Güclü turbulentliyə düşən “AZAL” pilotlarına təşəkkür elan edilib
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumatına görə, avqustun 11-də “Azərbaycan Hava Yolları” rəhbərliyi 10 min metrdən çox yüksəklikdə güclü turbulentlik zonasında təyyarənin idarə edilməsi zamanı peşəkar məharət göstərən aviaşirkət pilotları ilə görüş keçirib.
Xatırladaq ki, avqustun 7-də İstanbuldan Bakıya hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi Türkiyə səmasında güclü turbulentlik zonasına düşüb.
“AZAL”ın prezidenti Cahangir Əsgərov güclü turbulentlik zamanı bacarıqlı hərəkətlərinə görə pilotlar Emin Babayevə, Elşən Sadıqbəyliyə və Məhəmməd Əliəsgərova təşəkkürünü bildirib və onlara qiymətli hədiyyələr təqdim edib.
“Pilotlar təyyarəni güclü turbulentlik zonasından çıxararaq vəziyyəti nəzarətə götürmüş və ştat rejimində uçuşu davam etdirmişlər”, - deyə Cahangir Əsgərov qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı uçuşların təhlükəsizliyinə və uçuş heyətinin peşəkar hazırlığına hər zaman böyük diqqət yetirir. Aviaşirkətin pilotları təyyarənin müxtəlif şəraitdə idarə olunması zamanı ekipajın hərəkətlərini keyfiyyətli məşq etməyə imkan verən aviatrenajorlarda daim hazırlıq keçirlər.
Cahangir Əsgərovun qeyd etdiyi kimi, turbulentlik, demək olar ki, hər bir mülki aviasiya pilotunun üzləşdiyi, tez-tez rast gəlinən təbiət hadisəsidir. Aydın səmada turbulentliyi (AST) əvvəlcədən müəyyən etmək mümkün deyil, lakin təyyarələr üçün heç bir təhlükəsi yoxdur.
Uçuş heyəti də onlara göstərilən diqqətə görə “AZAL”ın rəhbərliyinə təşəkkür edərək gələcəkdə də peşə bacarıqlarının təkmilləşdirilməsinə və uçuşların təhlükəsizliyinin təmin olunmasına davam edəcəklərini bildirib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DSX: Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib ...
29 Aprel
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans ...
29 Aprel
İstanbulun Taksim meydanında 1 May nümayişi keçirilməsi qadağan edilib
29 Aprel
Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq ...
29 Aprel
Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb...
29 Aprel
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb
29 Aprel
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib YENİLƏNİB ...
29 Aprel
May-avqust aylarında keçiriləcək imtahanlar isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq ...
29 Aprel
Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!