05 Mart 2026 09:10
1978
Mədəniyyət
A- A+
"Alimlərin sultanı"

"Alimlərin sultanı"


Bakının, eləcə də ölkəmizin bölgələrindəki elm və təhsil mərkəzlərində 825 illiyi təntənə ilə qeyd edilən Məhəmməd İbn Həsən Nəsirəddin Tusi 1201-ci il fevralın 17-də anadan olub. Fizik, iqtisadçı, musiqişünas, şair, hüquqşünas və tarixçi, dövlət xadimi kimi də məşhur olan Nəsirəddin Tusinin harada doğulması barədə müxtəlif fərziyyələr mövcuddur.

Bəzi tədqiqatçıların əsərlərində onun Tus şəhərində, yaxud da Qumda anadan olduğu, gəncliyində Tus şəhərində təhsil aldığı üçün "Tusi" ləqəbini qəbul etdiyi qeyd olunur. Amma əksər mənbələrdə onun Ordubadda anadan olduğu göstərilir. Çünki Şah Abbasın məhz Tusiyə görə Ordubad əhalisini vergilərdən azad etdiyi bildirilir. Tarix elmləri doktoru Seyidağa Onullahi XVII əsr coğrafiyaşünası və təzkirəçisi Məhəmməd Müfid Yəzdidən belə bir fikir sitat gətirir ki, Ordubad sakinlərinin bir hissəsi Ustad əl-bəşər Xacə Nəsirəddin Tusinin nəslindəndir. Həmçinin Tusi Hülakü xanın vəziri olduğu dövrdə Tusda və başqa yerlərdə yaşayan qohumlarının dədə-baba yurdlarına, yəni Ordubada köçmələri üçün pul vəsaiti ayırmışdı.

Nəsirəddin Tusi Orta əsr Şərqində həm böyük ensiklopediyaçı alim, həm də görkəmli filosof kimi şöhrət qazanıb. O, riyaziyyata, astronomiyaya, mineralogiyaya və digər elm sahələrinə dair qiymətli əsərlərlə yanaşı, məntiqə, fəlsəfəyə və etikaya dair orijinal traktatlar da yazıb. Məxəzlərin məlumatına görə, ilk təhsilini atasından alan Nəsirəddin İbn Sina fəlsəfə məktəbinə mənsub olub, Əbulhəsən Bəhmənyarın şagirdi Əbu Abbas Logərinin şagirdi Sədrəddin Sərəxsinin, Qütbəddin Misrinin, habelə tanınmış filosoflardan İbn Yunisin, Əsirəddin Əbhərinin, Şəmsəddin Xosrovşahinin və dövrünün ən şöhrətli müəllimi hesab edilən Fəridəddin Damadın yanında mükəmməl təhsil alıb. N.Tusi "İbn Sinanın fəlsəfəsi və məntiqinə şərhlər", "Şərh ul-işarət", "Teologiya və metafizikaya dair risalə" ("Təcrid əl-kəlan"), "Əxlaqi-Nasiri", "Alicənab insanların xarakterləri və keyfiyyətləri" ("Ausaf ul-Əşrəf") və b. əsərlərində İbn Sinanın fəlsəfi görüşlərini şərh edib, onun baxışlarını hücumlardan qoruyub.

Aldığı hərtərəfli və dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaşdırıb. 30 yaşında olarkən Kuhistan ismaililərinin başçısı Nasiraddın Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi ona dünya şöhrəti gətirən və bir çox dilə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayıb.

Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılıb. O, həbsdə olduğu vaxtlarda da yaradıcılıq və axtarışlarını davam etdirib. Bu dövrdə Evklidin, Ptolomeyin, Arximedin əsərlərinə şərhlər yazıb, "Əxlaqi-Nasiri", "Şərh əl-işarat", "Təhriri-Öqlidis" və s. kimi misilsiz əsərlər yaradıb.

Çingiz xanın nəvəsi Hülakü xanın Yaxın Şərqə yürüşü nəticəsində "Ələmut" qalasında saxlanılan Nəsirəddin Tusi və başqa alimlər 1256-cı ildə azad olunurlar. Tusi Hülakü xanın şəxsi məsləhətçisi təyin olunur. Hülakü xanın Bağdadı fəth etməsində Tusinin məsləhəti böyük rol oynayır və beləliklə, 500 il hökm sürmüş Abbasilər hakimiyyətinə son qoyulur.

Bağdad yürüşünün uğurla nəticələnməsi Hülakü xanın yanında N.Tusinin nüfuzunu daha da artırıb. Bu vaxt o, Azərbaycanda böyük bir elmi mərkəz-rəsədxana yaratmaq kimi özünün çoxdankı arzusunu həyata keçirməyə başlayıb.

 Bir ildən də az müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirib, eyni zamanda astronomik cihazlar hazırlayıb, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdib və rəsədxanada araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkəsindən alimlər dəvət edib.

1259-cu ildə Marağa şəhərində rəsədxananın tikintisi başlanır. Beləliklə, Nəsirəddin Tusi həm özünə, həm də bütün Şərq və dünya mədəniyyətinə əzəmətli bir abidə olan həmin rəsədxananı qurub başa çatdıraraq dövrünün ən görkəmli astronom alimlərini başına toplayıb Bağdaddakı Nizamiyyə akademiyasından heç də geri qalmayan Marağa rəsədxanasını yaratmağa nail olur.

