03 Mart 2026 08:10
1630
SİYASƏT
A- A+
Azərbaycanın sabitlik və sülh modeli

Azərbaycanın sabitlik və sülh modeli


Müasir dünya nizamı bu gün tarixin ən ağır sınaqlarından birini keçir. Beynəlxalq hüququn işləmədiyi, qlobal təhlükəsizlik arxitekturasının sarsıldığı bir dövrdə geosiyasi güclərin toqquşan maraqları dünyanı qeyri-müəyyənliyə sürükləyir. Regional və qlobal miqyasda artan silahlı münaqişələr, qanlı müharibələr, siyasi böhranlar və təhlükəsizlik riskləri beynəlxalq münasibətlər sistemini sarsıdıb, bir çox bölgəni "qaynar qazan"a çevirib. Bu mürəkkəb və təhlükəli proseslərin fonunda Azərbaycanda müşahidə olunan sabitlik, inkişaf və tərəqqi xüsusi diqqət çəkir.


Prinsipial mövqe 


Respublikamızın bilavasitə sərhədində yerləşən ölkələrin müharibə içərisində olduğunu nəzərə alsaq, Azərbaycanda hökm sürən sabitliyin və təhlükəsizliyin real əhəmiyyəti daha aydın şəkildə ön plana çıxır. Öz milli maraqlarını qorumağı və daxili asayişini ən yüksək səviyyədə saxlamağı bacaran ölkəmiz artıq təkcə öz vətəndaşları üçün deyil, region üçün də "təhlükəsizlik adası"na çevrilib. Bu isə məqsədyönlü və uzaqgörən dövlət siyasətinin məntiqi nəticəsidir.

Azərbaycanın təhlükəsizlik modelinin ən parlaq səhifəsi 2020-ci ildə qazanılan tarixi Zəfərdir. Uzun illər torpaqları işğal altında qalan, lakin buna rəğmən hər zaman sülh və danışıqlar yoluna üstünlük verən dövlətimiz nəticədə öz gücü ilə ədaləti bərpa etdi. Qarabağ Zəfəri dünyaya bir mesaj idi ki, dayanıqlı sülh yalnız ədalət üzərində qurula bilər. İşğala son qoyulması təkcə ölkəmizin ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişə ocağını söndürdü. 2020-ci ildən sonra bölgədə yaranan yeni reallıqlar Azərbaycanın yürütdüyü uzaqgörən siyasətin nəticəsidir. Müharibəyə son qoymaqla regionda əməkdaşlıq üçün yeni imkanlar yaradan Azərbaycan müstəqilliyinin ilk günlərindən etibarən beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı, qlobal problemlərin həllində aktiv tərəfdaş kimi çıxış edib. 

Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq terrorçuluğa qarşı mübarizədə ön sıralarda yer alır. Ölkəmiz qlobal təhlükəsizlik koalisiyalarının fəal üzvü olmaqla, həm də regionda radikalizmin qarşısının alınmasında mühüm rol oynayır.

O cümlədən müharibələrdən, təbii fəlakətlərdən əziyyət çəkən insanlara yardımların göstərilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dünyanın ən ucqar nöqtələrində ehtiyacı olanlara uzanan Azərbaycanın kömək əli ölkəmizin gücünün və sülhsevər mahiyyətinin göstəricisidir.

Bu gün ölkəmizə yaxın coğrafiyalarda baş verən hadisələr hər birimizi narahat edir. Azərbaycan bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında münasibətlər qurur. Eyni zamanda dünya nəhəngləri ilə strateji tərəfdaşlığını inkişaf etdirir. Azərbaycan heç bir halda öz ərazisindən üçüncü tərəflərə qarşı istifadə olunmasına imkan vermir və sərgilənən bu prinsipial mövqe ölkəmizi regionda yaranan gərginliklərdən sığortalayır.


İnkişaf və əməkdaşlıq yolu 


Problemlərin həlli yolunun silah deyil, səmimi dialoq və diplomatik masa olduğunu hər zaman müdafiə edən Bakı bu gün münaqişə edən tərəfləri bir araya gətirə bilən, etibarlı vasitəçilik missiyasını uğurla həyata keçirən nadir paytaxtlardan biridir.

Hazırda ABŞ-dən Çinə qədər dünyanın böyük ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Bu maraq təkcə enerji resursları ilə bağlı deyil, həm də ölkəmizin bölgədəki sabitləşdirici roluna verilən qiymətdir. 

2026-cı il fevralın 9-da Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Həmin görüşdə dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq əlaqələrimizin coğrafiyası da genişlənir: "Bir çox ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq".

Dövlət başçısı onu da əlavə edib ki, ölkəmizin inkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq.

Azərbaycanın uğuru təhlükəsizliklə inkişafın vəhdətindədir. Sabitlik olmayan yerdə nə iqtisadi tərəqqidən, nə də sosial rifahdan danışmaq olar. Həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi" kimi enerji layihələri, Orta dəhlizin timsalında logistik imkanları Azərbaycanı enerji və nəqliyyat təhlükəsizliyinin mərkəzinə çevirib.

Dünyada qida və enerji böhranının yaşandığı bir vaxtda Azərbaycan Avropanın və regionun təminatçısı rolunda çıxış edir. Bu, ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, həm də milli təhlükəsizliyini təmin edir.

Azərbaycan bu gün qlobal siyasi fırtınaların baş verdiyi dünyada sabitlik məkanı kimi diqqət mərkəzindədir. Bakının sülhsevər siyasəti öz gücünə, haqlı mövqeyinə və milli birliyə olan inamından qaynaqlanır.

Azərbaycan hər zaman ölkələr arasında yaranmış gərginliyin qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarıdır və bu prosesə töhfə verməyə hazırdır. Onun hədəfi təkcə öz sərhədlərimiz daxilində deyil, bütün regionda dayanıqlı sülhün və tərəqqinin hökm sürməsidir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində milli maraqlar dayanır. Azərbaycan heç bir kənar diktəni qəbul etmir, öz yolunu özü müəyyən edir. Məhz bu müstəqil siyasət imkan verir ki, ölkəmiz qlobal böhranların, münaqişələrin baş verdiyi bir vəziyyətdə öz sabitliyini və inkişaf tempini qorusun və  müəyyənləşdirdiyi düzgün yolla gələcəyə doğru inamla addımlasın. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!