Formula 1: Bakı trasında pit-leynə daxil olma qaydası dəyişdirilib
Bakı trasının icraçı direktoru Arif Rəhimovun sözlərinə görə, bu il yürüşdən əvvəl təşkilatçılar pit-leynə girişi dəyişib, eləcə də yeni nəsil Formula 1 bolidlərinin alçaq klirensini (yolun səthi ilə avtomobilin mərkəzi hissəsinin ən alçaq nöqtəsi arasında məsafə) nəzərə alaraq bəzi bordürləri dəyişiblər.
AZƏRTAC xəbər verir ki, Arif Rəhimov deyib: “Biz pit-leynə girişi azacıq dəyişmişik. Trasın özündə dəyişikliklər yoxdur, lakin Beynəlxalq Avtomobil Federasiyasının (FIA) xahişi ilə pit-leynə daxil olmanı daha təhlükəsiz etmək üçün bu qaydaları modifikasiya etmişik. Görək, bu dəyişikliklər nə ilə nəticələnəcək. Pilotlar pit-leynə giriş zamanı adətən çox səhvə yol vermirlər.
Bordür daşlarına gəlincə, adətən pilotlar yürüşdən sonra belə deyirlər: “Filan hissədə polad bordür yığışdırılmalı, filan hissədə isə əlavə olunmalıdır”. Bakı trasının dar hissəsi olan İçərişəhər qarşısında döngəyə gəlincə, biz orada bordürləri gah götürür, gah da əlavə edirik. Maşınlar trasdan keçməyincə, qərarın düzgün verilib-verilməməsini bilmək heç vaxt mümkün deyil”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Delimitasiya və demarkasiya sülhün başlanğıcıdır"
27 Aprel
ABŞ-ni insan haqları yox, öz məkrli maraqları düşündürür
27 Aprel
Dövlət Departamentinin hesabatında "erməni barmağı"
27 Aprel
Sülhə doğru daha bir addım atılıb
27 Aprel
Münasibətlərin möhkəm qanunvericilik bazası yaradılır
27 Aprel
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!