17 Aprel 2024 15:38
312
İDMAN
A- A+

“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb

 

Bu il Fransanın ev sahibliyi edəcəyi Paris Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün qalıb.

AZƏRTAC xəbər verir ki, 33-cü Yay Olimpiya Oyunları iyulun 26-da keçiriləcək açılış mərasimi ilə rəsmi olaraq start götürəcək. Mərasim Sena çayında təşkil olunacaq.

Yay Olimpiadası 1900 və 1924-cü illərdən sonra üçüncü dəfə Fransada keçiriləcək. Dördilliyin ən nüfuzlu yarışının proqramına 28 idman növü ilə yanaşı, breykdans, idman dırmanması, skeytbordinq və dalğa sörfinqi kimi yeni növlər də daxil edilib. 17 gün davam edəcək Oyunlarda 10500 idmançı medallar uğrunda mübarizə aparacaq. Medal qazanan idmançılar özləri ilə Parisin simvolu hesab olunan Eyfel qülləsindən bir parça götürə biləcəklər. Belə ki, qüllənin təmiri zamanı dəyişdirilən hissələr yarış üçün hazırlanmış medalların tərkibinə əlavə olunub. Beləliklə, mükafata layiq görülən idmançılar sinələrində Eyfel qülləsindən orijinal parça daşıyacaqlar. Medalların ortasına qoyulan dəmir parçaların hər birinin çəkisi 18 qram olacaq.

Olimpiada zamanı 15 milyon turisti qəbul etməyə hazırlaşan Parisdə sürücü çatışmazlığı, metro və qatar xidmətlərində gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlığın olacağı gözlənilir. Mümkün tıxacların qarşısını almaq üçün hökumət müvafiq tədbirlər görməyə davam edir. Bu məqsədlə parisliləri Oyunlar zamanı evdən işləməyə təşviq etmək üçün kampaniyaya başlanılıb. Kampaniya çərçivəsində paytaxt küçələrində, metro və şəhərətrafı qatar stansiyalarında “Olimpiya Oyunları zamanı vaxta qənaət etmək üçün evdən işləmək vacibdir” sözlərinin yazıldığı plakatlar asılıb. Plakatlarda oyunlar zamanı vətəndaşlara və turistlərə ictimai nəqliyyat səfərlərini əvvəlcədən planlaşdırmağa kömək edəcək vebsayt haqqında məlumatlar da yer alıb.

Azərbaycan artıq atletika, atıcılıq, boks, gimnastika, güləş, taekvondo və basketbol olmaqla, 7 idman növündə 17 Olimpiya lisenziyası qazanıb. Bu dəfə ölkəmiz Olimpiya Oyunlarında ilk dəfə komanda idman növündə təmsil olunacaq. Lisenziya sayının Oyunların startınadək artacağı şübhə doğurmur.

Paris Olimpiadasına lisenziya əldə edən Azərbaycan idmançıları

Atletika: Anna Skidan (çəkicatma)

Atıcılıq: Ruslan Lunyov (10 metr məsafəyə pnevmatik tapançadan atəş açma)

Boks: Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram), Məhəmməd Abdullayev (+92 kiloqram)

Gimnastika: Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası)

Yunan-Roma güləşi: Sənan Süleymanov (77 kiloqram), Həsrət Cəfərov (67 kiloqram)

Sərbəst güləş: Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqomedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram), sərbəst güləş

Taekvondo: Qaşim Maqomedov (58 kiloqram)

Basketbol: Qadınlardan ibarət 3x3 basketbol millisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video