09 Yanvar 2026 12:24
5391
İQTİSADİYYAT
A- A+
Dövlət Turizm Agentliyi: Qarabağ və Şərqi Zəngəzurda ekoturizm və mədəni turizmin inkişafı üçün geniş potensial mövcuddur  

Dövlət Turizm Agentliyi: Qarabağ və Şərqi Zəngəzurda ekoturizm və mədəni turizmin inkişafı üçün geniş potensial mövcuddur  


Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları müxtəlif turizm növlərinin inkişafı baxımından geniş imkanlara malikdir. Bölgədə, xüsusilə ekoturizm və mədəni turizmin inkişafı üçün geniş potensial mövcuddur.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinin sorğusuna cavab olaraq bildirilib ki, Şuşa şəhəri zəngin tarixi-mədəni irsi və memarlıq abidələri ilə mədəni turizmin əsas mərkəzlərindən biridir. Ağdərə və ətraf ərazilər isə sıx meşə örtüyü, dağlıq relyefi və təbii landşaftı ilə təbiət turizmi və ekoturizmin inkişafı üçün əlverişli şəraitə malikdir.

Həmçinin Ağdam və Füzuli rayonlarında mövcud olan bağçılıq və kənd təsərrüfatı potensialı aqroturizmin inkişafı üçün mühüm imkanlar yaradır. Bu istiqamət regionun iqtisadi canlanmasını və əhalinin məşğulluğunun artırılmasını dəstəkləyə bilər.

Bunlardan əlavə, Kəlbəcər rayonu zəngin təbii resursları, dağlıq relyefi və müalicəvi suları ilə Azərbaycanın ən yüksək turizm potensialına malik bölgələrindəndir. Rayonun əsas üstünlüklərinə İstisu mineral suları, alp çəmənlikləri, sıx meşə örtüyü, yüksək dağ gölləri və əlverişli iqlim şəraiti daxildir. Kəlbəcərin təbii resursları ekoturizm, sağlamlıq turizmi, dağ turizmi, yürüş və macəra turizmi üçün geniş imkanlar yaradır. Eyni zamanda, qədim alban məbədləri və tarixi abidələr mədəni-tarixi turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət Turizm Agentliyi tərəfindən 2023-cü ildə Kəlbəcər rayonunun turizm potensialını özündə əks etdirən Kəlbəcər Turizm İnkişaf Konsepsiyası hazırlanıb.

Laçın rayonu da özünəməxsus təbiətə, əlverişli coğrafi mövqeyə, zəngin biomüxtəlifliyə və turizm resurslarına sahib rayonlarımızdan hesab olunur. Rayonun xüsusi seçilən kəndlərindən biri Minkənd özünün mineral bulağı və termal-mineral suyu ilə fərqlənir. Həkəri çayının rayonun ərazisindən axması ətrafında aktiv turizm fəaliyyət növünün inkişafı üçün geniş imkanlar yaradır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində rayonda bir sıra infrastruktur işləri həyata keçirilir və bu işlərin icrası qarşıdakı bir neçə il ərazində davam edəcək. Laçın rayonunun turizm potensialı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən 2025-ci ildə turizm inkişaf konsepsiyası hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “İmişli” “Şəfa”ya minimal hesabla qalib gəlib

22:26
29 Avqust

Medianın İnkişafı Agentliyi bəyanat yayıb

20:53
29 Avqust

Premyer Liqa: “Qəbələ” - “Şamaxı” oyununda hesab açılmayıb

20:30
29 Avqust

Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb

19:47
29 Avqust

Xocalının Ballıca kəndində toy – Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayırlar

18:59
29 Avqust

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

17:51
29 Avqust

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

17:21
29 Avqust

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

16:03
29 Avqust

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

15:53
29 Avqust

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

15:32
29 Avqust

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

15:14
29 Avqust

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

14:27
29 Avqust

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

13:25
29 Avqust

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

13:06
29 Avqust

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək

12:45
29 Avqust

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

12:06
29 Avqust

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

12:04
29 Avqust

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!