28 Fevral 2026 08:35
1555
SİYASƏT
A- A+
Xocalıdan verilən mesajlar

Xocalıdan verilən mesajlar


Sülhün təminatçısı güclü Azərbaycan və qüdrətli liderimizdir


Azərbaycanın yazdığı yeni tarix təkcə hərbi qələbələrlə deyil, onilliklər boyu səbirlə yanaşılan strateji ədalətin bərpası ilə xarakterizə olunur. Otuz dörd il əvvəl bəşəriyyətin yaddaşına ən qanlı qətliamlardan birinin yaşandığı məkan kimi həkk olunan Xocalı bu gün həm də xalqımızın sarsılmaz iradəsinin və döyüş meydanında bərpaolunan milli qürurumuzun rəmzidir. O səbəbdən, işğal dövrü ərzində Azərbaycanı "reallıqla barışmağa" çağıranlara ən kəskin cavab Xocalıdan gəldi. 

Prezident İlham Əliyevin fevralın 26-da Xocalı Soyqırımı Memorialının açılışındakı çıxışı Azərbaycanın məruz qaldığı tarixi ədalətsizliyi öz gücü ilə necə dəyişdiyinin və hərbi cinayətkarların Bakıda məhkəmə qarşısına çıxarılmasının beynəlxalq hüquq müstəvisindəki əhəmiyyətinin dərin təhlili idi. Dövlətimizin başçısı Azərbaycanın 30 illik səbrinin necə böyük bir Zəfərə çevrilməsinin mühüm məqamlarına işıq saldı. Vurğulandı ki, beynəlxalq təzyiqlərə rəğmən, geri addım atmayan, iqtisadi müstəqilliyini hərbi qüdrəti ilə birləşdirən Azərbaycan bu gün regionda yeni reallıqları tək diktə edən tərəfdir. 

Dövlətimizin başçısı tarixi ədalətin bərpası prosesini bir neçə mühüm mərhələyə ayırdı və hər bir addımın məntiqi sonluqla - cəza mexanizmi ilə bitdiyini qeyd etdi. İlk addım cinayətin dünya tərəfindən qəbul edilməsi idi. 20-yə yaxın ölkənin Xocalıda törədilən qətliamı soyqırımı kimi tanıması Ermənistanın ört-basdır etmək cəhdlərinə qarşı ən böyük diplomatik zərbə oldu. Xocalı şəhərinin azad edilməsi isə simvolik olaraq faciə qurbanlarının ruhunun dinclik tapması, Azərbaycanın öz suverenliyini tam bərpa etməsi demək idi.

Hərbi cinayətkarların, separatçı rejimin tör-töküntülərinin Bakıda məhkəmə qarşısına çıxarılması beynəlxalq humanitar hüququn tətbiqi və Azərbaycanın qətiyyətinin göstəricisi oldu. Torpaqlarımızın azad edilməsi prosesin başlanğıcı idisə, cinayətkarların hüquqi müstəvidə cavab verməsi bu yolun məntiqi və ədalətli yekunudur. Bu, qurbanların ailələri üçün mənəvi təsəlli, həmçinin dünya birliyinə "cəzasızlıq dövrü bitdi" mesajının verilməsi idi. Bununla dövlət başçısı öz çıxışı ilə beynəlxalq aləmə çox ciddi ismarışlar verdi. 

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın qazandığı qələbə dünya hərb və siyasət tarixində unikal hadisədir. Çünki bir dövlətin hərbi yolla tam suverenliyini bərpa etməsi, müharibə cinayətkarlarını mühakimə edərək cəzalandırması nadir hallarda eyni anda baş verir. Bu, Azərbaycanın hərbi güclə yanaşı, yüksək siyasi legitimlik qazanmasının da göstəricisidir: "Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik - Azərbaycan dövləti".

Düzgün qurulmuş dövlət strategiyası və xalq-iqtidar birliyi istənilən beynəlxalq maneəni aşmağa qadirdir. Prezident İlham Əliyev Azərbaycanın qələbəsinin təsadüfi deyil, onilliklər boyu hesablanmış zərgər dəqiqliyi ilə atılan addımların nəticəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı bəyan etdi ki, hərbi gücdən əvvəl hüquqi zəmin hazırlanmalı idi: "Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin hüquqi əsasını təşkil etmişdir". 

Azərbaycan liderinin diqqət çəkdiyi kimi məhz Xocalı soyqırımı və Ermənistanın digər cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılması ermənilərin "məzlum xalq" obrazını dağıtdı. Beynəlxalq təşkilatların Azərbaycanın xeyrinə qəbul etdiyi sənədlər, qətnamələr müharibə zamanı kənar müdaxilələrin qarşısını alan hüquqi qalxan rolunu oynadı. İkitərəfli əlaqələr vasitəsilə Azərbaycan özünə real müttəfiqlər qazandı. İqtisadi azadlıq Azərbaycana imkan verdi ki, ölkəmiz silah-sursat alışında və siyasi qərarlarda xarici təzyiqləri neytrallaşdırsın. 

