05 İyun 2026 17:24
185
İQTİSADİYYAT
A- A+
Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir


Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə TANAP layihəsinin analoqu olan yeni elektrik enerjisi dəhlizinin yaradılması üzərində işləyir.

AZƏRTAC Rumıniyanın “Curs de Guvernare” nəşrinə istinadən xəbər verir ki, layihə Azərbaycanın enerji resurslarını Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırmağı nəzərdə tutur və regionun enerji xəritəsində yeni strateji mərhələ kimi qiymətləndirilir.

Məlumatda bildirilir ki, təşəbbüs Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar tərəfindən açıqlanıb. Onun sözlərinə görə, layihə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) elektrik enerjisi sahəsində analoqu olacaq və Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, eləcə də digər Cənub-Şərqi Avropa ölkələri arasında enerji bağlantılarını gücləndirəcək.

Nazir vurğulayıb ki, qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı bir dövrdə enerji təhlükəsizliyinin əsas elementləri məhz mənbələrin şaxələndirilməsi və enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsidir. Bu baxımdan yeni elektrik dəhlizi Avropa ilə Xəzər regionu arasında strateji enerji körpüsü rolunu oynaya bilər.

Məqalədə qeyd olunur ki, son iyirmi ildə Azərbaycan və Türkiyə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və TANAP kimi layihələrlə Avrasiyanın enerji xəritəsini dəyişən tərəfdaşlığa imza atıblar. Yeni təşəbbüs isə bu əməkdaşlığın artıq yaşıl enerji və elektrik enerjisi ticarəti sahəsinə keçdiyini göstərir.

Nəşr yazır ki, Azərbaycan artıq yalnız neft və qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji istehsalçısı və ixracatçısı kimi mövqeyini gücləndirməyə çalışır. Xəzər dənizinin külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, eləcə də beynəlxalq investorların iştirakı ilə tikilən iri Günəş və külək elektrik stansiyaları bu strategiyanın əsasını təşkil edir.

Məqalədə vurğulanır ki, Azərbaycanın dövlət elektrik şəbəkəsi operatoru artıq Türkiyə istiqamətində yeni yüksəkgərginlikli enerji xətlərinin inşasına başlayıb. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə sərhədini birləşdirəcək 400 kilovoltluq enerji xətti gələcəkdə Avropaya elektrik enerjisi ixracı üçün vacib infrastruktur elementlərindən biri hesab olunur.

Ekspertlər hesab edirlər ki, layihənin əhəmiyyəti yalnız enerji sahəsi ilə məhdudlaşmır. Yeni dəhliz Avropa İttifaqının enerji təhlükəsizliyi siyasətinə, yaşıl keçid strategiyasına və alternativ enerji marşrutlarının inkişafına töhfə verə bilər. Rusiya-Ukrayna müharibəsindən sonra Avropada enerji mənbələrinin şaxələndirilməsi prioritetə çevrildiyindən Azərbaycanın rolu daha da artıb.

Müşahidəçilərin fikrincə, yeni elektrik dəhlizi TANAP-ın qaz bazarında oynadığı rolu gələcəkdə elektrik enerjisi bazarında da təmin edə bilər. Bu isə Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında enerji bağlantılarının əsas mərkəzlərindən birinə çevirə bilər. Layihənin perspektivdə Mərkəzi Asiya ölkələrini də əhatə edə biləcəyi bildirilir.

Məqalədə belə bir nəticəyə gəlinir ki, enerji keçidinin sürətləndiyi və geosiyasi rəqabətin gücləndiyi müasir dövrdə Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülən yeni elektrik dəhlizi Avrasiyanın enerji arxitekturasında mühüm dəyişikliklərə səbəb ola bilər. Bu təşəbbüs Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirməklə yanaşı, ölkənin yaşıl enerji ixracatçısı kimi beynəlxalq mövqeyini də möhkəmləndirə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib  

22:28
05 İyun

Putin Zelenski ilə mümkün görüş barədə danışıb  

22:01
05 İyun

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

21:54
05 İyun

Rəqəmsal mühitin təhlükəsizliyi uşaqlarımız üçün mühümdür

21:38
05 İyun

 «Sabah”ın gənc ulduzu Avropada parlayır  

21:29
05 İyun

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

21:28
05 İyun

Dünya Bankı: Mayda “Brent” neftinin orta qiyməti əvvəlki ayla müqayisədə 10,7 faiz azalıb  

21:19
05 İyun

İnvestisiya Portalında yerləşdirilən layihələrin sayı 173-ə çatıb

21:13
05 İyun

“Baku Steel Company” Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Gold Sponsor qismində iştirak edib  

21:01
05 İyun

Almaniya banklarında milyardlarla avro “unudulub”

20:51
05 İyun

ABŞ-də “Obama Prezident Mərkəzi”nin açılışı olacaq

20:41
05 İyun

Almaniyada milyonçuların sayı artır  

20:32
05 İyun

Dünyada ilk: süni intellekt tərəfindən hazırlanan vaksin insanlar üzərində sınaqdan keçirildi

20:24
05 İyun

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

20:20
05 İyun

İslam iqtisadiyyatında böyük artım: xərclər 2,6 trilyon ABŞ dollarına çatdı

20:13
05 İyun

Qərbi Balkanlarda Avropa İttifaqı həyəcanı

20:06
05 İyun

 “Apple”ın növbəti hədəfi ağıllı eynəklərdir

19:58
05 İyun

Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı layihəsi həyata keçirəcək

19:51
05 İyun

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

19:49
05 İyun

Türkiyə və Niger arasında yeni əməkdaşlıq anlaşmaları imzalanıb

19:46
05 İyun

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb 

19:44
05 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!