05 Mart 2026 08:20
847
SİYASƏT
A- A+
Regional sabitlikdən beynəlxalq həmrəyliyə 

Regional sabitlikdən beynəlxalq həmrəyliyə 


Azərbaycan xalqının humanizmi və qonaqpərvərliyi təkcə mənəvi dəyər deyil, həm də dünya miqyasında təqdir olunan tarixi bir reallıqdır. Ölkəmizə istər turist, istərsə də beynəlxalq tədbirin iştirakçısı kimi gələn hər bir əcnəbi vətəndaşa xalqımıza xas mehribanlıq, tolerantlıq və insanlara dilindən, dinindən, cinsindən asılı olmayaraq bərabər yanaşma prinsipləri hər zaman ön plandadır. Bu ali mənəvi keyfiyyətlər bu gün Azərbaycanın xarici siyasət kursunun da təməlini təşkil edir.


Sülh və əmin-amanlıq naminə


Azərbaycan beynəlxalq münasibətlər sistemində hər zaman sülhün və ədalətin tərəfdarı kimi çıxış edir. Müstəqil və balanslaşdırılmış siyasət yürüdən ölkəmiz Sülh Şurasının təsisçi üzvlərindən biri olmaqla, qlobal barışa xidmət edən çağırışlarını əməli addımlarla möhkəmləndirir. Bu kontekstdə rəsmi Bakı qonşu İranda cərəyan edən hadisələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edərək tərəfləri daim dialoqa səsləyir.

Bu il martın 1-də Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkiana ünvanladığı məktubda dost İran xalqının üzüntüsü dərindən paylaşılır: "İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq". 

Dövlət başçısı vurğulayır ki, bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq.

Bu məktub ölkəmizin regionda gərginliyin deyil, rifahın tərəfdarı olduğunun növbəti təsdiqidir.

Azərbaycanın xarici siyasətində dəyişməz bir prinsip var. Ölkə ərazisindən üçüncü tərəflərin hər hansı hərbi məqsədlər üçün istifadəsinə qətiyyən icazə verilmir. Bu mövqe cari il yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı bir daha qətiyyətlə vurğulanıb. 

Telefon danışığı zamanı İran ətrafında yaranmış vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onun ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan və ritorikadan çəkinmələrinin zəruriliyinin ölkəmiz tərəfindən hər zaman vurğulandığını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu bildirilib.

Nazir deyib ki, Azərbaycan öz hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya digər ölkələrə qarşı hərbi əməliyyat aparılması üçün istifadəsinə heç vaxt imkan verməyəcək. 

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu bu prinsipial mövqeyə görə Azərbaycana minnətdarlığını bildirib.


Qlobal təşəkkürün ünvanı


Bu gün Azərbaycan regionda əsl "təhlükəsizlik adası"na çevrilib. İranda yaranmış mürəkkəb vəziyyətlə əlaqədar xarici ölkə vətəndaşlarının təxliyə üçün məhz Azərbaycanı seçməsi də təsadüfi deyil. Çünki həmin əcnəbi vətəndaşlar da əmindirlər ki, humanizm dəyərlərinin yüksək şəkildə təşəkkül tapdığı Azərbaycan təxliyə üçün ən təhlükəsiz ölkədir. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır. Hazırda İrandan digər ölkələrin vətəndaşları olan əcnəbilər Azərbaycan ərazisi vasitəsilə təxliyə olunurlar. Əksər dövlətlər vətəndaşlarının rahat təxliyəsi üçün şərait yaradıldığına, ölkəmizdə onlara göstərilən həssas diqqət və qayğıya görə Azərbaycana səmimi minnətdarlıqlarını çatdırırlar.

Martın 2-də XİN rəhbəri Ceyhun Bayramovun Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə telefon danışığı olub. Telefon danışığı zamanı bölgədə artmaqda olan hərbi gərginlik və eskalasiya nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Tərəflər qarşıdurma nəticəsində bölgədə yaranmış vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar. Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub. 

