13 Oktyabr 2026 17:37
276
İQTİSADİYYAT
A- A+
İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  

İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  


Yaranan dünya düzəni dövlətlərarası münasibətlərdə yeni maraqların formalaşmasına səbəb olub. İndi əvvəllər olduğu kimi, siyasi münasibətlər deyil, iqtisadi maraqlar ön plandadır. Başqa sözlə, xarici siyasət iqtisadi əlaqələrin inkişafına xidmət edir.

Prezident İlham Əliyevin apardığı xarici siyasətdə həmin məqama xüsusi önəm verməsi də bununla bağlıdır. Dövlət başçısının son dövrlərdə iştirak etdiyi bütün tədbirlərdə enerji, logistika və investisiya sahəsində ölkəmizin milli maraqlarını önə çıxarıldığını görürük. Azərbaycanın təqdim etdiyi bu imkanlar beynəlxalq biznes dairələrinin də marağındadır. Bizimlə əməkdaşlıq edən ölkələrin siyasi rəhbərliyində bu sahədə fəallıq aydın görünür. 

Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərində zaman-zaman müəyyən gərginliklər olması danılmaz faktdır. Buna baxmayaraq, Avropanın aparıcı dövlətləri ölkəmizlə strateji tərəfdaş və əsas biznes ortağıdır. Bu gün ixracımızın böyük hissəsinin “qoca qitə” dövlətləri ilə aparılır. Qitənin bəzi siyasi qurumlarının Azərbaycana qarşı qəbul etdikləri əsassız qərarları kağız üzərində qalır. Yəni, dövlətlərin iqtisadi maraqları Avropanın korrupsiyalaşmış siyasi təşkilatlarının qərarlarından üstündür.

İndi Avropa özünün ən çətin iqtisadi dövrünü yaşayır. Qarşıdan qış gəlir, ehtiyat qaz anbarları demək olıar ki, boşdur. Avropa ölkələri Rusiya qazından imtina etdikdən sonra digər mənbələrdən əldə etdiyi baha qazla iqtisadiyyatlarını inkişaf etdirə bilmir. Çarəsiz qalan “qoca qitə” dövlətləri Azərbaycana ümid bəsləyir. O üzdən bizdən təbii qaz istəyən ölkələrin sayı artır.

Azərbaycanın siyasi sahədə olduğu kimi, iqtisadi münasibətlərdə də çoxvektorluğa üstünlük verir. Ölkəmizin Avropa ilə yanaşı, Suriyaya da qaz ixracı buna nümunədir. İqtisadi əlaqələrimizi genişləndirmək üçün bir sıra beynəlxalq layihələrdə iştirak etməyimiz, SOCAR-ın beynəlxalq arenada investor kimi fəaliyyətini genişləndirməsi iqtisadi siyasətimizin məramını göstərir. Əvvəllər yalnız kənardan investisiya cəlb etməyə çalışan ölkəmiz artıq bir çox ölkələrdə investor kimi fəaliyyət göstərir.

Xarici əlaqələrimizin mərkəzində Azərbaycanın dünyanın ən önəmli logistika qovşağına çevrilməsi siyasəti durur. Bu gün ölkəmiz Asiyadan Avropaya uzanan Orta dəhlizdə mühüm qovşaq ölkə statusundadır.

Prezident İlham Əliyev Türkmənistanda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Orta dəhlizin region və dünya üçün əhəmiyyətini vurğulayaraq demişdir: “Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, "Rəqəmsal İpək Yolu" layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb”.

Azərbaycanın apardığı iqtisadi siyasətdə üç əsas məqama üstünlük verilir – enerji, logistika və investisiya qoyuluşu. Ölkəmizin qarşılıqlı investisiya qoyuluşunda yeni istiqamət Mərkəzi Asiya dövlətləridir. Prezident İlham Əliyev Türkmənistandakı görüşdə bu barədə geniş danışmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycanda Mərkəzi Asiya dövlətlərinin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Keçən il bu ölkələrlə ticarət dövriyyəsi 50 faiz artıb, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Təbii ki,  fondların yaradılması ökələrimiz arasında iqtisadi əlaqələri gücləndirəcək, yeni birgə layihələrin maliyyələşdirməsinə imkan yaradacaq. 


Rüstəm KAMAL,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  

17:37
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!