«Əmək pensiyaları haqqında» qanuna dəyişikliklər olunacaq
Sentyabrın 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycanda gedən sürətli sosial-iqtisadi inkişaf, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi zərurəti yaradır. Bu səbəbdən də rəhbərlik etdiyi komitədə "Əmək pensiyaları haqqında" qanuna yeni əlavə və dəyişiklik nəzərdə tutulub.
Dəyişikliklə bağlı məlumat verən Hadi Rəcəbli qeyd edib ki, qanunun əmək pensiyasının baza hissəsinə əlavələr adlı maddəsində 3-cü qrup əlillərlə bərabər Böyük Vətən müharibəsi iştirakçılarına da yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğinin ödənilməsi təklif olunur. Halbuki mövcud qanunvericiliyə əsasən, hazırda Böyük Vətən müharibəsi iştirakçılarına yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində əlavələr ödənilir. Komitə sədrinin sözlərinə görə, təklif olunan dəyişikliklər bu təbəqənin sosial müdafiəsini daha da gücləndirəcək.
İclasda çıxış edən komitə üzvləri Musa Quliyev, İlham Məmmədov təklif ediblər ki, bu dəyişiklik Qarabağ müharibəsi veteranlarına da şamil edilərsə, müsbət qiymətləndirilər.
Sözügedən qanuna təklif olunan digər dəyişikliklər isə fövqəladə hallar orqanlarında xidmət keçənlərin əmək pensiyaları ilə bağlıdır. Belə ki, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərə də yaşa görə əmək pensiyası hüququ veriləcək.
İclasda həmçinin "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının mühafizəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişikliklər olunmasına dair qanun layihəsinə baxılıb. Bu dəyişikliyə əsasən komissiyalara qanun əsasında müəyyənləşmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaq hüquqlarının təminatına dövlət nəzarətini həyata keçirmək, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabatı təhlil etmək, nəticələri qiymətləndirmək, həmin hesabat barədə komissiyanın yekun rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim etmək, normativ hüquqi aktlara uyğun olaraq uşaq müəssisələrində monitorinqlər keçirmək səlahiyyətləri veriləcək.
Müzakirələr zamanı komitə üzvləri təklif olunan bütün dəyişiklikləri müsbət qiymətləndiriblər.
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keniyada bəndin dağılması nəticəsində 42 nəfər həyatını itirib
29 Aprel
Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans...
29 Aprel
Geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir
29 Aprel
ANAMA: Ötən həftə 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
29 Aprel
DSX: Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib ...
29 Aprel
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans ...
29 Aprel
İstanbulun Taksim meydanında 1 May nümayişi keçirilməsi qadağan edilib
29 Aprel
Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri: Azərbaycanla birgə əməkdaşlıqda maraqlıyıq ...
29 Aprel
Deputat QDİƏT-in iclasında Azərbaycanın enerji sahəsindəki təsirli rolunu diqqətə çatdırıb...
29 Aprel
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!