16 Aprel 2024 23:48
210
SİYASƏT
A- A+

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

 

Ermənistanın son vaxtlar yenidən fəallaşması və Azərbaycanla sərhəddə atəşkəsi pozması region üçün yeni problemlər yarada bilər. Lakin hesab edirəm ki, regionda gərginliyi artırmaq və yeni müharibə təhlükəsi yaratmaq Ermənistanın öz siyasətinin nəticəsi deyil. Düşünürəm ki, burada xarici amillər mühüm rol oynayır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Qafqaz Beynəlxalq Geotarixi və Geosiyasətinin Öyrənilməsi Mərkəzinin prezidenti, tarixçi alim Quram Marxulia söyləyib.

Onun sözlərinə görə, beynəlxalq sistemdə mövcud tendensiyalar göstərir ki, yaxın gələcəkdə müxtəlif miqyasda və intensivlikdə lokal və regional münaqişələr ərazi, etnomilli, dini, iqtisadi və digər mübahisələrin güc yolu ilə həllinin ən çox ehtimal olunan formasına çevriləcək. Məsələ burasındadır ki, münaqişə tərəfləri razılığa gəlsələr və sülh sazişi imzalamağa hazır olduqlarını bildirsələr də, öz geosiyasi məqsədləri olan güclər tərəflərin sülh sazişi imzalamasına imkan vermirlər. Bu paradoksal olsa da həqiqətdir.

Politoloq qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi bu və ya digər şəkildə başa çatıb. Ermənistan xeyli sayda insanın qanı bahasına olsa da, Azərbaycanın işğal olunmuş rayonlarından çıxarılıb. Buna baxmayaraq, tərəflər münaqişənin yekun həllinə gəlməyiblər, yəni, sülh müqaviləsi imzalanmayıb.

“Məhz, geosiyasətdə rol oynayan ölkələrin maraqları olmasaydı, Azərbaycan işğal etdiyi torpaqları daha tez qaytarardı, lakin onlar müəyyən anı gözləməli idilər. Çünki sülh uğrunda bu mübarizənin geosiyasi aspektinin təhlili məsələnin mövcudluğunun məkan məntiqini ortaya qoyur.

Qarabağda münaqişənin formalarının, əsaslarının və xüsusiyyətlərinin öyrənilməsi prosesində iqtisadi, hüquqi, hərbi, siyasi və sosial aspektlərlə yanaşı, geosiyasi aspekt aparıcı rol oynayır. Əgər münaqişənin ilkin mərhələsində politoloqlar münaqişənin etnik əsasının dayandığına əmin idilərsə, bu gün bu barədə danışmağa ehtiyac yoxdur, çünki məsələnin tamamilə geosiyasətdən asılılığı məlum oldu. Fakt budur ki, Rusiyanın Cənubi Qafqaz ölkələrinə təsir mexanizmləri hələ də güclü olduğu üçün Cənubi Qafqazı hələ tam tərk etməyib. Rusiyanın postsovet mövqelərini tutmağa çalışan avropalı oyunçular Azərbaycanın Qələbəsini öz üzərilərinə götürməyə tələsdilər. Rusiya bu Qələbədə öz rolunu göstərərkən, İngiltərə əsasən özünün mövqeyini ortaya qoymağa başladı. Lakin onun əzəli rəqibi Fransa öz mövqelərini daha güclü hesab edərək Ermənistana daxil oldu. Ermənistan rəhbərliyi özünü Rusiya tərəfindən tərk olunmuş hesab edərək, mövcud erməni geosiyasi məkanının xilası ümidi ilə karolinqlərin nəslindən yapışıb. Beləliklə, hər üç geosiyasi oyunçunun - İngiltərə, Fransa və Rusiyanın ümumilikdə Cənubi Qafqazda öz maraqları var. Ona görə də Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması onların əsasında duran geosiyasi ziddiyyətlər həll olunana qədər uzanacaq. Əks halda, bölgədə mövcud sabitlik davamlı olaraq pozulacaq”, - deyə Q.Marxulia vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video