05 Mart 2026 08:55
743
CƏMİYYƏT
A- A+
Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır


Mart torpağın nəfəsə gəldiyi, təzə, tər qönçələrin çiçəyə döndüyü, ümidlərin  üfüqdən boylandığı aydır. Təbiət qışın sərtliyindən çıxıb yenidən dirçəldiyi kimi, mart ayında dünyaya göz açan vətən oğlu da baharın özü kimi saf, təmiz, ürəyi arzularla  dolu olur.

Torpağın oyanış çağında doğulan qəhrəman oğlumuz da elə taleyin yazısı ilə ömrünün baharında - arzularının pöhrələndiyi bir vaxtda Vətən uğrunda döyüşlərdə əbədiyyətə qovuşdu. Həyatı qısa, mənalı bir bahar nəğməsinə bənzədi. Ömrü illərlə deyil, Vətən sevgisi, müqəddəs amal ilə ölçüldü. Gəncliyinin ən işıqlı günlərində sinəsini torpağa  sipər edən gənc qəhrəman şəhidlik zirvəsinə yüksələrək adını zamanın yaddaşına həkk etdi.

Bəli, o, bahar fəslində dünyaya gəlmişdi, baharın oğlu idi. Doğuluşu ilə ümid, şəhadəti ilə millətin qüruruna çevrilən bir qəhrəman oldu.  Bu gün baharda doğulub ömrünün bahar çağında Vətən torpağını ədədi qucaqlayan Samir Elşən oğlu Mustafayevdən bəhs edəcəyik. 

1995-ci il martın 15-də Salyanın Qarabağlı kəndində anadan olan Samirin qəlbində Vətən sevgisi adi bir duyğu deyildi. O, bu sevgini canında ruh, nəfəsi kimi daşıyırdı. Torpaq onun üçün xəritədə çəkilmiş sərhəd yox, ata ocağının istisi, ana duasının səsi, şəhid ruhlarının əmanəti idi. Samir Qarabağ haqqında söhbətləri eşidəndə xəyalı onu düşmənin xarabazara çevirdiyi yurd yerlərimizə aparar, o an səsində qəribə bir qətiyyət duyulardı. Vətən onun üçün keçmişin xatirəsi deyil, namus, qeyrət, babalardan qalma əmanət idi. Elə buna görə də taleyi onu aparacağı yolu çoxdan seçmişdi. Hər gün xəyalən Şuşaya gedən yolların yolçusu olan Samirin bir amalı vardı - Vətəni azad görmək. Lazım gələrsə, ana dediyimiz bu qiymətli vətən torpağı üçün canını da qurban verməyə hazır idi! Təki Vətən sağ olsun!

Samir Mustafayev mart ayında dünyaya göz açmışdı. Ailəsinin sevincinə çevrilən bu körpə böyüdükcə mərdliyi, təvazökarlığı və zəhmətsevərliyi ilə seçilirdi. O, orta təhsilini doğma Qarabağlı kəndində başa vurduqdan sonra hərbi xidmətə yollandı. Xidmət illəri Samir üçün bir sınaq oldu, xarakteri daha da möhkəmləndi. Komandirləri onun intizamını, yoldaşları isə sədaqətini xüsusi qeyd edirdilər. Samir sakit təbiətli olsa da, sözünün arxasında dağ kimi dayanmağı bacarırdı.

Vətən müharibəsi başlayanda Samir tərəddüd etmədi. Artıq illərlə gözlədiyi məqam idi. Əsgər paltarını geyinərkən gözlərində qorxu yox, qətiyyət, inam  var idi. Onun üçün bu savaş şəxsi taleyin deyil, milli ləyaqətin savaşı idi. Döyüş yoldaşları  ilə birlikdə irəlilədikcə hər addım onu müqəddəs Şuşaya yaxınlaşdırırdı.

Amansız döyüşlər gedirdi. Dağların sərt sükutunu güllə səsləri yarırdı. Dumanlı yamaclarda irəliləyən əsgərlərin nəfəsi torpağa qarışırdı. Bu zaman Samir ön cərgədə idi. Qayalıqlar arasında mövqe dəyişərkən mərmi səsləri qulaqları deşsə də, o, geri çəkilmədi. Əksinə, döyüş yoldaşlarına ruh verərək "Şuşa bizi gözləyir!, "Müqəddəs bayrağımız Şuşada dalğalanmalıdır!", - deyirdi. Hər atdığı addım onu bir az da Şuşaya yaxınlaşdırırdı. Samir bilirdi ki, ordumuz qarış-qarış irəlilədikcə təkcə torpaqlar işğaldan azad edilmir, qəhrəmanlıq tariximiz də yenidən yazılır. Hər yüksəkliyin azad olunması bizi bir addım da nisgilin sonuna yaxınlaşırdı. Onun ürəyi bu böyük yürüşün ritmi ilə döyünürdü.

