04 Dekabr 2025 13:46
322
SİYASƏT
A- A+
Nikol Paşinyanın açıqladığı sənədlər bəlli həqiqətlərə yeni işıq saldı  

Nikol Paşinyanın açıqladığı sənədlər bəlli həqiqətlərə yeni işıq saldı  

Ermənistan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh təklifini qəbul etməkdən başqa yolu yoxdur. Bu reallığı qəbul etmək istəməyən bəzi revanşist qüvvələr separatçı çağırışları davam etdirirlər. Onlar 2026-cı il seçkilərində yenidən siyasi meydana atılmağa can atırlar. Bu dəfə də Qarabağ üzərindən siyasi oyunlar qurmaq cəhdləri diqqətdən qaçmır. 

Bu barədə qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.  Onun sözlərinə görə Nikol Paşinyanı təslimçi sülhdə ittiham edən müharibə caniləri  Robert Köçəryan və Serj Sarkisyan, eləcə də qondarma demokrat Levon Ter-Petrosyan bu günlərdə növbəti dəfə ifşa olundular: «Nikol Paşinyan əvvəlcədən də söylədiyi kimi, “Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin sənədləri”ni ictimailəşdirib. Təbii ki, bu sənədlərlə bağlı rəsmi Bakının heç bir narahatlığı yoxdur. Azərbaycan Prezidenti bu illər ərzində danışıqların gedişi ilə bağlı hər zaman ictimaiyyəti məlumatlandırırdı. Sözügedən 13 sənəd 1992–2020-ci illərdə həmsədr ölkələrin iştirakı ilə aparılmış danışıqları əhatə edir. Burada da beynəlxalq vasitəçilərin qərəzi, ikili standartlara söykənən mövqeyi açıq şəkildə əks olunub. Bir daha təsdiq olunur ki, məhz beynəlxalq birliyin məsələyə ədalətli yanaşmaması səbəbindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qaldı. Təcavüzkar Ermənistan dialoq masasında özünü arxayın hiss edərək, işğalçı mövqeyindən əl çəkmədi. Vasitəçilər isə işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan müxtəlif yarımçıq həll paketləri irəli sürürdülər».

Nigar Məmmədova qeyd edib ki, bu sənədlərin açıqlanması ilə bir daha təsdiqləndi ki, Qarabağda yaradılan separatçı rejim Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində danışıqlardan kənarda saxlanılıb, Ermənistan və Azərbaycan münaqişə tərəfləri kimi qəbul edilib. «Prezident İlham Əliyevin iştirakı etdiyi bütün danışıqlarda da Azərbaycanın heç bir halda Qarabağdan imtina etməyəcəyinə dair prinsipiallıq nümayiş olunub. Həmsədrlərin Ermənistanın maraqlarına uyğun olan “kompromis” həll variantları isə qəbul edilməyib. Azərbaycan sona qədər danışıqlarda iştirak etsə də, bir gün belə milli maraqlara söykənən mövqeyindən geri çəkilməyib. Rəsmi Bakı müzakirələrdə iştirakdan imtina etməməklə həm də beynəlxalq təzyiqlərin qarşısını alıb. Eyni zamanda, bu müddət ərzində beynəlxalq qurumlarda Azərbaycanın əlini gücləndirən qətnamələrin qəbuluna da nail olundu. Bir sözlə, danışıqlar masasında nəticə olmasa belə, ilbəil Azərbaycanın siyasi-hərbi və siyasi mövqeyi gücləndi» -deyə deputat qeyd edib.

N.Paşinyan açıqladığı sənədlərə əsasən Aprel döyüşlərindən sonra Ermənistanın o zamankı prezidenti Serj Sarkisyanın Rusiya dövlət başçısına məktubunda ölkəsinin Azərbaycanın hərbi gücü qarşısında aciz qaldığına dair etiraf əks olunur. Nigar Məmmədovanın sözlərinə görə,  o, açıq şəkildə etiraf edir ki, Azərbaycan heç bir qarşılıqlı güzəştə getmək istəmir: «Üstəlik, bu sənədlərdən bir daha aydın olur ki, Ermənistan tərəfi sülh danışıqlarında ərazi bütövlüyü ilə bağlı heç vaxt konstruktiv mövqe tutmayıb. Bu səbəbdən də 28 il davam edən nəticəsiz danışıqlara son qoyuldu və Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü, suverenliyini təmin etdi».


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Bakıda keçirilən TDT-yə üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasının iştirakçıları ilə görüşüb  

12:15
05 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir  

12:14
05 Dekabr

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!