04 İyun 2026 09:25
189
Oxucu məktubları
A- A+
Məktəb psixoloqlarının rolu böyükdür

Məktəb psixoloqlarının rolu böyükdür


Məişət zorakılığı daim cəmiyyəti düşündürən məsələlərdəndir. Çünki məişət zorakılığı hallarında ən çox zərəri uşaqlar çəkir. Ona görə də belə uşaqların vaxtında müəyyən olunması və onlara psixoloji dəstəyin göstərilməsi vacib məsələdir.  

Abşeron rayonunda əvvəllər məişət zorakılığı ilə bağlı tədbirlərdə iştirakçıların sayı çox az idi. Qohum-qonşu qınağından çəkinən insanlar hətta məruz qaldıqları halları dilə gətirmirdilər. Son illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayonda keçirdiyi tədbirlər də müsbət nəticələrini verir. Belə görüşlərdə dəfələrlə iştirak etdiyimdən bu  qənaətə gəlmişəm ki, məişət və ailədaxili münaqişələrdə ən çox ziyan görən uşaqlardır. Onlara psixoloji yardımın göstərilməsində isə məktəbdə çalışan psixoloqların üzərinə böyük yük düşür.  

Abşeronda bu sahədə geniş iş görülüb. Əvvəllər məktəblərdə bu sahənin adamları görünmürdü. Uşaqlarla söhbətlər aparılmırdı və nəticədə təhsil müəssisəsində yaranan neqativ halların sayı artırdı. Bu gün rayonun təhsil müəssisələrində vaxtaşırı məktəb psixoloqları üçün monitorinqlər təşkil edilir. Bəlkə də buna görədir ki, sona çatmaqda olan təhsil ilində rayon məktəblərində bir dəfə də olsun zorakılıq halı qeydə alınmayıb. 

Gələcək üçün böyütdüyümüz övladlarımızın zorakılıqdan uzaq tərbiyə almaları vacib məsələdir. Ona görə də çalışaq ki, müəllimli-valideynli torpağa bağlı vətəndaş yetişdirək.  


Seymur QASIMBƏYLİ,

Abşeron rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSX: Mayda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb  

11:47
04 İyun

Fərid Qayıbov: Çalışırıq ki, üzgüçülük idman növünü daha da inkişaf etdirək

11:43
04 İyun

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

11:33
04 İyun

Azərbaycanda yüksək məhsuldarlığa malik cins heyvanların ümumi heyvandarlıq fondunda payı 4 dəfə artırılacaq  

11:31
04 İyun

Dünya İqtisadi Forumu: Hörmüz boğazı qlobal iqtisadiyyat üçün yeni təhdidə çevrilib  

11:26
04 İyun

Bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün normativ-hüquqi, texnoloji və institusional baza yaradılır

11:23
04 İyun

FIFA Dünya Kuboku zamanı stadionlarda təkrar istifadə olunan butulkaları qadağan edib

11:19
04 İyun

Azərbaycan minifutbol millisi Avropa çempionatında final oyununa çıxır

11:03
04 İyun

Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir

10:58
04 İyun

BMT Yəmənə humanitar yardım üçün dəstəyin artırılmasına çağırıb

10:51
04 İyun

BTC ilə bu günədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib

10:48
04 İyun

Dünya bazarında qızıl 33 dollar bahalaşıb

10:42
04 İyun

Azərbaycan nefti 104 dollara satılıb

10:36
04 İyun

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

10:23
04 İyun

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

10:19
04 İyun

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

10:09
04 İyun

Xəzərdə zəlzələ olub

10:02
04 İyun

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

10:01
04 İyun

Əsrlərin şahidi, tarixin yadigarı "Günbəzli hamam"

09:50
04 İyun

İndi kəndimizin futbol meydançası da var

09:45
04 İyun

Kəndimizin su problemi həll olundu

09:40
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!