16 Aprel 2024 08:50
216
SİYASƏT
A- A+

İrəvanda gəncləri pulla mitinqə çağırırlar

 

Hakimiyyətin isə etirazçıların qarşısını almaq üçün xüsusi planı var

 

Son günlərdə Hayastanda narazılıq və qarşıdurma həddinin daha da yüksəlməsi, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər də kəskinləşməsi müşahidə olunur. 
Müxalifət qarşıdakı günlərdə planlaşdırdığı aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. 
"Demokratiya, qanun və nizam-intizam" partiyasının təsisçisi Vardan Qukasyan deyib ki, müxalifət aprelin 18-dən etibarən küçə aksiyalarına başlayacaq. Lakin budəfəki aksiyanı digərlərindən fərqləndirən pullu olmasıdır. Qukasyan gənclərə çağırış edib ki, onlar aksiyaya qoşulacaqları təqdirdə pulu özü ödəyəcək: "Mənə maksimum 50 min dram cərimə nəzərdə tutulan aksiyalarda iştirak edəcək 100 gənc lazımdır. Bu pulu ödəyəcəm, mənim sənə fiziki ehtiyacım var".
Sosial şəbəkələrdə paylaşımlara görə, müxalifət düşərgəsində həbslərin aparılması planlaşdırılır və qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət indidən xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis yox, digər güc strukturlarının və hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri də iştirak edəcəklər. Müxalifət isə hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə rəğmən etiraz mitinqlərini keçirəcəklərini bildirib. 
Hayastanın "Respublikaçılar" Partiyasının üzvü Eduard Şarmazanov isə deyib ki, nikolizmdən  daha pis bir şey varsa, o da hakimiyyətin ölkədə yaratdığı xaosdur. Görünən odur ki, nikolist rejimin legitimliyi yoxdur. Millətçilər, liberallar, müstəqillər, din xadimləri, rusiyapərəstlər, qərbpərəstlər və hətta sorosçuların bir hissəsi onu ittiham edirlər. Artıq ölkəmizdə nikolizmin rədd edilməsi ilə bağlı konsensus var. 
Müxalifətçinin sözlərinə görə, hakim "Vətəndaş müqaviləsi" fraksiyasından, yüksək vəzifəli məmurlardan və bəzi oliqarxlardan başqa, erməni ictimaiyyətinin qalan hissəsi anlayır ki, nikolizm Ermənistanı məhv edir: "Nikolizmin süqutu ilə bərabər xaos ehtimalı da artır. Xaosun qarşısını almaq üçün milli-dövlət qüvvələrini və strukturlarını birləşdirmək lazımdır ki, Hayastan populist-avanturist anti-dövlətçi ünsürlərin hədəfinə çevrilməsin və onlar Ermənistanın başına yeni problem gətirməsinlər. "Nikol gedə bilər, kim istəyir gəlsin" təhlükəli və dövlət əleyhinə olan bir tezisdir. Nikol getməlidir, ona görə ki, səsinin tembri bezdiricidir, hərəkətləri sistemsizdir, antimilli fəaliyyətlər həyata keçirir. O, kilsəyə, istiqlal bəyannaməsinə qarşı çıxdı, ermənilərə müharibə elan etdi. Nikolizmin aradan qaldırılması o halda faydalı ola bilər ki, real milli-dövlət gündəmini daşıyan aktorlar hökumət qarşısında məsuliyyəti öz üzərinə götürsünlər". 
Beləliklə, müxalifət İrəvanda etirazlara başlayacağını bəyan etməklə bu yoldan dönməyəcəklərini bildirir.  Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Hayastanı qarşıdakı dövr ərzində qanlı günlər gözləyir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video