N.Tusi Marağa rəsədxanasına rəhbərlik etdiyi 15 il müddətində bu elm məbədində çoxlu alimlər yetişib, astronomiya elminin inkişafına təkan verən mühüm kəşflər edilib, əsərlər yaradılıb. Marağa rəsədxanası fəaliyyətini dayandırdıqdan sonra burada çalışan alimlər dünyanın müxtəlif yerlərində rəsədxanalar yaradıb və onlara rəhbərlik ediblər. Bunlara misal olaraq Təbriz, Pekin, Dəməşq, Səmərqənd rəsədxanalarını göstərmək olar.

Q.P.Matviyevskaya və B.A.Rozenfeld öz əsərlərində N.Tusinin riyaziyyata, astronomiyaya, fizikaya, fəlsəfə və məntiqə, iqtisadiyyata, ədəbiyyata, mineralogiyaya aid əsərləri olduğunu göstərirlər. Güman edilir ki, N.Tusi 150-dən artıq əsərin müəllifidir.

N.Tusi həm də istedadlı şair olub. Onun 3 min beytdən artıq şeiri dövrümüzə qədər gəlib çatıb. Təkcə hesab, cəbr, həndəsə, məntiq sahələrində 30-dan artıq ərəb və fars dillərində yazdığı əsəri elmə məlumdur. Ümumiyyətlə, N.Tusinin riyaziyyata gətirdiyi yenilikləri avropalılar 300-400 il sonra "kəşf" etmişlər.

N.Tusinin zəngin yaradıcılığında müasir dövrə gəlib çatmış əsərləri içərisində "Əxlaqi Nasiri", "İqtibasın əsası", "Mövcudatın bölgüsü və onun qisimləri", "Məntiqdə təcrid etmə" və s. fəlsəfi əsərlər mühüm yer tutur. "Əxlaqi Nasiri" 700 il ərzində Orta və Yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi şöhrət tapıb.

N.Tusi "Maddənin itməməsi qanunu"nu hələ Lomonosovdan 600 il əvvəl kəşf etmiş və bildirmişdi: "Əgər bir adam təbiətşünaslıq elmi ilə tanış olsa və əgər cisimlərin halına, onların ziddiyyətinə diqqət yetirsə, o dərk edər ki, heç bir cisim yaranmır və məhv olmur. O ancaq öz həcmini, tərkibini, sürətini, şəklini və keyfiyyətini dəyişir, bir maddədən başqasına keçir, lakin qalır və dövr edir".

Marağada yazdığı "Zic əl-Elxani" əsərində irəli sürülən müddəalar bir neçə əsr həm Şərqdə, həm də Qərbdə astronomlar və dənizçilər tərəfindən işlədilmişdi. Bu əsərdə çoxsaylı riyazi, astronomik və coğrafi cədvəllər verilib. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və XIII əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir.

Tusi "Cəvahirnamə" əsərində qiymətli minerallar haqqında geniş məlumat verib, onların xüsusiyyətlərini, təsvirini və hətta müalicəvi əhəmiyyətlərini göstərib. "Təhriri-Öqlidis" əsərində isə həndəsənin əsasları və nisbətlər nəzəriyyəsinə bir çox yenilik gətirib.

Böyük alimin riyazi kitablarından biri də "Tam dördtərəfli haqqında traktat" ("Şəklül-qita") əsəridir. Bu əsərdə o, riyaziyyatın ən əsas anlayışlarından biri olan həqiqi ədədə tərif vermişdir. Ədədlər nəzəriyyəsi və riyaziyyat tarixi üzrə görkəmli mütəxəssis V.N.Molodşiy yazır ki, XIII əsrdə Azərbaycanın astronom və riyaziyyatçısı N.Tusi müsbət həqiqi ədədi Nyuton kimi təyin edib. Onun mühüm əsərlərindən biri olan "Tozlu lövhənin köməyi ilə hesab toplusu"nda isə riyaziyyat tarixində ilk dəfə vurma cədvəlinə rast gəlinir.

Bu yerdə təəssüflə qeyd etmək lazımdır ki, dahi alim və mütəfəkkirin Azərbaycan və başqa Avropa dillərinə tərcümə edilmiş əsərləri onun yaradıcılığının heç 10 faizini də təşkil etmir. Amma ümid edirik ki, N.Tusinin bütün əsərləri vətənində tərcümə və nəşr olunacaq.

N.Tusi 1274-cü ildə Bağdada gedərkən xəstələnib, həmin il iyun ayının 25-də vəfat edib və Bağdadın məşhur "Came məscidi"ndə yeddinci imam Museyi-Kazımın qəbrinin yanında dəfn olunub. Sonradan ziyarətgaha çevrilmiş qəbrinin üstündə ərəbcə bu sözlər yazılıb: "Elm aləminin şahı, alimlərin sultanı, dinin, haqqın, millətin köməkçisi; analar hələ belə oğul doğmayıb".

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

10:41
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

10:39
08 Oktyabr

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

10:25
08 Oktyabr

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

10:23
08 Oktyabr

Azərbaycan nefti 4 faizədək bahalaşıb 

10:22
08 Oktyabr

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

10:20
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb  

10:19
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

09:40
08 Oktyabr

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar

09:40
08 Oktyabr

Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 

09:30
08 Oktyabr

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

09:20
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!