15 Mart 2025 09:00
1085
Mədəniyyət
A- A+
Novruz bərəkət bayramıdır, lakin israfçılığı sevmir

Novruz bərəkət bayramıdır, lakin israfçılığı sevmir


Hər il hələ qışın ömrünə xeyli qalmış yazın həvəsi, eşqi, şövqü ilə yaşayırıq. İlk növbədə, səməni göyərtməyə tələsirik ki, o, bayram süfrələrimizi bəzəməyə "gecikməsin".

"Səməni, ay Səməni, saxla məni, ildə cücərdərəm səni", - deyərək ürəyimizdə min niyyət tutur, arzularımızı dilə gətiririk. Bəzən də bir sini, ya bir nəlbəki əvəzinə bir neçə qabda səməni cücərdirik. Buna ehtiyac oldu-olmadı. Birbaşa mətləbə keçərək qeyd edək ki, burada da israfçılığa yol vermək olmaz. Bir evə, bir ailəyə simvolik olaraq bir səməni bəs etməzmi? Axı bu, buğdadan yaranır. Adi bir hesablama aparmağa cəhd edək. Bir qabda səməni göyərtmək üçün yüz qram buğda tələb olunursa və hər xanım beş səməni göyərdirsə, bu, yarım kiloqram buğda deməkdir. Bu hesabla 10 qadının səməni göyərtməsinə beş kiloqram buğda sərf olunur. Kiloqramlar üst-üstə gələrək tonlara çevrilir.

Belə çıxmasın ki, kimsə səməninin əleyhinədir. Yox! Bu, adətimiz, ənənəmiz, əziz bayramımızın simvollarından biri - arzu-dilək rəmzimizdir. Amma, necə deyərlər, hər şey öz qədərində gözəldir. Gəlin, ötən novruzları yada salaraq xatırlayaq ki, bayramdan sonra nə baş verir? O baş verir ki, zibilliklərin yanından keçəndə səməniləri nəinki qutuların içində, hətta bəzən ətrafda ayaqlar altında əzilən görürük. Günahdır bu! Təkcə arzularımızın rəmzinə çevirdiyimiz, müqəddəs bildiyimiz, əlimizlə bəslədiyimiz yaşıllığa deyil, bundan öncə də bərəkətə, çörəyə nankor olmaq deməkdir.

Deyilənə görə, bəzi bölgələrimizdə qız-gəlin bayramdan sonra çay qırağına gələrək səməniləri axar suya atır və yenə də qəlblərinin istəyini söyləyirlər. Bəlkə bayramdan sonra səməniləri bir yerə toplayıb toyuq-cücəsi, mal-qarası olana, yaxud yaxınlıqdakı fermalara vermək də olar. Ən azı bu bərəkət rəmzini əldən-ayaqdan uzaq, təmiz bir yerə qoymaq lazımdır.

Novruz ruzi-bərəkət, bolluq bayramı olsa da, israfçılığı da sevmir. Mənim doğulub böyüdüyüm bölgənin adətinə görə, bayramda, ələlxüsus da İlaxır çərşənbədə ailənin təknəsində olan ən əziz nemətlərin hamısı süfrəyə düzülərdi. Hətta anamızın, nənəmizin tədarük edib küncdə-bucaqda saxladığı təamlar həmin gün ortaya qoyulmalı idi. Əlbəttə, bunlar israfçılığa yol verilmədən istehlak olunardı. Qohum-qonşuya pay getməli və əlbəttə, ətrafdakı ehtiyacı olanlar mütləq diqqətdən kənarda qalmamalı idi. 

Yenə də ötən illərin bayramdan sonrakı mənzərəsini xatırlayaq. Zibil qutularına nə qədər çürümüş qoğal, qurumuş çərəzlər, məsələn, innab, iydə, xırda xirnik və s. atılır. Sellofan torbalarda nə qədər boyat aş tullantıya çevrilir. Bu, bizə qismət etdiyi ruzinin müqabilində Allaha şükranlıq əvəzinə asi olmaq demək deyilmi?

Kimsə deyə bilər ki, axı Novruzda insanlar bir-biri ilə bayramlaşır. Ona görə də hər evdə qonaq gözləyir, bu səbəbdən bol-bol şirniyyat hazırlayır, xörəyi lazım olandan artıq bişirirlər. Bunun da həddi var. Çünki onsuz da süfrədə neçə cür nemət olur. Bizim bayram süfrələrimizdən doymamaq mümkün deyil!

Builki Novruzumuz Ramazan ayına təsadüf edib. Necə deyərlər, bayram bayrama qovuşur. Bəlkə də bu, bizi daha çox düşünməyə, ruzi-bərəkətin qədrini bilməyə, israfçılıq adlı günaha batmamağa, təknəmizdə olanı paylaşmağa çağırır. İsrafçı olmayaq, şükürnemət, xeyirxah, mərhəmətli olaq və bundan zövq alaq. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!