu qərar müstəqilliyin əhəmiyyətinin gənclər arasında daha dərindən aşılanmasında, dövlətçilik ideallarının möhkəmləndirilməsində böyük tol oynayır. Sərəncamda bildirilir ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illərboyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur: "Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir".

Lakin həmin illərdə Azərbaycan xalqının dövlət müstəqilliyinə nail olmaq uğrunda mübarizəsini istəməyən, suverenliyinə qarşı çıxan qüvvələr Qarabağı münaqişə ocağına çevirdilər. Keçmiş Sovet İttifaqı rəhbərləri erməni quldurlarının Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğal etmələrinə şərait yaratdılar. Otuz ilə yaxın həmin torpaqlar Ermənistanın əsarətində qaldı.

Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulacağı günlərin arzusu və ümidi ilə yaşadı. O  günlər gəldi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Vətən müharibəsi başladı. Azərbaycan gəncləri bu xalqın qəhrəmanlıq, vətənpərvərlik ruhunu yenidən bütün dünyaya nümayiş etdirdilər. Minlərlə gənc könüllü olaraq cəbhəyə yollandı.

44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan gənci xalqının haqq savaşında hünər göstərməyə, vətən torpaqlarını yağılardan xilas etmək üçün  canından belə keçməyə hər an hazırdır. Onlar Qarabağ və Şərqi Zəngəzuru işğalçı Ermənistanın silahlı qüvvələrindən azad etmək üçün şiddətli döyüşlərdə ruh yüksəkliyi ilə iştirak etdilər. Vətənin azadlığı uğrunda mərdliklə döyüşdülər. Göstərdikləri fədakarlıqlarla bu günün və gələcəyin gənclərinə nümunə oldular.

2020-ci ilin noyabrında Prezident İlham Əliyev Azərbaycan xalqını Zəfər xəbəri ilə müjdələdi. Bu böyük Zəfər Azərbaycan gənclərinə qalib xalqın nümayəndəsi kimi qürurla yaşamağın sevincini bəxş etdi, gələcəyə daha inamla baxmağı aşıladı. 


Güclü, sarsılmaz Azərbaycanın bu günü və sabahı


Vətənpərvərlik yalnız döyüş meydanında qazanılan qalibiyyətlə deyil, eyni zamanda elm, təhsil, mədəniyyət və innovasiya sahələrində də özünü göstərir. Müasir Azərbaycan gəncliyi ölkənin elmi-texniki potensialının güclənməsində mühüm rol oynayır. Eyni zamanda gənc rəssamların sərgiləri, musiqi festivalları, ədəbiyyat günləri, teatr layihələri milli mədəniyyətin qorunması və dünyaya tanıdılması baxımından dəyərli təşəbbüslərdir.

Bu gün yüzlərlə gənc beynəlxalq arenalarda ölkəmizi təmsil edir, dünya olimpiadalarında, elmi konfranslarda Azərbaycan adını ucaldır. Onların fəaliyyəti yalnız şəxsi nailiyyət deyil, ölkənin imicinə, beynəlxalq nüfuzuna layiqli töhfələrdir.

Son illər gənclər arasında vətənpərvərlik ideyalarının təşviqi məqsədilə həyata keçirilən dövlət proqramları, layihələr böyük nəticələr verir. 

Eyni zamanda geniş vüsət alan könüllülük hərəkatı gənclər arasında həm sosial məsuliyyəti gücləndirir, həm də humanizm dəyərlərini önə çıxarır. "ASAN Könüllüləri", "DOST Könüllüləri", müxtəlif ictimai birliklər və universitetlərin təşəbbüsləri minlərlə gənci bir araya gətirir. Bu tədbirlərdə iştirak edən gənclər cəmiyyətə töhfə verməyin, insanlara yardım etməyin bir vəzifə deyil, mənəvi borc olduğunu dərk edirlər.

Azərbaycan mədəniyyəti yüz illərin süzgəcindən keçərək formalaşmış zəngin irsə malikdir. Bu irsin gənclər arasında təbliği, folklor nümunələrinin öyrənilməsi, milli musiqi və ədəbiyyata marağın artırılması istiqamətində həyata keçirilən tədbirlər gənclərin milli özünüdərkini möhkəmləndirir. Tarixi abidələrin qorunması, mədəni layihələrdə iştirak, eləcə də milli sənətkarlıq nümunələrinin yaşadılması gənclərimizin vətənpərvərlik missiyasının təzahürüdür.

Vətənpərvər gənclik daha da güclü, sarsılmaz Azərbaycanın uğurlu gələcəyi deməkdir. Bu sağlam, müasir olduğu qədər də tarixi keçmişinə, milli dəyərlərinə sıx bağlı olan nəsil öz bilik və bacarığı ilə ölkənin inkişafına töhfə verir, müstəqilliyimizin möhkəmlənməsinə xidmət edir və dövlətimizin nurlu sabahları naminə çalışır.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!