Əsir və itkin düşmüş azərbaycanlılarla bağlı Los-Ancelesdə film hazırlanıb
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlılara dair ingilis dilində qısa film hazırlayıb.
Konsulluqdan AZƏRTAC-a bildirilib ki, filmdə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi, 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. İşğal və etnik təmizləmə zamanı Ermənistan qoşunlarının Azərbaycan kəndlərini tez-tez mühasirəyə aldığı, çoxlu sayda mülki azərbaycanlını qətlə yetirdiyi və qalanlarını da girov götürdüyü vurğulanır. Bu səpkidə 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı Kaliforniyadan olan erməni terrorçusu Monte Melkonyanın başçılıq etdiyi dəstənin kəndlərimizdən birini mühasirəyə almasını əks etdirən videokadrlar nümayiş etdirilir.
Filmdə əsir və girov götürülən azərbaycanlıların dəhşətli işgəncələrə məruz qaldıqları bildirilərək, işğal dövründə bir çox azərbaycanlıların saxlanıldığı Şuşa həbsxanasının tükürpədici şəkilləri göstərilir. Həmin dövrdə 4 minə yaxın azərbaycanlının itkin düşdüyü, onlardan 326-sı yaşlı, 267-si qadın və 71-i uşaq olmaqla 719 nəfərin mülki şəxs olduğu diqqətə çatdırılır. İndiyədək həmin şəxslərin taleyi haqda heç bir məlumatın olmadığı filmdə qeyd olunur.
Bu səpkidə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən 1993-cü ildə Xankəndidə çəkilmiş, azərbaycanlı uşaq, qadın və yaşlı girovların nadir şəkilləri nümayiş etdirilir.
Azərbaycanın 2020-ci ildə öz torpaqlarını Ermənistanın 30 illik işğalından azad etdikdən sonra Kəlbəcərdə 1993-cü ildə ermənilər tərəfindən qətlə yetirilmiş mülki azərbaycanlıların kütləvi məzarlığının aşkar edilməsinə diqqət çəkilərək, digər öldürülmüş əsir və girovların qalıqlarının axtarışının davam etdirildiyi qeyd olunur.
Sonda mülki şəxslərin girov götürülməsi və öldürülməsinin ağır hərbi cinayət olduğu vurğulanaraq, itkin düşmüş 4 minə yaxın mülki vətəndaşımızın və hərbçimizin taleyi haqda Ermənistanın hər hansı məlumat verməkdən imtina etməsi diqqətə çatdırılır.
BMT-nin digər rəsmi dillərinə (ərəb, çin, fransız, ispan və rus) də tərcümə olunan film 30 avqust - Beynəlxalq İtkin Düşmüşlər Günü çərçivəsində sosial şəbəkələrdə geniş yayılıb.
Qısa filmi burada izləmək mümkündür: https://youtu.be/QFTifFysMbQ
Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los-Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 26 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
Azərbaycanda ilk dəfə Milli Xalça Festivali keçiriləcək
29 Aprel
Prokurorluq Robert Koçaryanın əmlakının müsadirə olunmasını tələb edib
29 Aprel
İraqın şimalında daha 15 terrorçu zərərsizləşdirilib
29 Aprel
Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!