29 Aprel 2024 15:07
265
İQTİSADİYYAT
A- A+

Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb

 

"Azərbaycan" qəzeti xəbər verir ki, “Türkiyənin Zonquldak şəhərində aprelin 27-28 tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının İqtisadi Siyasət və İnkişaf Komitəsinin 62-ci  iclası keçirilib. İclasın əsas mövzusu enerji sahəsində əməkdaşlıq məsələsi ətrafında müzakirələrdən ibarət olub”.


Bu barədə QDİƏT PA-nın iclasında ölkəmizi təmsil edən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına üzv ölkələr mövzu ətrafında öz fikirlərini söyləyiblər.

“Azərbaycanın regionda enerji siyasəti təşəbbüsləri, ölkəmizin iştirakçısı olduğu çox mühüm strateji enerji layihələri ətrafında fikirlərimi söylədim. Azərbaycan Cənubi Qafqaz regionunda çox strateji layihələrin həm təşəbbüskarı, həm mərkəzi iştirakçısıdır. Xüsusilə də bərpa olunan enerji sahəsində Azərbaycanın təsirli rolunu önə çəkdim. Azərbaycanın region ölkələrinin iştirakı ilə, xüsusilə də Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığı çərçivəsində enerji sahəsində mühüm təmasların qurulduğu səsləndirildi. Bu, həm də hesabatda yer aldı. Hesabatda, həmçinin Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bak-Tbilisi-Ərzurum enerji layihələrinin əsas iştirakçısıdır və yeni layihələrin həyata keçirilməsinin də təşəbbüskarı rolunda çıxış etməkdədir”, - deyə o əlavə edib. 
E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində xüsusi fəallığı aydın müşahidə olunur və ölkəmiz artıq “yaşıl enerji” ixracı sahəsində imkanlarını genişləndirir. Bu da Azərbaycanla enerji sahəsində həm əməkdaşlıq imkanlarını, həm də tərəfdarların sayını genişləndirir. 
Deputat qeyd edib ki, komitə müzakirələri çərçivəsində nümayəndə heyəti üçün ekskursiyalar da təşkil olunub. Zonquldakda yerləşən, Qara dəniz bölgəsinin ən böyük enerji qaz terminalı ilə tanışlıq olub. Dağ-mədən sahəsində vəziyyətlə tanışlıq təşkil edildi. 
O hesab edir ki, QDİƏT PA-nın İqtisadi Siyasət və İnkişaf Komitəsinin 62-ci iclası çərçivəsində çox səmərəli müzakirələr həyata keçirilib və Azərbaycanın enerji sahəsində geniş əməkdaşlıq imkanları bir daha önə çəkilərək hesabatda da aydın şəkildə öz ifadəsini tapmış olub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video