03 Avqust 2024 08:40
1275
Mədəniyyət
A- A+
İstedadın və zəhmətin gücü ilə ucalan bəstəkar

İstedadın və zəhmətin gücü ilə ucalan bəstəkar

 

O, istedadlı olduğu qədər də zəhmətsevər idi. Odur ki, uzun yaradıcılıq yolu hər zaman uğurlarla müşayiət olundu. Bəstəkar Azər Rzayev bir-birindən gözəl əsərləri ilə Azərbaycan musiqi mədəniyyətini zənginləşdirdi.
1930-cu il iyulun 15-də Bakı şəhərində dünyaya gəldi. Atası Hüseyn Rzayev rejissor, anası Həqiqət Rzayeva məşhur opera müğənnisi idi. Azər Rzayev onların üç övladından ikincisiydi. Musiqiyə sonsuz sevgisinin yaranmasında valideynlərinin böyük rolu oldu. Kiçik yaşlarından evdə eşitdiyi söhbətlər daha çox musiqi, səhnə, tamaşalarla bağlı idi. Ata-anası eyni sənət ocağında - Opera və Balet Teatrında çalışırdılar. Hüseyn Rzayev həmin teatrın aparıcı rejissoru, Həqiqət Rzayeva isə Opera və Balet Teatrında hazırlanan tamaşalarda əsas qadın rolarının ifaçısı idi. 


Müsahibələrində onların evlərinə tez-tez qonaq gələn sənətkarları - Niyazini, Bülbülü, Qurban Primovu, Əlövsət Sadıqovu, Hüseynağa Hacıyevi yada salırdı: "Biz ağlımız kəsəndən evimizdə musiqi səsləri eşitmişdik. Yəqin elə buna görə musiqiçi olduq. Bacım Bülbül adına musiqi məktəbini bitirəndən sonra ərəb dilini öyrəndi, müəllim işlədi. Ancaq qardaşım Həsənlə mən bəstəkar olduq. İkimiz də musiqi bəstələməyə kiçik yaşlarımızdan başladıq. Qardaşım konservatoriyanın nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin altıncı, mən isə dördüncü sinfində oxuyanda anam bizim bacarığımıza Üzeyir  bəy Hacıbəylinin qiymət verməsini istədi. Qardaşımla məni yanına salıb konservatoriyaya apardı..."
O gün dahi Üzeyir bəy Hacıbəylinin qarşısında əvvəlcə o, sonra da qardaşı kiçik əsərlər ifa etdilər. Üzeyir bəy Həqiqət Rzayevaya: "Sənin oğlanlarının ikisi də bəstəkar olacaq", - dedi. Və zəngi basdı. Köməkçisi gəldi. Üzeyir bəy ona dedi: "Bunların ikisini də Zeydmanın sinfinə yazdır".
Azər Rzayev danışırdı ki, Zeydman çox bilikli müəllim idi. O, Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Soltan Hacıbəyov və başqalarına dərs demişdi. Azər Rzayev və qardaşı da Üzeyir bəyin köməyi ilə Zeydmanın sinfində oxumağa başladılar.
Azər Rzayev Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Bakı Musiqi Akademiyası) nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor Semyon Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində təhsil aldıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil oldu. Həmin məktəbi 1953-cü ildə iki ixtisas üzrə - bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitonun sinfini bitirdi. 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster-müşayiətçi kimi fəaliyyətə başladı.
Onu bəstəkar kimi ilk tanıdan skripka ilə simfonik orkestr üçün 1 saylı konserti oldu. 1955-ci ildə həmin əsərə görə, Varşavada keçirilən bəstəkarların Beynəlxalq müsabiqəsində laureat adını qazandı. Sonralar Beynəlxalq və Ümumittifaq müsabiqələr laureatı, Azərbaycan gəncləri arasında keçirilən festivallarda həm bəstəkar, həm də ifaçı kimi laureat adlarına layiq görüldü.
Azər Rzayev 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1957-ci ildən isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü oldu.
İnstrumental musiqi janrları bəstəkarın yaradıcılığında əsas yeri tutur. Azər Rzayev skripka ilə simfonik orkestr üçün 3 konsertin, 6 poemanın, eləcə də "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün konsertin, eləcə də "Hacı Kərimin Aya səyahəti" adlı operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara, filmlərə yazılmış musiqilərin müəllifidir.
O, gənc yaşlarından yalnız istedadlı bəstəkar və ifaçı kimi tanınmadı. Azər Rzayev həm də Radio və Televiziya komitəsində səs rejissoru (1958-1960), Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər (1965), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1972-1987) işlədi. Azərbaycan Dövlət Opera və Balet Teatrına rəhbərlik etdiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan bəstəkarlarının bir sıra yeni opera və balet əsərləri uğurla tamaşaya qoyuldu.
İstedadının və zəhmətinin gücü ilə ucalan sənətkar Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, "Şöhrət" ordeninə layiq görüldü. Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif olundu.
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri olan Azər Rzayev 2015-ci il dekabrın 14-də vəfat etdi. 

 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

Qərbi Avropa Cənubi Qafqazda nə itirib

09:00
13 Dekabr

Azərbaycan-Slovakiya əməkdaşlığı

08:55
13 Dekabr

Cənubi Qafqazda barış və etimad quruculuğu dövrü

08:50
13 Dekabr

Ulu Öndər xalqımızın qəlbində əbədi yaşayacaq

08:45
13 Dekabr

Milli maraqları qətiyyətlə təmin edən çoxvektorlu xarici siyasət kursu

08:40
13 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin memarı

08:35
13 Dekabr

Xalqımıza misilsiz xidmət nümunəsi

08:30
13 Dekabr

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını fəaliyyətində rəhbər tutur

08:25
13 Dekabr

Azərbaycan-Slovakiya münasibətləri yüksələn xətlə inkişaf edir

08:20
13 Dekabr

Gəncəlilər və samuxlular Ulu Öndərin anım gününü qeyd ediblər

08:15
13 Dekabr

Zəfər ordusunun təməl müəllifi

08:10
13 Dekabr

Müstəqil Azərbaycan Ulu Öndərin, azad Qarabağ isə İlham Əliyevin əsəridir

08:05
13 Dekabr

Milli-mənəvi dəyərlərə sadiqlik örnəyi

08:00
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!