05 Mart 2026 08:30
826
SİYASƏT
A- A+
Gücümüz birliyimizdədir

Gücümüz birliyimizdədir


Azərbaycanın təşəbbüsləri türk dünyasının həmrəyliyini daha da gücləndirir 


Azərbaycan bir sıra üstünlükləri ilə yanaşı, həm də güclü ordusu və müasir müdafiə sistemi ilə regionda söz sahibi olan dövlətdir. Bu reallıq respublikamızın təhlükəsizlik məsələlərinə həm də beynəlxalq səviyyədə fəal yanaşmasını şərtləndirir.

Azərbaycan üçün bu sahədə türk dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Ortaq tarixə, mədəniyyətə və strateji maraqlara malik bu ölkələrlə münasibətlərin hərbi sahəni də əhatə etməsi təbiidir. Çünki təhlükəsizlik məsələləri bugünkü dövrdə artıq, sadəcə, bir dövlət çərçivəsində həll olunmur, qarşılıqlı dəstək və koordinasiya tələb edir. Bu baxımdan türk dövlətləri arasında hərbi əməkdaşlığın genişlənməsi Azərbaycanın təşəbbüskarlığı və siyasi iradəsi ilə daha da sürətlənir. Bu birlik həm regional sabitliyə xidmət edir, həm də ümumi təhlükəsizlik baxımından etibarlı və əsaslı model formalaşdırır.

Məhz bu mənada Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti ötən il oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bu təşəbbüsü irəli sürüb. "Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm... Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir", - deyə Prezident İlham Əliyev bildirib. 

İndiyə qədər Türk Dövlətləri Təşkilatına üzv ölkələr əsasən ikitərəfli və ya üçtərəfli formatda hərbi təlimlər həyata keçiriblər. Xüsusilə Azərbaycan və Türkiyə arasında il ərzində bir neçə dəfə genişmiqyaslı birgə təlimlər təşkil olunur. Bununla yanaşı, müdafiə sənayesi istiqamətində də real və praktik əməkdaşlıq mövcuddur, birgə layihələr icra edilir. Lakin bu əməkdaşlığın daha geniş müstəviyə daşınaraq bütün türk dövlətlərinin iştirakı ilə ortaq hərbi təlimlərin təşkili təşəbbüsü ilk dəfə Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Bu təşəbbüs təşkilat daxilində əməkdaşlığın yeni mərhələyə keçididir.

Prezident İlham Əliyev bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı bildirmişdir: "Qəbələdəki Zirvə görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm...

... Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, birnömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz "Kim bunu dəstəkləmədi?". Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək".

Bu fikirlər dövlətimizin başçısının bu prosesə nə qədər prinsipial və strateji yanaşdığını göstərir. Burada söhbət, sadəcə, hərbi təlimlərdən getmir. Söhbət türk dünyasının psixoloji birliyindən, ortaq təhlükəsizlik şüurunun formalaşmasından gedir. Birgə təlimlər eyni zamanda birgə məsuliyyət anlayışını gücləndirir, qarşılıqlı etimadı möhkəmləndirir və mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbir rolunu oynayır.

Hazırda TDT çərçivəsində müxtəlif istiqamətlər üzrə sıx əlaqələr qurulub. İqtisadiyyat, nəqliyyat, enerji, təhsil və digər sahələrlə yanaşı, dövlət qurumlarının rəhbərləri və nazirlər səviyyəsində mütəmadi görüşlər keçirilir, koordinasiya gücləndirilir. Bu inteqrasiyanın müdafiə və hərbi sahəni də əhatə etməsi strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Müasir beynəlxalq şərait göstərir ki, birgə təhlükəsizlik mexanizmlərinin formalaşdırılması artıq zərurətdir. Türk dövlətlərinin birgə hərbi təlimləri regionda sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. 

Bu gün artıq TDT çərçivəsində birgə təhlükəsizliyin ayrı-ayrı elementləri formalaşıb. Terrorizmə, separatizmə və ekstremizmə qarşı birgə mübarizə, kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi texnikanın uyğunlaşdırılması istiqamətində atılan addımlar inteqrasiyanın dərinləşdiyini göstərir. Birgə hərbi təlimlər isə bu prosesin yeni mərhələyə keçidini təmin edəcək. Bu təlimlərin hərbi əhəmiyyəti ilə yanaşı, siyasi və psixoloji mesajı da son dərəcə güclüdür. Yəni türk dövlətləri ortaq təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etməyə qadirdir.

Birgə hərbi təlimlər TDT-nin regionda mövqelərini daha da möhkəmləndirəcək. Azərbaycan isə bu prosesdə təşkilatçılıq missiyasını üzərinə götürərək həm siyasi liderlik nümayiş etdirir, həm də türk dünyasının təhlükəsizlik gündəliyinin formalaşmasına töhfə verir. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:15
21 Aprel

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:14
21 Aprel

Böyük Britaniyada məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

23:30
20 Aprel

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!