Şiddətli döyüşlər gedirdi. Güllələr qayalara dəyib qığılcım saçır, mərmilərin uğultusu dağların sinəsini yarırdı. O isə ölümün gözünün içinə dik baxaraq yaralı döyüş yoldaşını təhlükəsiz mövqeyə çıxarmağa çalışırdı. Samir özünü yaralı döyüş yoldaşına sipər etmişdi. Qəhrəmanlığı təkcə silah tutan əllərdə deyil, qətiyyətli baxışlarda, qorxunu məğlub edən ürəkdə idi. Samir ölümü öldürüb irəliləyirdi. Qəlbi Şuşa həsrəti ilə döyünən bu gənc bilirdi ki, yol  yalnız irəli, zəfərə doğrudur.

Noyabrın 5-də döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsi Samirin arzularla döyünən ürəyini susdurdu. Şuşaya doğru irəliləyən o ürək sahibi müqəddəs Vətən torpağına qarışdı. Noyabrın 7-də Samir doğma Qaradağlı kəndində torpağa tapşırıldı. Baharda dünyaya gələn bir fidan payızın son nəfəsində torpağa qovuşdu. Amma bu torpaq artıq azadlıq torpağı idi. Samirlərin qanı ilə suvarılan, silahdaşlarının rəşadəti ilə azad olunan torpaq... O gün bir ana övladını, bir kənd igidini, Vətən isə öz qəhrəman oğlunu əbədiyyətə yola saldı.

Ölümündən sonra Samir dövlət tərəfindən yüksək mükafatlara "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medallara layiq görüldü. Bu təltiflər bir xalqın minnətdarlığının, bir dövlətin şəhidinə olan ehtiramının ifadəsi idi. Samirin adı artıq təkcə bir ailənin xatirəsində deyil, azad Şuşaya gedən yolun daş yaddaşında yaşayır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünyanın ən böyük aysberqi yox olur  

20:33
22 Aprel

“Google Photos” yeni funksiyasını təqdim edib

20:26
22 Aprel

“Dyson” yeni məhsulunu təqdim edib

20:18
22 Aprel

Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstək müzakirə olunub

20:07
22 Aprel

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının sessiyasında WUF13-ün strateji əhəmiyyəti vurğulanıb  

20:03
22 Aprel

Ağ Ev: İranla atəşkəsin uzadılması 3-5 gün davam edəcək

20:03
22 Aprel

Bakıda Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüblər

20:02
22 Aprel

“Dərinsulu Günəşli” platforması 18 il ərzində 91,5 milyon ton neft hasil edib

19:56
22 Aprel

Prezident İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib  

19:53
22 Aprel

Almaniya iqtisadi artım proqnozunu azaldır

19:48
22 Aprel

Mərkəzi Asiya liderləri su böhranını həll etmək üçün Astanada toplanıb

19:39
22 Aprel

Avstraliyada qaz nəhəngləri yeni vergiyə qarşı “reklam müharibəsi”nə başlayıb  

19:32
22 Aprel

Avropa və Britaniyada iqlim dəyişikliyi allergiyanı artırıb

19:23
22 Aprel

ABŞ-də 1,5 trilyon dollarlıq müdafiə büdcəsi təklifi

19:12
22 Aprel

Almaniyada yanacaq böhranı səbəbindən 20 min uçuş ləğv edilir

19:06
22 Aprel

Kapital Bank 2025-ci ildə müştərilərin 7 milyon manatdan çox vəsaitini qoruyub

18:58
22 Aprel

Milli Məclisin sədri Latviya Prezidenti ilə görüşüb  

18:53
22 Aprel

Pekindən rəy: Azərbaycan vasitəsilə logistikanın inkişaf etdirilməsi Avrasiyada ticarətin artmasına töhfə verəcək  

18:52
22 Aprel

Qəhvə əhval-ruhiyyəni necə yaxşılaşdırır?

18:52
22 Aprel

SOCAR və “BGP Inc.” əməkdaşlığı genişləndirir

18:51
22 Aprel

Otuz il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib – BİRGƏ MƏLUMAT

18:49
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!