14 Oktyabr 2026 08:50
236
SİYASƏT
A- A+
Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır


Müasir Azərbaycan xarici siyasətində coğrafi sərhədləri aşaraq dünyanın müxtəlif regionları ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri qurmağa xüsusi önəm verilir. Bu baxımdan Cənub-Şərqi Asiyanın qədim tarixi, zəngin mədəni irsi və dinamik inkişaf edən iqtisadiyyatı ilə seçilən ölkələrindən olan Kamboca Krallığı ilə münasibətlərin dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir. Qafqazla Hind-Çin yarımadası arasında böyük coğrafi məsafə olsa da, bu gün Azərbaycanın çoxvektorlu diplomatik strategiyası və beynəlxalq platformalardakı fəal rolu bu məsafəni aradan qaldırır. Xüsusilə Qoşulmama Hərəkatı və BMT çərçivəsindəki səmimi dialoq iki ölkə arasında həm siyasi, həm də iqtisadi müstəvidə yeni tərəfdaşlıq səhifəsinin açılmasına zəmin yaradıb. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri bu baxımdan tarixi xarakter daşıyır.

Milli Məclisin deputatı  Kamran BAYRAMOV qəzetimizə açıqlamasında deyib ki, rəsmi görüşlərin ardından liderlər tərəfindən verilən birgə bəyanatlar iki ölkə arasında strateji yaxınlaşmanın və iqtisadi tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir: "Dövlətimizin başçısı xüsusilə vurğulayıb ki, Azərbaycan və Kamboca beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) müstəvisində fəal əməkdaşlıq edərək bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Çoxtərəfli diplomatiyadakı bu uğurlu siyasi əlaqələrlə yanaşı, artıq ikitərəfli təmasların da intensivləşdirilməsi yönündə mühüm razılıqlar əldə olunub. İki ölkə arasında ticarət və sərmayə qoyuluşu sahələrində praktiki addımların atılması əsas hədəf kimi müəyyənləşdirilib. Aparılan geniş müzakirələrin məntiqi nəticəsi olaraq, ticarət və investisiya əməkdaşlığının praktiki aspektləri ilə birbaşa məşğul olacaq birgə işçi qrupunun yaradılması qərara alınıb. Prezident İlham Əliyev qeyd edib ki, müasir dünyada coğrafi məsafə iqtisadi əlaqələrin inkişafı üçün ciddi bir maneə təşkil etmir. Əsas çağırış məlumat çatışmazlığıdır və tərəflər bu boşluğu qısa zamanda aradan qaldırmaq əzmindədirlər. Bu baxımdan Azərbaycan və Kambocanın çoxsaylı şirkətlərinin iştirakı ilə keçirilən biznes-forum böyük əhəmiyyət daşıyır. Bu tədbir tərəflərin iqtisadi-investisiya prioritetlərini yaxından tanımasına, eləcə də qarşılıqlı faydalı və sıx tərəfdaşlığın qurulmasına mühüm töhfə verəcəkdir".

Deputat diqqətə çatdırıb ki, iki ölkə arasında mövcud olan ticarət dövriyyəsinin göstəriciləri hələlik arzulanan səviyyədə olmasa da, Kambocanın Baş nazirinin Azərbaycana rəsmi səfəri bu dinamikanı müsbət məcrada dəyişmək üçün güclü təkan rolunu oynayır. Aparılan danışıqlar çərçivəsində tərəflər sənayenin müxtəlif istiqamətlərində birgə istehsal müəssisələrinin qurulması, eləcə də turizm və təhsil sahələrində sıx tərəfdaşlığın bərqərar olunması imkanlarını ətraflı nəzərdən keçiriblər. Görüşdə vurğulanıb ki, iki xalq arasında tarixi əlaqələr hələ Sovet İttifaqı dövründə yaranıb. Həmin illərdə yüzlərlə kambocalı tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıb. Bu uğurlu ənənənin yenidən bərpası, qarşılıqlı təhsil imkanlarının genişləndirilməsi və insan kapitalı mübadiləsi xalqlarımız arasında dostluq körpülərini daha da möhkəmləndirəcək. Bununla yanaşı, nəqliyyat infrastrukturunun inkişafı və rəqəmsal transformasiya sahələri də ikitərəfli gündəliyin prioritet istiqamətləri sırasına daxil edilib. Səfərin diqqətçəkən digər mühüm məqamı Azərbaycanın intellektual brendi olan "ASAN xidmət" modelinə Kamboca tərəfinin göstərdiyi böyük maraqdır. Azərbaycan cəmiyyətində yüz faizə yaxın məmnunluq indeksi qazanmış və öz effektivliyini beynəlxalq müstəvidə sübut etmiş bu dövlət xidmətləri modeli artıq bir sıra tərəfdaş ölkələrdə uğurla tətbiq olunur. Bu qabaqcıl təcrübənin Kambocada da tətbiqi ikitərəfli əməkdaşlığın praktiki və strateji təməllərini daha da gücləndirəcəkdir.

