16 Aprel 2024 13:18
917
Səhiyyə
A- A+

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

 

“Əgər yaxın qohumlardan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdır. İrsi faktor risklərin 20-25 faizini təşkil edir, 75-80 faizi isə digər risk faktorlarının payına düşür”.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqu Leyla Quliyeva deyib.

O qeyd edib ki, digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqaret, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Ona görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmaq lazımdır.

Həkim-kardioloq kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlinmə tezliyi barədə danışıb: “Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra isə qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir”.

Ürək sağlamlığını qoruyan qida məhsulları haqqında məlumat verən mütəxəssis bildirib ki, gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaşsızlıq probleminin həllində əvəzolunmaz qidadır. Eyni zamanda, çia toxumları mikronutrientlər və xüsusi növ Omeqa-3 ilə zəngindir. Bu da ürək-damar xəstəlikləri riskini azaldır. Balqabağın tərkibində olan kalsium və maqnezium ürək əzələlərini gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu ürək-damar xəstəliklərinin qarşısını alır. Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin düzgün işləməsini təmin edir və infarkt riskini azaldır. Bundan əlavə, zeytun yağı xolesterini, LDL (Aşağı sıxlıqlı lipoproteinlər), triqliseridlərin qandakı səviyyəsini azaldır. Sarımsaq tərkibindəki kversetin molekullarının hesabına damar tutulmaları, xolesterinin səviyyəsinin endirilməsində çox qiymətlidir. Eyni zamanda, pomidorun tərkibində olan likopen damar tutulmalarının qarşısını alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video