«İRS-Herencia» ispandilli jurnalının «Müstəqilliyə gedən yol: 20 ilə retrospektiv baxış» adlı nömrəsi çap olunmuşdur
Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin məlumatına görə, "İRS" jurnalının Buenos-Ayresdə nəşr edilən ispandilli "İRS-Herencia" versiyasının "Müstəqilliyə gedən yol: 20 ilə retrospektiv baxış" adlı növbəti nömrəsi çapdan çıxmışdır.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, jurnalın əsas mövzusu olan və "müstəqillik izləri" adlanan hissəsində Qanlı Yanvar hadisələri, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı çətinliklər və bayrağımızın tarixi barədə oxuculara maraqlı məqalələr təqdim edilir. "Mədəni irsimiz" bölməsində isə Qarabağ zərgərlik ənənələri və xalçaçılıq məktəbi haqqında bəhs olunur. Ötən ilin Azərbaycanda "Turizm ili" elan olunduğunu nəzərə alaraq son iki - "Ənənələri qoruyaq" və "Turizm" bölmələri turistlər üçün maraqlı ola biləcək məqamları əhatə edir. "Ənənələri qoruyaq" bölməsi xalqımızın qonaqpərvərliyinə həsr olunmuşdur. "Turizm" bölməsində isə Azərbaycanın tarixi abidələrinə, təbiətinə, görməli yerlərinə, ötən ildə turizm sektorundakı yeniliklərə, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində ölkəmizin parlaq qələbəsinə, müxtəlif regionların turizm potensialına və tarix ilə müasirliyi özündə birləşdirən Bakının cazibəsinə geniş yer verilmişdir.
Argentinada nəşr olunan bu jurnal dünyanın ispandilli ictimaiyyətini Azərbaycanın tarixi-mədəni irsi və bugünkü reallıqları ilə tanış etmək üçün əhəmiyyətli mənbədir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!