08 Oktyabr 2026 08:00
1159
SİYASƏT
A- A+
Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir


Müasir dünyada baş verən geosiyasi dəyişikliklər, hərbi-siyasi böhranlar və güclər nisbətinin sürətlə dəyişməsi fonunda hər bir dövlətdən çevik, eyni zamanda milli maraqlara söykənən prinsipial xarici siyasət kursu tələb olunur. Bu mənada Azərbaycan yalnız regional müstəvidə lider dövlət statusunu möhkəmləndirməklə kifayətlənməyib, həm də qlobal miqyasda öz sözü, çəkisi və nüfuzu olan müstəqil, çoxşaxəli və ləyaqətli diplomatik model formalaşdırmağa müvəffəq olub. Ölkəmizin yürütdüyü xarici siyasət eyni zamanda beynəlxalq aləmdə sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.


Ehtiramla qarşılanan siyasət 


Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın xarici siyasətlə bağlı addımları dünyada böyük təqdirlə qarşılanır: "Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə, deyə bilərəm ki, bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın, bəlkə də var. Amma hər halda bu, bir nadir təcrübədir".

Dövlətimizin başçısının bu fikirləri Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük siyasi nailiyyətlərin, qlobal güclər arasında oynadığı birləşdirici və balanslaşdırılmış rolun, eləcə də gələcək geosiyasi prioritetlərin bariz xülasəsidir.

Müasir beynəlxalq münasibətlər sistemində bir çox dövlətin müxtəlif hərbi-siyasi düşərgələrə sığınmağa çalışdığı bir şəraitdə Azərbaycan öz suverenliyini və müstəqil siyasətini qoruyub saxlayan nadir ölkələrdəndir. Dövlət başçısı çıxışında bu reallığı xüsusi vurğuladı: "Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu, bizə lazım deyil. Ərazisi və əhalisi o qədər də böyük olmayan ölkə üçün müstəqil bir amil kimi dünya miqyasında dayanmaq və hörmət qazanmaq, əlbəttə ki, asan deyil. Bunun bir çox səbəbləri var, bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq, bundan sonra da vəzifələr sırasında xarici siyasətimizin müdafiəyönümlü yox, həm aktiv, daha çox fəalyönümlü olması lazımdır".

Bu gün hətta bir-birinə düşmənçilik edən ölkələrin yüksəkvəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər. O cümlədən Azərbaycanda müəyyən beynəlxalq risklərin azaldılması üçün görüşlər, tədbirlər keçirilir. Azərbaycanın müxtəlif geopolitik qütblər tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi təsadüfi deyil. Bütün bunlar məhz ölkəmizə olan böyük inamın və verdiyi vədlərə sadiqliyinin nəticəsidir.

Beynəlxalq siyasətdə şəxsi etimad və nüfuz çətin əldə edilir. Prezident İlham Əliyev müasir dünyada sözü imzası qədər kəsərli olan, prinsiplərindən geri çəkilməyən və vədlərinə sadiq qalan lider imici formalaşdırıb. Dünya liderlərinin Azərbaycan Prezidenti haqqında səsləndirdiyi yüksək fikirlər də bu etimadın əyani göstəricisidir. ABŞ lideri Donald Tramp "Siz güclü və ağıllı insansınız" ifadəsi ilə Prezident İlham Əliyevin şəxsi məziyyətlərini və sülh prosesindəki rolunu yüksək qiymətləndirib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Çinin Tiencin şəhərindəki görüşdə Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlamaqla Pekinin Bakı ilə strateji münasibətlərə və Azərbaycan liderinin şəxsiyyətinə verdiyi ali dəyəri göstərib.

Bəli, heç şübhəsiz, Bakının balanslaşdırılmış siyasətinin zirvə nöqtəsi dünyanın iki əsas güc mərkəzi olan ABŞ və Çin ilə eyni vaxtda strateji tərəfdaşlıq münasibətləri qurmasıdır. Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannamələri olan Bakı eyni zamanda qlobal geostrateji arenada əsas oyunçularla dialoq aparır. 

Qurultaydakı nitqində Prezident İlham Əliyev bu mühüm məqamla bağlı dedi: "Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətləri qurduq. Çinlə hərtərəfli strateji tərəfdaşlıq bəyannaməsi imzalanmışdır, Amerika Birləşmiş Ştatları ilə Strateji Xartiya imzalanmışdır. Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur. O da həqiqətdir, bu ölkələr arasında təbii ki, məsələlər müzakirə edilir və müəyyən rəqabət də var. Bu ölkələrin vahid anlaşma əsasında qaydaların müəyyən edilməsi bütün dünya üçün çox önəmli amil ola bilər. Bax, bu iki supergüclə Azərbaycan strateji tərəfdaşdır".