Nazir Ceyhun Bayramovun Fransanın Avropa və xarici işlər naziri Æan-Noel Baro ilə martın 3-də telefon danışığı olub. Fransa naziri yaranmış mürəkkəb şəraitdə ölkəsinin  vətəndaşlarının İrandan təxliyəsi prosesində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür ifadə edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Azərbaycan XİN rəhbəri ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında martın 1-də telefon danışığı zamanı kanadalı nazir keçən ilin iyun ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Həmin dövrdə göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

Mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq, zərurət yarandığı təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Martın 3-də Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı zamanı Rusiya tərəfi mürəkkəb regional vəziyyət şəraitində Rusiya Federasiyası vətəndaşlarının İrandan operativ şəkildə təxliyə edilməsinə göstərdiyi yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Eyni zamanda Rusiyanın Tehrandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxışının təşkil edilməsinə göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev İrandan qazaxıstanlıların təxliyəsi məsələsində göstərilən konstruktiv əməkdaşlıq və dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

Yuxarıda qeyd olunan nümunələr sübut edir ki, humanizm Azərbaycan xalqı üçün, sadəcə, termin deyil, əsrlər boyu formalaşmış genetik kod yaddaşıdır. Ehtiyacı olana kömək əli uzatmaq, regional böhranlar zamanı xilasedici körpü rolunu oynamaq dövlətimizin prioritet siyasətinin əsasını təşkil edir. 

Respublikamızın humanitar fəaliyyəti yalnız regional deyil, həm də qlobal xarakter daşıyır. Bu gün baş verən proseslər bir daha göstərir ki, Azərbaycan təkcə iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də mənəvi nüfuzu, etibarlı tərəfdaş imici və sarsılmaz humanitar prinsipləri ilə beynəlxalq aləmin ayrılmaz və vazkeçilməz parçasıdır. Ölkəmizin təşəbbüsü ilə qurulan bu sülh və humanizm platforması gələcəkdə regionda davamlı sabitliyin bərqərar olması üçün ən güclü fundamentdir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:28
30 Aprel

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:27
30 Aprel

"Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı Əməkdaşlıq Sazişi"nin təsdiq edilməsi haqqında

02:25
30 Aprel

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

02:24
30 Aprel

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:23
30 Aprel

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

02:22
30 Aprel

Ukrayna dronları Rusiyanın bir neçə “Mi-28” və “Mi-17” helikopterlərinə zərbə endirib  

23:55
29 Aprel

Tramp Putinlə telefon danışığının detallarını açıqlayıb

23:18
29 Aprel

Putin Trampa II Dünya müharibəsində Qələbənin ildönümü ilə bağlı atəşkəsə hazır olduğunu deyib  

21:57
29 Aprel

Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı baş tutub  

21:56
29 Aprel

Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb

21:45
29 Aprel

Ukrayna Rusiya ilə yeni əsir mübadilələrinə hazırlaşır

21:29
29 Aprel

Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində külək enerjisinin ixracı nəzərdən keçirilib  

21:03
29 Aprel

Amerikalı ekspert: Qarabağda texnoloji şəhər mühiti üçün unikal imkan var  

20:52
29 Aprel

Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir təşkil olunub  

20:48
29 Aprel

Hörmüz boğazı hamı üçün bağlı deyil

20:28
29 Aprel

Yaxın Şərqdəki münaqişə və Hörmüz böhranı fonunda “Brent” 50, “Light” isə 40 faizdən çox bahalaşıb  

20:23
29 Aprel

Sensor ekranlı “mouse” təqdim edilib  

20:18
29 Aprel

Azərbaycan və Kolumbiya siyasi dialoqu gücləndirir

20:15
29 Aprel

“DJI”nin yeni cihazı nümayiş olunub  

20:13
29 Aprel

Pirat və kontrafakt mallar dövlətin xeyrinə müsadirə oluna biləcək  

20:09
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!