14 Oktyabr 2026 09:40
208
Mədəniyyət
A- A+
Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar


Azərbaycan musiqisini dəyərli əsərləri ilə daha da zənginləşdirən bəstəkarlarımızdan biri də pedaqoq, Xalq artisti, professor Ramiz Hacı oğlu Mustafayevdir. O, Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən, yaşadan və musiqi mədəniyyətimiz tarixində özünəməxsus yer tutan sənətkarlardandır.

Görkəmli bəstəkar Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində dünyaya göz açıb. Onun bir yaşı olanda valideynləri Bakıya köçüb. Kiçik yaşlarından incəsənət aləminə böyük maraq göstərən, gələcəkdə tanınmış bəstəkar olacaq Ramiz Mustafayev 1940-cı ildə natamam orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teatr Məktəbinin Aktyorluq şöbəsinə qəbul olub. 1943-cü ilə qədər burada təhsil alıb, yalnız Aktyorluq sahəsini deyil, bütövlükdə incəsənət aləmini dərindən öyrənib. Zaman keçdikcə Ramiz Mustafayev aktyorluqdan daha çox musiqiyə maraq göstərib, bu sahəyə sevgisi artıb. Musiqi dünyası sirli bir aləm kimi daim onu özünə çəkib.

Dövlət Teatr Məktəbini bitirdikdən sonra bu maraq və sevgi Ramiz Mustafayevi Azərbaycan Dövlət Konservatoriyasına gətirir. O, 1948-1953-cü illərdə konservatoriyada vokal, 1953-1957-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali təhsil alır. Konservatoriyada təhsil aldığı illərdə professor Bülbülün sinfində müğənniliyin sirlərinə dərindən yiyələnir. Bundan sonra yaradıcılıq üçün qarşısında geniş meydan açılır. Özünü peşəkar musiqiçi kimi gördükdən və hiss etdikdən sonra bir-birindən maraqlı operalar yazır, mahnılar bəstələyir. 

Bəstəkar Ramiz Mustafayev əmək fəaliyyətinə erkən yaşlarından 1942-ci ildə Gənc Tamaşaçılar Teatrında başlayır. Bir il bu teatrda işləyir. 1943-cü ildən isə əmək fəaliyyətini Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi davam etdirir. Bir-birindən maraqlı, yaddaqalan rollar oynayır. Aktyor kimi üzərinə düşən tapşırıqların öhdəsindən layiqincə gəlir. Rejissorların, tamaşaçıların sevgisini qazanır. İllər keçdikcə onun təcrübəsi daha da artır. 

Amma teatrda işləsə də, musiqiçi olmaq  onu daha çox düşündürür. Buna görə də  Ramiz Mustafayev 1948-ci ildə teatrla vidalaşaraq, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivində xormeyster, baş redaktor və bədii rəhbər vəzifələrində işləməyə başlayır. Görkəmli bəstəkar ömrünün sonunadək burada çalışır. 

Ramiz Mustafayev yazdığı əsərləri ilə cəmiyyətdə tanınır və sevilir. O, bəstəkarlıqla yanaşı, ictimai işlərdə də fəallıq göstərir. 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışır. Bu təşkilatda da bacarığı və işgüzarlığı ilə seçilir. 1957-ci ildən isə Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olur.

Vətən sevgisinin tərənnümü Ramiz Mustafayevin yaradıcılığından qırmızı xətlə keçir. Onun xalq sənətinin tükənməz xəzinəsindən qaynaqlanan əsərləri məzmun dolğunluğu, həmçinin forma rəngarəngliyi ilə tamaşaçıların və dinləyicilərin ürəyinə yatır. Bəstəkarın altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığı mövzu aktuallığı və zənginliyi ilə seçilir. Demək olar ki, çoxşaxəli fəaliyyət onun yaradıcılığının başlıca amalını təşkil edir.

Özündən sonra musiqi aləmində silinməz izlər qoymuş bəstəkar Ramiz Mustafayevin əsərləri - opera və musiqili komediyaları, oratoriya və kantataları, vokal-simfonik poemaları, simfonik və kamera musiqiləri, marş, mahnı və romansları daim inkişaf edən, zənginləşən musiqi mədəniyyətimizin ən uğurlu nailiyyətlərindəndir. Fitri istedaddan yaranmış bu dəyərli sənət nümunələri zaman-zaman dinləyicilər və tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılanmışdır. 

Bəstəkar R.Mustafayevin əsərləri yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da uğurla ifa olunaraq bu insana böyük şöhrət qazandırmışdır. Bəstəkarın vokal əsərləri bu gün də ifaçılarımızın repertuarından düşmür. Onun yaradıcılığına tez-tez müraciət olunur.

Ramiz Mustafayev  Azərbaycan Televiziyası və Radiosu xorunun rəhbəri kimi çalışdığı illərdə bu musiqi janrının inkişafı yolunda böyük əmək sərf edir. Görkəmli sənətkar xor üçün neçə-neçə yaddaqalan əsər bəstələyir. Bununla yanaşı, 250-yə yaxın xalq mahnısı və təsnifi işləyir. Professional musiqi sənətimizin görkəmli nümayəndələrindən olan Ramiz Mustafayev həm də tanınmış dirijor idi. O, dirijor kimi də böyük şöhrət qazanmışdır.  

Ramiz Mustafayev ölkəmizdə musiqiçi kadrların hazırlanması sahəsində də səmərəli pedaqoji fəaliyyət göstərmişdi. Görkəmli bəstəkar müxtəlif illərdə Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının professoru kimi gənc musiqiçilər nəslinə dərs demiş, özünün bilik və təcrübəsini bu sahəyə sərf etmişdir. Gələcək musiqiçilərin daha savadlı, bilikli və hazırlıqlı olmasına çalışmışdır. Tələbələrə böyük qayğı və diqqətlə yanaşmışdır. 

Bəstəkar Ramiz Mustafayev  "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və Əkinçi", "Tərs keçi" operalarının müəllifidir. Ümumiyyətlə, bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.

Deyilənlərə görə, hər konsertdən əvvəl Ramiz Mustafayevin özünəməxsus ritualı olub. O, səhnəyə çıxmazdan əvvəl bir neçə dəqiqə sakitcə musiqi alətlərinə baxar, səslərini eşidər və sanki onlarla danışarmış. Bütün bunlar bəstəkar üçün həm ruh hazırlığı, həm də yaradıcı enerji mənbəyi olub.

Sevilən bəstəkar həm də eksperimental səsyazma üsullarına maraq göstərib. Bir dəfə konsert zalında quş səslərini və su damcılarını musiqi ilə birləşdirərək qeyri-adi bir parça hazırlayıb. Bu həm musiqiçilərin, həm də tamaşaçıların yaddaşında unudulmaz an kimi qalıb. 

Görkəmli bəstəkar Ramiz Hacı oğlu Mustafayev milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə 1987-ci ildə Xalq artisti adına, 2001-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür. 

Musiqisevərlərin yaddaşında həmişə yaşayan Ramiz Mustafayev 2008-ci il aprelin 10-da dünyasını dəyişmişdir.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

10:52
14 Oktyabr

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

10:44
14 Oktyabr

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!