05 Mart 2026 08:35
173
İQTİSADİYYAT
A- A+
Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli


Azərbaycanın  nəqliyyat sektorunda davam edən irəliləyiş və dinamizm göz önündədir. Bu, son illər ölkəmizdə mükəmməl bir nəqliyyat infrastrukturu yaradılmasında öz əksini tapıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr, islahatlar  həyata keçirilib. Qabarıq görünən bu islahatlar vahid nəqliyyat siyasətinin formalaşmasına səbəb olub. 

Bəri başdan qeyd edək ki, nəqliyyat sektorunun inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Son 20 ildən artıq bir dövr ərzində ölkəmizdə minlərlə kilometr avtomobil yolu, yüzlərlə kilometr dəmir yolu çəkilib və ya əsaslı təmir olunub. Bunlar dövlətin nəqliyyat infrastrukturuna verdiyi önəmin və bu sahənin daim diqqət mərkəzində saxlanıldığının açıq göstəricisidir. Nəqliyyat şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi beynəlxalq ticarət və regional əlaqələrin inkişafına da təsir edir. Nəqliyyat sektoru müxtəlif sahələri - avtomobil, hava,  dəniz və dəmir yollarını birləşdirən geniş bir sistemdir. Onların  hər biri öz növbəsində ölkənin iqtisadiyyatına və sosial inkişafına müsbət təsir edir.

Nəqliyyatın hazırkı vəziyyəti ilə bağlı  Dövlət Statistika Komitəsinin bir neçə əhəmiyyətli göstəricilərini nəzərdən keçirək: 2026-cı ilin yanvar ayı ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,4 faiz azalıb və 6,8 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 18,3 milyon ton yük daşınıb. Daşınan yüklərin  3,6 faizi dəniz, 0,1 faizi hava, 6,7 faizi dəmir yolu, 59 faizi avtomobil nəqliyyatı, 30,6 faizi isə boru kəmərlərinin payına düşüb.

Nəqliyyat sektorundakı ümumi inkişafla yanaşı, xüsusilə avtomobil yolları şəbəkəsinin genişlənməsi və müasirləşməsi diqqətəlayiqdir. Azərbaycanın avtomobil yolları şəbəkəsi ilbəil genişlənərək müasir infrastrukturlarla təchiz olunub. Bakının şəhərdaxili və ölkənin regionlararası yollarının təmiri, eləcə də yenilənməsi ilə həm sərnişin, həm də yük daşımaları üçün rahat şərait yaradılıb. Lakin yol şəbəkəsinin keyfiyyətinin artırılması, tıxacların aradan qaldırılması və təhlükəsizlik problemi hələ də  diqqət tələb edən məsələ olaraq qalır. Bu mövzuda daha ətraflı məlumat vermək üçün ölkəmizin avtomobil yolları şəbəkəsinin inkişafı ilə bağlı son dövrlərdəki statistik göstəricilərə nəzər salaq. Statistikaya  görə, bu ilin yanvar ayında avtomobil nəqliyyatı ilə 10,8 milyon ton yük, 149 milyon sərnişin daşınıb. Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə taksi xidmətindən istifadə edib.

Azərbaycanın dəmir yolu şəbəkəsi strateji mövqeyi və beynəlxalq ticarət əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir, yerli beynəlxalq ticarət daşımalarında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti regionda nəqliyyat axınlarını sürətləndirərək, ölkəni Asiya və Avropa arasında mühüm bir körpüyə çevirir. Bu layihə həmçinin Azərbaycana Qazaxıstan, Türkmənistan və digər Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrini inkişaf etdirmək üçün yeni imkanlar yaradır. Dəmir yolu infrastrukturu yalnız yük daşımaları üçün deyil, sərnişin nəqliyyatı üçün də böyük əhəmiyyətə malikdir. Bu sahədəki inkişafı daha yaxşı başa düşmək üçün dəmir yolunun mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı 2026-cı ilin yanvarındakı statistik məlumatlara nəzər salaq: ilin ilk ayında dəmir yolu ilə  1,2 milyon ton yük, 856,2 min sərnişin daşınıb.  2025-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 18,9 faiz azalma, sərnişin daşınmasında isə 20 faiz artım müşahidə olunub.

Gizli deyil ki, Bakı bu gün regionda hava nəqliyyatının mərkəzi hesab edilir. Heydər Əliyev Beynəlxalq Aeroportu  regionda ən müasir aviaşirkət və sərnişin xidmətlərini təklif edən hava limanlarındandır.  Hava nəqliyyatının inkişafı həm turistlərin cəlb edilməsi, həm də beynəlxalq ticarətin artması üçün vacibdir. Bu sahənin inkişafı və hava nəqliyyatının hazırkı vəziyyəti haqqında statistik rəqəmlər nə deyir:  cari ilin yanvar ayında hava nəqliyyatı ilə 318,1 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə  müqayisədə 5 faiz çox sərnişin deməkdir. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitəsilə həyata keçirilib. 

Azərbaycanın Xəzər dənizindəki limanları, xüsusilə Bakı limanı və  artıq fəaliyyətdə olan Ələt limanı ölkənin strateji ticarət mərkəzləri olaraq mühüm rol oynayır. Bu limanlar ölkənin neft və qaz ixracatının həcmini artırmağa, həmçinin müasir logistika mərkəzləri olaraq regionun ticarət əlaqələrini genişləndirməyə xidmət edir. Limanların infrastrukturu və beynəlxalq əlaqələrinin artırılması bu sahənin inkişafını sürətləndirə bilər. Qeyd edək ki, bu ilin ilk ayında daşınmış yüklərin həcmi 658,8 min ton təşkil edib. Yüklərin 60,1 faizi neft məhsullarından ibarət olub.

Statistik rəqəmlər  cəmiyyət həyatının göstəricisidir. Sadalanan rəsmi statistika sübut edir ki, Azərbaycanın mühüm neftdənkənar sahələrindən olan nəqliyyat sistemi hərtərəfli və dinamik inkişafdadır. Mövzuya bu baxımdan yanaşaraq deyə bilərik ki, hazırda iqtisadiyyatın sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi çəkisi danılmazdır. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə etməklə iqtisadiyyatda  inkaredilməz rola malikdir. Nəqliyyat  iqtisadi inkişafın möhkəm sütunu olmaqla sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetləri arasında körpü rolunu  oynayır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

Gücümüz birliyimizdədir

08:30
05 Mart

Azərbaycan Avropanın enerji xəritəsini yenidən cızır

08:25
05 Mart

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

08:20
05 Mart

Ölkəmizin enerji sahəsində hədəfləri böyükdür

08:15
05 Mart

Azərbaycanın dayanıqlı gələcəyə aparan enerji strategiyası

08:10
05 Mart

Heydər Əliyev ideologiyası: dövlətçiliyin mükəmməl fəaliyyət əsası

08:05
05 Mart

Azərbaycanın sərhəd tanımayan enerji siyasəti

08:00
05 Mart

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!