15 Aprel 2024 23:27
240
DÜNYA
A- A+

Kosmosda unikal Günəş elektrostansiyası yerləşdiriləcək

 

“Space Solar” şirkəti “CASSIOPeiA” adlı Günəş elektrostansiyası vasitəsilə 2030-cu ilə qədər milyonlarla evi elektrik enerjisi ilə təmin etməyi hədəfləyib. Elektrostansiyanın kosmosda yerləşdirilməsi planlaşdırılır. Bunun üçün şirkət mühəndisləri Günəş elektrostansiyasının kiçik ölçülü prototipini hazırlayıblar.

 Məlumata əsasən, elektrostansiya özündə 1600 metrlik enə sahib Günəş panelləri ilə güzgüləri birləşdirəcək. Onun Yerin səthindən 30 min km yüksəklikdə quraşdırılması planlaşdırılır. Mütəxəssislərin hesablamalarına əsasən, sözügedən kosmik Günəş elektrostansiyasının inşası üçün çoxlu sayda raket uçuş missiyası və inşa prosesində iştirak edəcək robotlar lazım olacaq.

Elektrik enerjisinin daimi şəkildə təmin olunması üçün elektrostansiya mütəmadi olaraq Günəşə tərəf istiqamətlənməlidir. Günəş panelləri Yer səthindən fərqli olaraq kosmosda 13 dəfə daha çox Günəş enerjisi qəbul edə bilirlər. Belə ki, Günəş işığı kosmosda daimidir və onun intensivliyi daha yüksəkdir.

Elektrostansiya Günəş enerjisini yığaraq onu Yer səthindəki konkret qəbulediciyə göndərəcək. “CASSIOPeiA”nın kiçik ölçülü prototipinin laboratoriya şəraitində testi çərçivəsində mütəxəssislər laboratoriyadan ötürülmüş naqilsiz şüa vasitəsilə işığı yandıra biliblər.

Hazırda elektrostansiya hissələrinin kosmosa çatdırılması mövzusunda “SpaceX” şirkəti ilə danışıqlar aparılır. Elektrostansiyanın bütün hissələrinin kosmosa çatdırılması üçün 68 uçuş missiyası reallaşdırmaq lazım gələcək.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video