13 Oktyabr 2026 18:30
189
İQTİSADİYYAT
A- A+
Kredit tarixçəsi olmayanlara da şans  

Kredit tarixçəsi olmayanlara da şans  


Azərbaycanda bank müştərilərinin kredit ödəmə qabiliyyətini daha dəqiq qiymətləndirmək və gecikmə risklərini azaltmaq üçün yeni model hazırlanıb. “Azericard” və “Mastercard” əməkdaşlığı çərçivəsində yaradılan model banklara müştərilərin maliyyə davranışını daha dərindən təhlil etmək imkanı verəcək.

“Azericard” şirkətinin baş direktorunun müavini Zakir Əhmədovun sözlərinə görə, ölkə əhalisinin təxminən 70 faizinin kredit tarixçəsi var. Yeni yanaşma isə kredit tarixçəsi olmayan və ya məhdud olan şəxslərin də gəlir, xərc və kart əməliyyatları əsasında qiymətləndirilməsinə imkan yarada bilər.

Modelin hazırlanması zamanı təxminən 1250 göstərici təhlil edilib və 56 əsas meyar seçilib. Kredit gecikmələri, kreditlərin sayı, gəlir, yaş və digər amilləri nəzərə alan sistem ödəmə riskinin səbəblərini də müəyyənləşdirə bilir. Ən diqqətçəkən məqam isə sınaq nəticələridir. Əhmədovun təqdim etdiyi məlumatlara əsasən, yeni model mövcud bank skorinq sistemləri ilə müqayisədə 3–7 faiz daha yaxşı nəticə göstərib. Onun sözlərinə görə, modelin kredit verilməsini tövsiyə etdiyi müştərilər arasında gecikmə göstəricisi 0,3 faiz, mövcud bank qiymətləndirmələri əsasında kredit verilən müştərilər arasında isə 16 faiz olub.

Modelin yaxın vaxtlarda banklara təqdim edilməsi planlaşdırılır. Yeni sistem kredit qərarlarının daha dəqiq verilməsinə, risklərin əvvəlcədən aşkarlanmasına və indiyədək kredit tarixçəsinin olmaması səbəbindən qiymətləndirilməsi çətin olan müştərilərin maliyyə imkanlarının üzə çıxarılmasına kömək edə bilər.

 “Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  

17:37
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!