“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans
Şamaxı Rayon İcra Hakimiyyətinin, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Şamaxı filialının birgə təşkilatçılığı ilə rəsədxanada “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil edilən konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun rektoru Cəfər Cəfərov, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Şamaxı filialının direktoru Tünzalə Yusifova dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişikliklərindən, onların canlı aləmə mənfi təsirlərindən danışıblar.
Çıxış edənlər ölkəmizdə ekologiyanın, ətraf mühitin qorunmasına xüsusi önəm verildiyini vurğulayıb, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ekoloji siyasət haqqında məlumat veriblər.
“Qlobal iqlim dəyişikliyinin elmi aspektləri” mövzusunda geniş məruzə ilə çıxış edən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov ölkəmizdə aparılan ekoloji siyasət strategiyasının ümumi konturları və prinsiplərini şərh edib. Qeyd olunub ki, müasir çağırışlara uyğun şəkildə həyata keçirilən ekoloji siyasətimiz ekoloji tarazlığın bərpasına, ekologiyanın qorunmasına hesablanmış kompleks fəaliyyəti özündə əks etdirir.
Tədbirin sonunda Namiq Cəlilova ADPU-nun 100 illik “Yubiley” medalı təqdim edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Məclisin deputatları Şimali Kiprdə "İtirilmiş avtobus" abidəsinin açılışında iştirak ediblər...
15 May
Azərbaycan-Çin münasibətləri yüksək inkişaf dinamikası ilə seçilir
15 May
Azərbaycanla Sinqapur arasında geniş əməkdaşlıq imkanları mövcuddur
15 May
Milli Məclisin Sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfərə gedib
15 May
"Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə"nin təsdiq edilməs...
15 May
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında ƏSASNAMƏ
15 May
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbayc...
15 May
“Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış...
15 May
“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı”n...
15 May
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı ilə təsdiq...
15 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!