05 Oktyabr 2025 08:45
11009
Təhsil
A- A+
Müəllim ömrü

Müəllim ömrü


Müəllim - bu, cəmiyyətin inkişafında, gənclərin formalaşmasında və milli dəyərlərin qorunmasında əvəzsiz rola malik olan bir peşədir. Hər bir müəllim öz ömrünü yalnız dərs vermək, tələbələrini təhsillə tanış etmək ilə deyil, həm də onların ruhunu, həyatına olan baxışlarını və gələcəyini formalaşdırmaqla keçirir. Hər bir müəllimin həyatı, böyük bir zəhmət və sevgi ilə yazılmış bir əsər kimidir. Müəllim ömrü isə bu əsərin necə yazıldığını, hansı məqamların önəmli olduğunu və həyat yolunun nə qədər çətin, həm də mənalı olduğunu göstərir.

Hər bir insanın yüksək savadlılığa, peşəkarlığa yiyələnməsində ən böyük rol müəllimin üzərinə düşür. 

Müəllim yalnız bilik ötürən deyil, eyni zamanda şəxsiyyət yetişdirən bir yaradıcıdır. O, tələbələrinə biliklərdən daha çox həyat təcrübəsi, düzgün qərarlar vermək bacarığı və hər zaman yaxşılıq edərək, başqalarına kömək əli uzatmağı öyrədir.

Belə müsbət keyfiyyətə malik olan müəllimlərdən biri də yüksək pedaqoji məharətə sahib olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Sənayənin təşkili və idarə edilməsi" kafedrasının dosenti, texnika elmləri namizədi, bu günlərdə 80 yaşını qeyd edən Eldar Rəhimovdur.

Qocaman pedaqoqun həyatına nəzər saldıqda görürük ki, o, 1945-ci ilin sentyabr ayında, Quba rayonunun Rustov kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Eldar müəllim 1963-cü ildə dünyaya göz açdığı kənddə orta məktəbi bitirmiş, 1965-1970-ci illərdə Azərbaycan Politexnik Universitetinin İnşaat fakültəsinin "Sənayə və mülki tikinti" ixtisası üzrə təhsil alaraq mühəndis ixtisasına yiyələnmişdir. Politexnik institutunu başa vurduqdan sonra o, ixtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən bu günə qədər isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Sənayənin təşkili və idarə edilməsi" kafedrasının dosenti vəzifəsində işləyir. 1992-ci ildə texniki elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edən Eldar Rəhimov 31 ildən çoxdur ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Sənayənin təşkili və idarə edilməsi" kafedrasında elmi pedaqoji fəaliyyətlə məşğul olur. Tikinti sahəsində yüksək peşəkarlığa və təcrübəyə malik olan Eldar müəllim eyni zamanda nəzəri pedaqoji fəaliyyətində əldə etdiyi zəngin təcrübə ilə bilik və bacarığını sabahkı tikinti mühəndislərinə öyrədir. O, yüzlərlə tələbənin tikinti mühəndisliyi sahəsində yüksək biliyə nail olmasına əvəzsiz töhfəsini verir. Buna səbəb isə Eldar Rəhimovun tələbələrə göstərdiyi böyük qayğıkeşliyi, tələbkarlığı olub. O, eyni zamanda çalışdığı universitetin professor-müəllim və tələbə heyəti arasında hörmət, eləcə də böyük diqqət qazanıb. Bu gün onun yetişdirdiyi tələbələr, magistrlar ölkədə bir çox tikinti şirkətində, elmi-tədqiqat institutunda, həm də AzMİU-da onunla bərabər, çiyin-çiyinə müvəffəqiyyətlə çalışırlar.

Eldar müəllimin həyatı, əslində, böyük bir təhsil və elm yolunun hekayəsidir - çətinliklərlə, fədakarlıqla, amma eyni zamanda yüksək məqsədlərə doğru davam edən mübarizə dolu bir yoldur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!