Beynəlxalq təşkilatlardakı liderlik 


Azərbaycanın xarici siyasətinin aktiv xarakter daşıması onun beynəlxalq platformalardakı fəaliyyətində özünü aydın göstərir. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik etməsi, həmçinin Cənubi Qafqazda yerləşməsinə baxmayaraq Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv seçilməsi ölkəmizin mühüm diplomatik nailiyyətidir.

Bundan əlavə, 30 il ərzində tərkibi genişlənməyən D-8 təşkilatına yeganə yeni üzv kimi Azərbaycanın qəbul edilməsi və İslam Əməkdaşlıq Təşkilatında birləşdirici rol oynaması ölkəmizin islam dünyasındakı xüsusi rolunu nümayiş etdirir.

Dövlətimizin başçısı qurultayda bəyan etdi ki, artıq dünyada bilməyən yoxdur ki, sözümüz imzamız qədər dəyərlidir: "Nəyi deyiriksə, onun üstündə dururuq. Heç vaxt ikibaşlı oyun oynamamışıq. Heç vaxt hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərməmişik. Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik, bu gün də üzləşirik. Amma biz heç vaxt onlar kimi ola bilmərik. Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq".

Göründüyü kimi, hər hansı ölkənin beynəlxalq aləmdə hörmət qazanmaq üçün mütləq böyük əraziyə, milyardlarla əhaliyə və ya nəhəng hərbi arsenala sahib olması şərt deyil. Əsas məsələ tutduğun düzgün yoldan dönməmək, siyasi vəziyyətə görə mövqe dəyişməmək və verdiyin vədə sadıq qalmaqdır.

Azərbaycan məhz bu sadə, amma riayət olunması çətin olan qaydanı xarici siyasətinin təməl prinsipinə çevirə bilib. Dünya siyasətində ikili standartların, pərdəarxası oyunların tüğyan etdiyi bir vaxtda Bakının açıq, səmimi və ləyaqətli davranması ölkəmizi həm Qərb, həm Şərq, həm də bir-biri ilə barışmaz mövqedə duran supergüclər üçün arzulanan, etibarlı tərəfdaşa çevirib.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı bir daha göstərdi ki, Azərbaycan bundan sonra da heç kimin diktəsi ilə hərəkət etməyəcək, heç bir düşərgənin tərkib hissəsi olmayacaq. Ölkəmiz müstəqil siyasi xəttini qoruyaraq, həm  milli maraqlarını qətiyyətlə müdafiə edəcək, həm də qlobal miqyasda barışdırıcı, birləşdirici və nüfuzlu dövlət kimi addımlamaqda davam edəcək. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Müasir Azərbaycan şəhərləri: dövlət siyasətindən vətəndaş rifahına doğru

09:40
09 Oktyabr

Bakının memarlıq simasında yeni mərhələ

09:30
09 Oktyabr

Vətəni sevməyin nümunəsi

09:20
09 Oktyabr

Hadrut döyüşləri Zəfərimizin parlaq səhifəsidir

09:10
09 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
09 Oktyabr

İnvestisiya qoyuluşunun etibarlı ünvanı - Azərbaycan

08:50
09 Oktyabr

Orta dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir 

08:45
09 Oktyabr

Ölkəmizin regional və beynəlxalq mövqeyi daha da güclənib

08:40
09 Oktyabr

Azərbaycan-Türkmənistan əlaqələri sürətlə inkişaf edir

08:30
09 Oktyabr

Yeni mərhələdə yeni hədəflər

08:20
09 Oktyabr

TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclası keçirilib

08:10
09 Oktyabr

Güclü lider, sarsılmaz etimad

08:00
09 Oktyabr

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib  

22:02
08 Oktyabr

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb  

21:43
08 Oktyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO  

21:33
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın yeni mühüm mərhələsi

21:21
08 Oktyabr

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib  

21:07
08 Oktyabr

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir  

20:31
08 Oktyabr

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB    

20:31
08 Oktyabr

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb  

20:24
08 Oktyabr

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir  

19:53
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!