Dünyanın geosiyasi nizamı pozulub
Azərbaycan belə bir vəziyyətdə sabitlik adasıdır
"Bu gün dünya nizamı İkinci Dünya müharibəsindən sonra özünün ən çətin dövrünü yaşayır. Böyük güclər müharibələr hesabına öz gəlirlərini artırmaq istəyirlər. Müharibələrin Azərbaycanla qonşuluqda olan ölkələrdə baş verməsi isə beynəlxalq siyasətimizin daha doğru şəkildə aparılmasını tələb edir. Özünün müstəqil və balanslaşdırılmış siyasəti ilə Azərbaycan yenə də örnək rolunu oynayır".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, Qərb, Rusiya və digər ölkələr arasında nüfuz uğrunda müharibələr davam edir: "Ona görə də dünya gücləri beynəlxalq hüquq normalarını gözləmədən birtərəfli şəkildə öz maraqlarına uyğun şəkildə müharibələri dəstəkləyir və sonu görünməyən münaqişə ocaqları yaradırlar. Bəzi dövlət başçısı yanlışlıqlara yol verərək müharibələrə gedir, həm öz ölkəsini müəyyən çətinliklərə məruz qoyur, həm də müharibələrin uzunmüddətli olmasına şərait yaradır. Buna Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrini misal göstərmək olar. Qərb dövlətlərinin ədalətsiz yanaşmaları bəzi ölkələrdə dinc sakinlərin həyatlarını cəhənnəmə döndərib. Şəhərlər və kəndlər dağıdılır, insanlar öz yurdlarından didərgin salınır və beləliklə, dünya nizamında xaos yaşanır. Bu günlərdə baş verən müharibələrə yeni bir münaqişə ocağı da əlavə olunub. Dəməşqdəki İran konsulluğuna endirilən zərbədən sonra İran İsrailə hücum etdi və sonda Qərbin təzyiqləri qarşısında qalan İran vəziyyəti gərginləşdirməmək üçün hərbi əməliyyatlarını dayandırdığını bildirdi".
Deputat söyləyib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti 30 il erməni işğalı altında qalmış torpaqlarımızın azad olunmasına və bütün ərazilərimizdə suverenliyimizin bərpasına yol açdı: "Üç il yarım əvvəl 44 günlük müharibə başa çatanda Prezident daha müharibə istəmədiyini bildirərək Ermənistana sülh əlini uzatdı. Qərbin təzyiqləri altında olan Ermənistan isə elə o vaxtdan bu günə kimi müstəqil siyasət yürüdə bilmir və regionu beynəlxalq güclərin maraqlarının toqquşduğu hərbi poliqona çevirmək istəyir".
Azər Badamov qeyd edib ki, Prezident İlham Əliyev milli maraqlarımıza uyğun müstəqil siyasət yürüdür: "Bu bizə yaxın ölkələrlə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə, eyni zamanda dost olmayan ölkələrlə də əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinə imkan yaradır. Azərbaycan qonşu ölkələrdə səsləndirilən təxribatçı çağırışlara qoşulmur. Məhz ona görə də 44 gündə torpaqlarımızı inamla azad edə bildik və 23 saatda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni separatizminin yuvasını darmadağın etdik. Bu gün dünya nizamının pozulduğu bir vaxtda Azərbaycan çox az ölkələrdəndir ki, sabitlik adasına çevrilib".
Müsahibimizin sözlərinə görə, Azərbaycan sabitlik və inkişafı təmin etdiyi kimi, beynəlxalq arenada etibarlı tərəfdaş kimi qlobal problemlərin həll olunmasına da töhfə verir. Ölkəmiz Prezident İlham Əliyevin təşəbbüsü ilə qonşu dövlətlər arasında münasibətlərin normallaşması proseslərində də aparıcı rol oynayır. Ölkəmizin sabitlik adası olmasının nəticəsidir ki, beynəlxalq güclərin görüş məkanı kimi etibar qazanmışıq. Təsadüfi deyil ki, beynəlxalq səviyyədə ən böyük güclər hesab olunan NATO-nun və Rusiyanın Baş Qərargah rəisləri dəfələrlə Bakıda görüşüb və müəyyən məsələləri müzakirə ediblər.
"Bu gün geosiyasi münaqişələrin tüğyan etdiyi dünyada Azərbaycan kimi sabitləşdirici mövqedə duran dövlətlərin çox olmasına ehtiyac var. Bu baxımdan, davam edən müharibələrin dayandırılması məqsədilə müvafiq görüşlərin keçirilməsi üçün ən münasib ölkə də Azərbaycandır. Dövlət başçımızın balanslaşdırılmış xarici siyasəti bir-biri ilə düşmən olan ölkələrin barışmasına və münasibətlərin normallaşmasına töhfə verə bilər. Azərbaycanın bütün beynəlxalq tərəfdaşlara Cənubi Qafqazda ayırıcı xərlərin çəkilməsinə açıq şəkildə etirazını bildirməsi Prezident İlham Əliyev siyasətinin uğurudur", - deyə Azər Badamov əlavə edib.
Deputat hesab edir ki, ölkəmizin gələcəyə baxışları sülh və əməkdaşlıq üzərində qurulub. Bu baxımdan, dünyada və regionda artan gərginliklər fonunda sabitlik adasını xatırladan Azərbaycana etimad təsadüfi deyil. Bu sabitliyin, əməkdaşlığın və inkişafın müəllifi isə Prezident İlham Əliyevdir.
N.QAFARZADƏ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Avropa Parlamentinin üzvü qurumun Azərbaycana qarşı qərəzli və ikili standartlara əsaslanan mövqeyin...
29 Aprel
Qətərin ombudsmanı: Azərbaycanda müşahidə olunan tərəqqi və inkişaf məmnunluq doğurur
29 Aprel
Birinci vitse-prezident Mehriban Əliyeva şahmatçı Ülviyyə Fətəliyevanı Avropa çempionu olması münasi...
29 Aprel
Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb
29 Aprel
Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar
29 Aprel
“Azərişıq” ASC-nin sədri Qazaxda vətəndaşlarla görüşüb
29 Aprel
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında gələcək əm...
29 Aprel
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!