K.Bayramov vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası və qanunverici hakimiyyət orqanları arasındakı həmrəylik xüsusi yer tutur: "Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsi ilə yanaşı, Kambocanın dəstəyi sayəsində Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə edib. Bu mühüm addım Cənub-Şərqi Asiya regionunun Azərbaycanın xarici siyasət prioritetlərində tutduğu strateji mövqenin əyani göstəricisidir. Görüşdə hər iki dövlətin qarşılaşdığı ən ciddi problemlərdən biri - mina problemi də geniş müzakirə olunub. Tarixən minalardan ciddi əziyyət çəkən və bu gün də həmin təhlükə ilə üz-üzə qalan ölkələr kimi, Azərbaycan və Kamboca arasında minasızlaşdırma sahəsində təcrübə, bilik və praktiki bacarıqların mübadiləsi, eləcə də birgə təlimlərin keçirilməsi müstəsna əhəmiyyət kəsb edir. Torpaqlarımız işğaldan azad edildikdən sonra ötən dövr ərzində Ermənistanın basdırdığı minaların partlaması nəticəsində 400-dən çox vətəndaşımız həlak olub və ya ağır xəsarət alıb. Danışıqlarda vurğulanıb ki, davamlı sülh və təhlükəsizlik yalnız beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında bərqərar ola bilər. Azərbaycan 30 illik işğala son qoyaraq öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə bərpa edib və hazırda ölkəmizin hər bir qarışı dövlətimizin tam nəzarətindədir. İşğaldan təmizlənmiş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və "Böyük qayıdış" proqramı çərçivəsində artıq 100 minə yaxın insan doğma yurdlarında məskunlaşaraq fəaliyyət göstərir. Oxşar tarixi çağırışlarla üzləşən Azərbaycan və Kambocanı birləşdirən başlıca amil beynəlxalq hüququn aliliyinə və beynəlxalq təşkilatların qərarlarına olan sarsılmaz sadiqlikdir".

Deputat əlavə edib ki, bütün bunlar geostrateji məsafədən asılı olmayaraq, ortaq dəyərlərə və beynəlxalq hüquqa söykənən Azərbaycan-Kamboca tərəfdaşlığının bundan sonra daha dinamik inkişaf edəcəyindən xəbər verir. Baş nazir Hun Manetin bu tarixi səfəri iki ölkə arasında yeni strateji əməkdaşlıq mərhələsinin təməlini qoydu.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ekologiya terrorçusunun COP17 keçirməyə mənəvi haqqı çatmır

10:20
14 Oktyabr

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

10:10
14 Oktyabr

Şirin MƏlikova: "Yeni kitabların nəşrini planlaşdırırıq"

10:00
14 Oktyabr

Can sərrafı yox, söz sərrafı oldu 

09:50
14 Oktyabr

Musiqi aləmində silinməz izlər qoymuş bəstəkar

09:40
14 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

09:38
14 Oktyabr

Atasının kölgəsinə sığınmadı

09:30
14 Oktyabr

Masallıda və Şirvanda şəhidlərin xatirəsi anılıb

09:20
14 Oktyabr

Müharibənin bitməyən ağrıları - mina təhlükəsi

09:10
14 Oktyabr

ZƏFƏR gündəliyi

09:00
14 Oktyabr

Azərbaycan-Kamboca tərəfdaşlığında yeni səhifə açılır

08:50
14 Oktyabr

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

08:45
14 Oktyabr

"44" bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

08:40
14 Oktyabr

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin - "44" bədii filminin premyerası olub

08:30
14 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

08:20
14 Oktyabr

Beynəlxalq sənədlər təsdiq edildi

08:10
14 Oktyabr

Söz sahibinə çevrilən Azərbaycan

08:00
14 Oktyabr

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb

23:01
13 Oktyabr

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

22:34
13 Oktyabr

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib

22:25
13 Oktyabr

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

21:43
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!