Dövlət başçısı Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərin dünya hərb və siyasət tarixindəki yerini faktoloji müstəvidə qiymətləndirdi və vurğuladı ki, dünyada son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmayıb: "Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir". İkinci Dünya müharibəsindən bu yana dünyada çoxsaylı müharibələr baş verib. Lakin Azərbaycanın qələbəsini unikal edən cəhət odur ki, bir çox münaqişələr dondurulmuş və ya yarımçıq qələbə ilə bitdiyi halda Azərbaycan işğal altındakı torpaqlarını azad edərək öz ərazisindəki separatçılığın kökünü tamamilə kəsdi. Ən önəmlisi budur ki, böyük güclərin fasiləsiz təzyiqlərinə rəğmən, Azərbaycan möhtəşəm qələbəni kənar hərbi dəstək almadan, öz ordusunun və xalqının gücü ilə qazandı. Ölkəmizin hər qarışında suverenliyimiz bərpa edildi, üçrəngli bayrağımız dalğalandı. Əvvəllər regionda sülhü hansısa beynəlxalq təşkilatların, "vasitəçi" dövlətlərin təmin edəcəyi düşünülürdüsə, indi dayanıqlı sülhün qarantı Azərbaycanın iqtisadi gücü, şanlı ordumuzun peşəkarlığı, dövlətimizin qətiyyətli siyasəti və təbii ki, qüdrətli liderimizin dönməz iradəsidir. Bakı sülh tərəfdarıdır, lakin bu sülh istəyi bizim zəifliyimizdən yox, əksinə, gücümüzdən qaynaqlanır.

Dövlət başçısının çıxışında diqqətçəkən fikirlərindən biri sülhün necə qorunması ilə bağlıdır. Prezident İlham Əliyev tam doğru olaraq bəyan etdi ki, Xocalı soyqırımı və Ermənistanın vəhşilikləri sadəcə keçmişin ağrısı deyil, həm də gələcəyin dərsləridir. Tarixi unutmaq milli sayıqlığı itirməyə yol aça bilər. Buna görə də, faciənin xatirəsi həm də xalqın birliyini qoruyan mənəvi faktor rolunu oynayır: "Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır". Prezidentin fikirləri Azərbaycanın gələcək milli təhlükəsizlik strategiyasının və milli yaddaş siyasətinin mənəvi-siyasi sütunlarını təşkil edir. Dövlət başçısı Zəfərdən sonrakı dövr üçün bir növ milli hərəkət planı cızır.

Prezidentimizin "həmişə güclü olmalıyıq" çağırışı göstərir ki, qələbə qazanılsa da, proses bitməyib. Geosiyasi mühit dəyişkəndir və Azərbaycan hər an öz maraqlarını qorumağa hazır olmalıdır. Bu, iqtisadi, hərbi və ideoloji sahələrdə daimi inkişafı nəzərdə tutur. Dövlətimizin başçısı xatırladır ki, bugünkü dinc həyat təsadüfi deyil, keçilən ağır yolun, verilən şəhidlərin və nümayiş etdirilən gücün nəticəsidir.

Müzəffər ordumuz ən gərgin döyüşlər zamanı belə mülki əhalini hədəf almayıb. Bu, dövlətimizin beynəlxalq humanitar hüquqa sadiqliyinin və xalqımızın mənəvi ucalığının göstəricisidir. Ermənistan Gəncə, Bərdə və Tərtərdə mülki insanları bombaladığı halda, Azərbaycan tərəfi yalnız hərbi hədəfləri məhv edib. Bu davranış beynəlxalq arenada Azərbaycana olan hörməti və etimadı daha da artırıb. Dövlət başçısı bu məqama belə diqqət yönəldib: "Mən hələ Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz azərbaycanlıyıq, biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Ermənilərdən fərqli olaraq günahsız, əliyalın mülki əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu, bizim xalqımızı daha da ucaltdı". 

Azərbaycan lideri "hər zaman güclü olmalıyıq" çağırışını edərkən gücü sadəcə hücum vasitəsi deyil, həm də mütləq qoruyucu faktor kimi diqqətə çatdırır. Tarixi unutmaq xəyanətdir, lakin güclü olmamaq faciəyə dəvətdir. Azərbaycanın bugünkü və gələcək gücü, hərbi qüdrəti xalqımıza qarşı yeni qətliamların baş verməməsi üçün ən böyük sığortadır. 

Nəticə etibarilə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də hüquq müstəvisində mütləq qələbəsini təmin edərək tarixin ən ağır sınağından alnıaçıq çıxdı. İndi Xocalı bərpaolunan milli ləyaqətin, sarsılmaz birliyin və "dəmir yumruq"la qorunan əbədi sülhün rəmzidir. Bu reallıq keçmişin qisasının alındığının, gələcəyin etibarlı əllərdə olduğunun ən böyük təminatıdır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!