İnanırıq ki, yeni dərs ilini yeni tikiləcək məktəbdə qarşılayacağıq
Mayın 7-də rayonumuzda baş vermiş güclü zəlzələnin episentri bizim kəndimiz tərəfə düşmüşdü. Baş vermiş fəlakətdən ilk vaxtlar çox gərgin anlar, hətta psixoloji sarsıntılar yaşadıq. Zarafat deyildi, mayın 7-si axşamı, saat 19.15-də zəlzələnin episentrində 12 ballıq cədvəl üzrə 7 bal gücündə baş vermiş yeraltı təkan rayonumuzda, xüsusilə də bizim kəndimizdə çox ciddi dağıntılara səbəb oldu. 1696 nəfərlik əhalisi, 645 təsərrüfatı olan kəndimizdə tikililərin 95 faizi dağılmışdı.
Psixoloji gərginliyin, qorxu və həyəcanın aradan qaldırılmasında dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin təcili fəlakət bölgəsinə, o cümlədən bizim kəndə göndərilmiş texnika və qəza-xilasetmə dəstələrinin böyük rolu oldu. Dövlət başçısının yüksək qayğısı hər kəsin qəlbində bu bəladan tezliklə qurtaracağımıza böyük inam yaratdı. Çadırların qurulması, ərzaqla təminat, halı pisləşənlər üçün səhiyyə xidmətinin təşkili və sair tədbirlər biz gözbaraxlıları bir daha əmin etdi ki, dövlət hər cür dəstəyi ilə yanımızdadır. Mayın 9-da ölkə Prezidenti İlham Əliyevin təbii fəlakət bölgəsinə, o cümlədən bizim kəndimizə gəlməsi, vəziyyətlə yerindəcə tanış olması, müvafiq tapşırıqlarını verməsi gərginliyi aradan qaldırdı. Möhtərəm Prezident bizimlə görüşündə bütün dağılmış tikililərin əvəzində yeni və daha möhkəm binaların tikiləcəyini və bu işlərin tezliklə başa çatdırılacağını bildirdi.
Kəndimizdəki orta məktəb binasının 400 yerlik köhnə və təzə korpusu da dağılmışdı. Bu məsələ ilə də ciddi maraqlanan dövlət başçısı tapşırdı ki, yeni məktəb binası 600 yerlik tikilsin və bütün müasir tələblərə cavab versin. Biz təhsil işçiləri bu qayğını heç vaxt unutmarıq. Buna görə ölkə rəhbərinə dərin minnətdarlığımızı bildiririk.
Hazırda dağılmış binaların sökülməsi və yerlərinin təmizlənməsi işləri sürətlə davam edir. Əlavə texnika, işçi qüvvəsi, tikinti materialları gətirilir. İnanırıq ki, yeni dərs ilini gözbaraxlı müəllim və şagirdlər yeni tikiləcək məktəb binasında qarşılayacaqlar. Bu inamı bizdə dövlətimizin qüdrəti və Prezident İlham Əliyevin bütün işlərdə prinsipial və qətiyyətli mövqeyi yaradıb.
Cərulla QURBANOV,
Zaqatala rayonu Gözbarax tam orta məktəbinin direktoru
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
Azərbaycanda ilk dəfə Milli Xalça Festivali keçiriləcək
29 Aprel
Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib
29 Aprel
İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib
29 Aprel
Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!